Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İranın Qərbə açılışı Ermənistanı çökdürəcək“


İrana qarşı sanksiyaların tamamilə aradan götürülməsindən sonra Ermənistanda böyük sevinc yaşandı. Çünki iqtisadi böhranın dizə çıxdığı bu ölkə üçün yeni bazara daxil olmaq, İran şirkətləri ilə əməkdaşlıq etmək kimi imkanlar yaranıb


Xüsusilə Rusiyanın yumruğu altında əzilən Ermənistan İranın qoltuğuna sığınaraq, Moskvaya baş qaldırmaq arzusundadır. Təsadüfi deyil ki, İrana qarşı sanksiyalar aradan qaldırılandan sonra Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan "Bunu salamlayırıq, Ermənistan üçün qardaş İranla əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir" deyə bildirdi.

Lakin, həqiqətən də, Ermənistan üçün üfüqdə yeni günəş doğurmu?

PİA.AZ publika.az-a istinadən bildirir ki, yaponiyalı qafqazşünas alim, politoloq Keisuke Vakizaka İranın Qərblə açıq əməkdaşlığı fonunda Ermənistanın ciddi itkilərlə üzləşəcəyini düşünür: "Birincisi, Ermənistanİran arasında ticarət əlaqələrinə diqqət yetirək. İranla müqayisədə Ermənistan bu ölkədən daha çox idxal edir. Xüsusilə Ermənistan indiyə qədər sanksiyalara məruz qalan İran üçün Qərbə "tranzit ölkə" idi. İran öz mallarını Ermənistana keçirir və oradan Avropa bazarına çıxarırdı. Bu da Ermənistanın böyük pullar qazanmasını təmin edirdi. Yaxud əksinə, İran Qərb ölkələrindən lazım olan məhsulları Ermənistan vasitəsilə idxal edirdi və İrəvan yenə pul qazanırdı. Misal üçün, Ermənistanın Milli Statistika Xidmətinin məlumatına görə, 1995-2009-cu illər ərzində Ermənistanın İrana ixracı 50 milyon dollardan az idi. Lakin 2009-cu ildən sonra ixrac artdı, 2011-ci ildə bu rəqəm 100 milyondan çox oldu. Təbii ki, Ermənistan İrana öz məhsulunu deyil, İranın ehtiyacı olan Qərb məhsullarını ixrac edirdi. Lakin bu, Ermənistanın ixracı olaraq göstərilirdi. Dolayısı ilə İran-Qərb ticarəti Ermənistan üçün gəlir qaynağına çevrilmişdi".

K.Vakizaka hesab edir ki, İranın Qərb ölkələri ilə ticarət əlaqələrinin düz yola çıxması Ermənistana böyük zərbə olacaq. 

"Hazırda İran üçün Ermənistanın strateji önəmi əhəmiyyətli dərəcədə azalıb. Gələcəkdə Ermənistanın İrandan idxalı artacaq və bu ölkənin iqtisadiyyatı daha da zəifləyəcək. Digər tərəfdən, xarici siyasətdə də Ermənistan çətin vəziyyətə düşəcək. Çünki bu ölkənin siyasəti və iqtisadiyyatı Rusiyanın əlindədir. Budan sonra Ermənistanın Rusiyanın əlindən qurtuluşu mümkünsüzdür. Bununla yanaşı, İran Qərblə əməkdaşlığa başlasa da, Rusiya ilə də yaxşı münasibətlərə malikdir. Bu baxımdan, İran Ermənistanın Qərbə açılmasında rol oynamayacaq və Tehran İrəvanla istədiyi şəkildə davranacaq", - deyə o bildirib.

Politoloqun fikrincə, hazırda Ermənistan üzərində Rusiya ilə yanaşı, İran da təsir imkanlarını artırır: "Həm Rusiya, həm də İran Ermənistanı özlərindən asılı hala gətirməyə çalışacaq və bu məsələ üzərində ciddi rəqabət aparacaqlar. Beləliklə, Ermənistan Tehran və Moskva arasında qalacaq, ölkənin vəziyyəti daha da pisləşəcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar