Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İrəvanı istənilən an darmadağın edə bilərik“ - Müdafiə Nazirliyi


“Ermənistan mətbuatının məlumatına əsasən bu ölkənin müdafiə naziri Seyran Ohanyanın cəbhə xəttində, o cümlədən bir neçə dəfə Naxçıvan istiqamətində olması, oradakı mövqeləri yoxlaması düşmən tərəfinin narahatlığının bariz nümunəsidir”


Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən bildirilib ki, qonşu dövlətin ekspertləri və şərhçilərinin də etiraf etdiyi kimi Ermənistanın hərbi rəhbərliyinin cəbhənin müxtəlif istiqamətlərinə tələsik səfərləri erməni ordusundakı nizam-intizamsızlıq və özbaşınalığın qarşısını almağa cəhd etməklə yanaşı müdafiə xəttində boşluqların olmasının sübutudur: “Silahlı Qüvvələrimizin bölmələri ermənilərin canlı qüvvəsini itkiyə məruz qoymaqla və mühəndis-istehkam texnikasını sıradan çıxarmaqla düşmənin öz müdafiə xətti boyu səngərlərini möhkəmləndirmək cəhdlərinin qarşısını dərhal alır. Müdafiə nazirinin göstərişinə əsasən, mövqelərimizin möhkəmləndirilməsi ilə yanaşı qarşı tərəfin qoşunların təmas xətti boyu hərəkəti tam nəzarətimizdə saxlanılır və hər an düşmənə itki verilməsi ilə onların istənilən hərəkətinin qarşısı atəşlə alınır. Elə son günlərdə bölmələrimiz iriçaplı silahlar və kalibri daha iri minaatanlardan istifadə etməklə düşmənə xeyli ziyan vuraraq onun cəbhədə fəal olmaq cəhdlərinin qarşısını dərhal alıb".

Eyni zamanda qeyd olunub ki, Yerevanın hərbi-siyasi rəhbərliyini hərbi cəhətdən narahat edən istiqamətlərdən biri də Naxçıvandır: "Muxtar Respublikanın ərazisinin strateji əhəmiyyəti nəzərə alınaraq orada Əlahiddə Ümumqoşun Ordusunun yaradılması haqqında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilən qərar Naxçıvanın müdafiəsini yüksək səviyyədə təşkil etməyə imkan verib. Qorxu və vahimə içərisində olan Seyran Ohanyan və ümumilikdə Emənistan tərəfi artıq anlamağa başlayıb ki, müasir silah-sursat, döyüş texnikası, aviasiya vasitələri, raket-artilleriya qurğuları, həmçinin “Smerç” reaktiv yaylım atəş sistemləri ilə möhkəmləndirilən, hərbi cəhətdən üstün Naxçıvandan Ermənistan ərazisində yerləşən hərbi obyektləri, o cümlədən Yerevanı nəzarətdə saxlayaraq istənilən anda darmadağın etməyə imkanımız var”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar