Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İsa Qəmbər bizim partiyadan getməyimizi istəyir”


“İsa Qəmbər də daxil olmaqla yeni rəhbərlik bizim Müsavatdan getməyimizi istəyirlər”


PİA.AZ bildirir ki, bu barədə publika.az-a açıqlamasında Müsavat üzvü, İsa Qəmbərin müşaviri olmuş Hüseyn Məlik deyib.

Onun sözlərinə görə, partiya qərargahında keçirilən müşavirədə İsa Qəmbər narazıların qarşısına üç variant qoydu: “Bu variantların sonuncusu istəməyənlərin çıxıb getməsi idi. Amma əslində İsa bəyin beynində olan əsas fikir də bu idi. Yəni bizim çıxıb getməyimiz üç variant arasında sıralamaya görə birinci yerdə idi. Lakin bizim Müsavatdan getmək fikrimiz yoxdur”.

H. Məlik onları yola salmaqdansa, partiyada demokratik mühitin yaradılmasının daha yaxşı variant olduğunu bildirib: “İsa Qəmbər də neçə illər başqan olub. O, belə bir mühitin yaradılmasına çalışmalıdır. Çünki hazırki qarşıdurma Qubad bəylə Arif bəyin rəqabəti deyil. Bu, prinsiplərin, Müsavatın gələcəkdə hansı istiqamətdə fəaliyyət göstərəcəyi məsələsinin rəqabətidir. İsa Qəmbərin də bizimlə bu tonda danışması doğru deyil”. 

O, indiyə qədər İ. Qəmbərin niyə belə etdiyinə cavab tapa bilmədiklərini açıqlayıb: “İndiyə qədər bu “Niyə” sualına cavab axtarsaq da tapa bilməmişik. Zamanın hər şeyi yoluna qoyacağını düşünürəm. Yaxın zamanlarda bütün suallara cavab tapılacaq”.

Müsavat üzvü İsa Qəmbərin narazılarla görüşmək istəmədiyini bildirib. 

“Partiyada demokratiyanı istəyən və hazırki idarəetmədən narazı olanlara belə bir təklifi İsa Qəmbər etməlidir. Görüşüb fikir mübadiləsi aparmalı, problemləri araşdırmalıdır. Amma İsa Qəmbər nə bizi qəbul etmək, nə də bizimlə danışmaq istəyir”, - deyə H. Məlik bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar