Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İranın ABŞ-a cavab vermək imkanı yoxdur”


ABŞ-ın Mərkəzi kəşfiyyat idarəsi, Pentaqonla birgə Suriyada Bəşər Əsəd rejiminin nəzarətində olan torpaqlarda 22 əsas hədəfin xəritəsini hazırlayıb


“CNN Türk”-ün məlumatına görə, ABŞ hava qüvvələrinin bombalamağı planlaşdırdığı məntəqələr arasında İranın dəstəklədiyi silahlı qruplaşmaların nəzarətində olan məntəqələr, həmçinin Rusiyalı hərbçilərin olduğu məkanlar – Humus və Tartus hərbi bazaları var .

Əməliyyatlar ABŞ, Britaniya, Fransa və İsrail arasında əlaqələndiriləcək. Bombardman dəniz, hava və piyada qüvvələrinin raketləri ilə həyata keçiriləcək.

Suriyada situasiyanın bundan sonra hansı şəkildə inkişaf edəcəyini Oxu.Az-a rusiyalı hərbi ekspert Andrey Frolov danışıb.

- ABŞ Suriyada hərbi bazalara hücum etmək niyyətindədir. Bunu necə dəyərləndirirsiniz və bu nə ilə nəticələnə bilər?

- Burada sual sadədir: Amerikalılar haranı vuracaq? Əgər onlar ötən il olduğu kimi, Rusiyaİrana təhdid olmayan Suriya obyektlərinə hücum etsə, hesab edirəm ki, hər şey bununla da bitəcək. Sözün düzü, İsrailin son zərbələri, onların öz üzərinə ildırım sipəri rolunu götürdüklərinə eyham vurur. Ona görə, böyük ehtimalla amerikalılar bu dəfə də minimal variantla kifayətlənəcək və münaqişəni çox gərginləşdirməyə çalışmayacaq.

- ABŞİran arasında birbaşa qarşıdurma gözlənilir?

- ABŞ-ın meydanda İranla hansı şəkildə üz-üzə gələcəyini aydınlaşdırmaq lazımdır, düşünmürəm ki, ABŞ İranın ərazilərinə zərbələr endirəcək. İranlı müşavirlərə gəlincə, İranın Suriya ərazisindən ABŞ-a cavab vermək imkanı yoxdur. İranın Hörmüz boğazını bağlaması və ya ABŞ gəmilərinin İran körfəzində hərəkətini məhdudlaşdırmağa, su yollarını bağlamağa çalışması, bu artıq başqa məsələdir. Ancaq inanmıram ki, iş bu həddə çatsın.

- Bu gün bir çox ekspertlər Üçüncü dünya müharibəsinin başlanacağının mümkünlüyündən dəm vurur. Bu nə dərəcədə mümkündür?

- Həmişə hər hansı şok situasiyalar yaşandıqda bəzi ekspertlər bundan dünyanın sonunu görməyə başlayır. Etiraf etmək lazımdır ki, son illər qeyri-sabitlik kəskinləşib və istənilən ehtiyatsız addım qeyri-proporsional cavaba səbəb ola bilər. Mən əlbəttə ki, bunun birbaşa hərbi əməliyyatlara yol açacağına inanmıram. Gəlin bir müddət əvvəl ABŞ-ı nüvə bombası ilə hədələyən Şimali Koreya ətrafında baş verən gərginliyi xatırlayaq. ABŞ buna heç bir reaksiya göstərmədi. Ona görə, situasiyanın qaydasına düşəcəyini hesab edirəm .

- İran İsrailin cavabını verə bilər? Bu cavab hansı formada özünü büruzə verə bilər?

- İsraillə müharibə İranın nəyinə lazım?! Bu heç kimə lazım deyil. Fərziyyədə, fələstinlilərin narahatlığını, İranın xeyrinə olan situasiya kimi qiymətləndirmək olar, halbuki, bunun birbaşa İranın əməli olduğuna dair hər hansı fakt yoxdur. Demək istədiyim odur ki, İsrail hazırda Fələstin cəbhəsində əməliyyat aparmaq məcburiyyətindədir.

- Hazırda Suriyadakı ümumi vəziyyəti necə dəyərləndirirsiniz? Vəziyyətin daha da gərginləşməsi ehtimal nə dərəcədə realdır?

- Şərqi Qutaya gəlincə, bu Bəşər Əsədin təmiz qələbəsidir və hətta ABŞ Əsədə və hərbi bazalara zərbələr endirsə belə, bu Şərqi Qutada vəziyyəti heç cür dəyişməyəcək. Yəni hazırda müxalifət təxliyə olunur və əsas tapşırıqlardan birini yəni Dəməşqin şəhər kənarında üsyançıların nəzarətində olan anklavların təmizlənməsini, Əsəd ordusu yerinə yetirib. Növbəti məsələ yəqin ki, İdlibdə ortaya çıxacaq. Əsədin İŞİD qalıqlarını tamamilə məhv etmək və neft mədənlərini nəzarətə götürmək istəyi, Deyr-əz-Zorda vəziyyətin gərginləşməsinə yol aça bilər. Burada hər şey daha çox ABŞ-ın özünü necə aparacağından asılıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar