Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İsa Qəmbər Elçibəydən sonra yeganə müxalifət lideridir…” - Sərdar Cəlaloğlu


“Bu gün Azərbaycanın müxalifət düşərgəsindən dövlətin birinci şəxsi vəzifəsinə iddialılar arasında az və ya çox dərəcədə həm təcrübəsi, həm özünün şəxsi kriteriyaları baxımından ən uyğun namizəd İsa Qəmbərdir”


Bu sözləri Modern.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər haqqında danışarkən deyib:

“Əbülfəz Elçibəy indi olmadığına görə mən hesab edirəm ki, İsa Qəmbər müxalifətin bu missiyasını yerinə yetirməyə hələlik tək və yeganə lider sayıla bilər”.

S.Cəlaloğlu deyib ki, İsa Qəmbər istefa verib gedəndən sonra Müsavat Partiyası parçalanmağa başladı.

“Bəzən biz şəxsiyyətin rolunu azaldırıq. Amma istəsək də, istəməsək də bir şeyi bilməliyik ki, xüsusən siyasi partiyanın formalaşmasında şəxsiyyət amili çox böyük rol oynayır. Çünki burada lider həm də imicmeyker rolunda çıxış edir. Bu baxımdan İsa Qəmbərin Müsavatdan getməsi Müsavatın siyasi partiya kimi taleyini həll etdi”.

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər ötən həftəsonu evində infarkt keçirib. Bundan sonra təcili yardımla Mərkəzi Klinikaya aparılıb. Ürəyinə stent qoyulduqdan sonra vəziyyəti yaxşılaşıb. Huşu yerindədir, təzyiqi normaldır. İnfarkt keçirdiyi üçün bir neçə gün xəstəxanada qalmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar