Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İran və Türkiyə bölgədə sabitliyin təminatçısıdır” – Həsən Ruhani


İran və Türkiyə arasında 4 əməkdaşlıq sazişi və memorandum imzalanıb


İmzalanma mərasimi prezidentlər Həsən RuhaniRəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub. Sənədlər gömrük, bank sahələrində, milli kitabxanalar və dövlət televiziyaları arasında əməkdaşlıq sahəsini əhatə edir.

Mərasimdən sonra prezidentlərin mətbuat konfransı keçirilib.

Ruhani deyib ki, İran və Türkiyə iki dost və müsəlman ölkədir: “Bu iki ölkə regionda sabitliyin təminatçısıdır. İki ölkə arasında son illər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq inkişaf etdirilib. Bu gün aparılan müzakirələrdə və Strateji Əməkdaşlıq Şurasının iclasında önəmli qərarlar qəbul olundu. İki ölkənin bank sektoru arasında əməkdaşlığın inkişafı və ticarətin milli valyuta ilə aparılması barədə qəbul olunmuş qərar bugünkü qərarların ən önəmlisidir”.

H.Ruhani iki ölkə sərhədindəki 3 buraxılış məntəqəsinin 24 saat fəaliyyət göstərəcəyini söyləyib. O, Türkiyənin İrandan təbii qaz idxalının həcmini artıracağını açıqlayıb.

İran prezidenti İraq Kürdüstanı məsələsində Türkiyə ilə bəzi razılıqlara gəldiklərini diqqətə çatdırıb: “Biz onlara təzyiq göstərmək istəmirik. Kürdüstan başçıları səhv qərarlarını düzəltməlidir. İran, Türkiyə və İraq ciddi və zəruri addımlarla regionda öz strateji hədəflərini təmin edəcəklər. Məqsədimiz regionda sülh və sabitliyin təmin olunmasıdır”.

R.T.Ərdoğan isə Strateji Əməkdaşlıq Şurasının iclasının çox faydalı keçdiyini vurğulayıb. O deyib ki, iki ölkə arasında ticarət mübadiləsinin 30 milyard dollara çatdırılması haqqında razılıq əldə olunub: “İclasda bu məqsədə çatmaq üçün yol xəritəsinin hazırlanmasına qərar verildi”.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar