Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İran siyasiləri Azərbaycana qarşı səsləndirilmiş yersiz ittihamlara son qoysun”


“ABŞ Tehran rejiminə qarşı Bağırov-Beriya lahiyəsindən yararlanmağa çalışacaq”


İranda baş verən hadisələrlə bağlı müxtəlif mövqelər sərgilənməkdədir

Bəzi ekspertlər etirazın səbəbini sosial problemlərdə görür, başqaları isə siyasi məsələləri əsas götürür. Hətta bu gün qonşu ölkədə yaşananları tarixi prizmada, Pişəvəri hərəkatı ilə eyniləşdirənlər var. 

PİA.AZA24.az-a istinadən  bu məsələlərlə bağlı politoloq Adgözəl Məmmədova müraciət edib: 

Adıgözəl müəllim, son günlər İranda baş verən hadisələr zəmnində Tehran mətbuatında oranın stratejistləri tərəfindən sizin Mircəfər Bağırova həsr etdiyiniz kitablar barədə geniş bir təhlil yazı dərc edilmişdir. Sizcə Mircəfər Bağırov mövzusu İranda bu gün niyə aktuallaşmışdır?

Doğrusu belə yazıların İranda işıq üzü görməsi heç də mənim üçün təəccüblü deyildir. Ona görə ki, Mircəfər Bağırovun siyasi fəaliyyətinin bir hissəsi İranla və xüsusən də Təbrizlə bağlıdır. Sözü gedən kitab hələ mənim gənc yaşlarımda qələmə aldığım təqiqat əsəridir. Kitabda xüsusi bir bölmə M.C.Bağırovun Kremlin İran siyasəti istiqamətində xüsusi fəaliyyətindən bəhs edir. Əlbəttə, M.C.Bağırov bu siyasətdə kor-koranə icraçı kimi deyil, əslində oyun qurucusu kimi iştirak edirdi. Bu baxımdan son günlər İranlı tədqiqatçıların M.C.Bağırov mövzusuna və Təbrizdəki demokratik firqənin qurucuları olan Seyid Cəfər Pişəvəri, Şəbüstəri, Padeqan, Qiyami kimi siyasilərə diqqətlərini yenidən yönətmələri çox ciddi siqnaldır…

Belə ki, müəllifi olduğum “2003-cü ildə nəşr edilmiş “Baş tutmamış çevriliş” – Tam məxfi sənədlər” kitabım haqqında 2018 – ci ilin ilk günnündə İranda fars dilində bu başlığla    “نقش رقابت سیاسی در کرملین در فراز و فرود فرقه دموکرات آذربایجان/مسعود صدرمحمدی “ çıxan məqalədə bir neçə məsələlərə təşviş ilə suallar qoyularaq münasibət göstərilir. Əvvəla onu da qeyd etmək istəyirəm ki, məqalə müəllifi nədənsə  məni əsassız olara istefada olan təhlükəsizlik orqanlarının zabiti  kimi qələmə verərək, arxiv sənədləri ilə zəng olan bu kitabın həm o dövr, həm də bu gün üçün olduqca aktuallığını  və vacibliyini vurğulayır. Halbuki, bu kitab hələ mənim 30 yaşım olanda qələmə alınmış tədqiqat məhsuludur. Sadəcə olaraq müvafiq arxiv sənədləri ilə işləmək qabiliyyəti və o dövrün siyasət adamlarının psixoloji portretlərini araşdıra bilmək keyfiyyəti sözü gedən kitabın Azərbaycandan kənarda da çox ciddi marağın yaranmasına səbəb oldu. Sevindirici hal odur ki,  bu kitab bu gün dünyanın ən aparıcı universitetlərinin ( Steinford, Berkley, İlinios, Braun və.s) və ABŞ dövlət konqresinin elektron  kataloqunada əlavə edilmişdir və bir neçə xarici dildə nəşr edilmişdir. Hətta ABŞ dövlət konqresinin kitabxanasının Avropa sektorunun rəhbəri tərəfindən kitaba olan ciddi maraq  barədə təşəkkür məktubunu da mənə göndəriblər (Grant G. Harris Chief, European Division,The Library of Congress,101 Independence Avenue, S.E.,Washington, D.C. 20540-4830).

Belə çıxır ki, Sizin kitab barədə məqaləni qələmə alan İran stratejisti, sanki Bağırov-Pişəvəri olayının başqa ad altında yenidən gündəmə gələ  biləcəyindən  əndişələnir?

Tam qətiyyətlə deyə bilərəm ki, Cənubi Azərbaycan  lahiyəsinin müəllifi başından axırına qədər M.C.Bağırov idi. O zamanlar Sovet rəhbərliyi kürdlərə, yoxsa azərbaycanlılara istinad etmək seçimi qarşısında idi. Çünki gələcəkdə İran ABŞ- ın təsir dairəsinə düşməsi,  Sovetlər birliyini regiondan sıxışdırılması demək idi. Sovet rəhbərliyi bunun qarşısını almaq üçün Tehran rejimini İranda  yaşayan etnik qrupların müqaviməti ilə üzləşdirmək planı üzərində işlədi. Bir çoxları xüsusən də hərbçilər Moskvanın strateji partnyor kimi etnik kürdləri seçməyi təklif edirdilər. Amma M.Bağırov L.Beriyanın köməyi ilə bu təkliflərin əsassızlığını sübut edə bildi. Bağırov L.Beriyanın və xarici işlər XK-nın müavini V.N.Dekanozovun yardımı ilə Stalində, İran azərbaycanlılarına əsaslanmaq barədə fikir yaratmağa müvəffəq oldular. 1941-ci il sentyabrın 9-da Stalin Bağırova bir günlük Moskvaya gəlmək barədə şifroqrama göndərir. Həmin görüşdə Bağırov öz təkliflər layihəsini Stalinə təqdim edir. Bu lahiyəyə əsasən, Az.K (b) P MK-nın katibi Əziz Əliyev Cənubi Azərbaycana yollanacaq partiya qrupunun rəhbəri olacaqdı. Stalin Bağırovun bu layihəsini təsdiq edir.

Sözügedən qrupa Süleyman Rəhimov, Mehbalı Əmiraslanov, Ağasəlim Atakişiyev, Mustafa Quliyev, Mirzə İbrahimov daxil edilir. Hərbi şuranın qərarı və Zaqafqaziya ordusu komandanının əmri ilə sentyabrın 16-da polkovnik-komissar Əziz Əliyev Təbrizə daxil olan 47-ci ordunun Hərbi Şurasının üzvü seçilir. Müəyyən vaxtdan sonra M.Bağırov Əziz Əliyevin qrupundan informasiya almağa başlayır.

Bir müddətdən sonra Əziz Əliyevlə SSRİ-nin İrandakı səfiri A.Smirnov arasında fikir ayrılıqları başlandı. Bu fikir ayrılıqları Əziz Əliyevin sovet qarnizonunun rəhbərliyinə məktub yazmasından sonra baş verdi. Həmin məktubda o yerli əhalidən yəni azərbaycanlılardan silahların yığılmasını dayandırmağı tələb edirdi. A.Smirnov buna görə Moskvaya məktub yazır və Ə.Əliyevi millətçi kimi xarakterizə edir. M.Bağırov xarici işlər XK-nin müavini Dekazanovla əlaqə saxlayaraq, Ə.Əliyevi müdafiə etməyə başlayır.

Bütün bu təzyiqlərə baxmayaraq, 24 oktyabr 1941-ci ildə Əziz Əliyev M.Bağırova «Cənubi Azərbaycan haqqında hesabat» göndərir və burada yazır: «Məktəblərdə dərslər fars dilində aparılır, yerli azərbaycanlılar türk dilində təhsil almaq istəyirlər, buna görə də «Vətən yolunda» qəzetinin buraxılması azərbaycanlılarda böyük sevinc doğurmuşdur».

Artıq M.C.Bağırovun layihəsi İranda ilk bəhrəsini verməyə başlamışdı. İran tərəfi SSRİ-İran-B.Britaniya dövlətləri arasında ittifaq sazişinin bağlanması istiqamətində müzakirələrə başladı. 1942-ci il yanvarın 26-da İran Məclisi Sovet-İngilis-İran ittifaqının müzakirəsini yekunlaşdırdı. 29 yanvar 1942-ci ildə SSRİ tərəfindən səfir A.Smirnov, Böyük Britaniya adından R.Bulard, İran tərəfindən xarici işlər naziri Süheyli Böyük Britaniya, SSRİİranın ittifaqı haqqında müqaviləni imzaladılar.

1942-ci il fevralın 10-da Məhəmməd Rza şah Pəhləvi və ABŞ prezidenti Ruzvelt arasında bu müqavilənin bağlanması ilə əlaqədar olaraq təbrik teleqramlarının mübadiləsi baş verir. İran şahı ABŞ prezidentinə göndərdiyi məktubda qeyd edirdi ki, o, ABŞİranın ərazi bütövlüyünün qarantı kimi görür.

Bu hadisələr müharibənin ən qızğın günlərində baş verirdi. Sovet rəhbərliyi İngiltərə və ABŞ tərəfindən 2-ci cəbhənin açılmasını planlaşdırırdı. Buna görə də Sovet rəhbərliyi İrandakı fəaliyyətini bir qədər zəiflətdi.

Sovet rəhbərliyi İngiltərə ilə münasibətləri korlamamaq üçün faşist Almaniyası üzərində tam qələbə çalanadək Cənubi Azərbaycanda aktiv siyasi təbliğatın aparılmasını azaltdı. Amma sovet qoşunları hələ də İranda qalırdı. Bu aktivliyin azaldılması səbəbi ilə Bakıya qayıdan Əziz Əliyev tezliklə M.Bağırovun Stalinə təqdimatı əsasında Dağıstan partiya komitəsinin I katibi seçilir. Amma müharibə illərində bu aktivliyin azalmasının pis nəticəsi kimi artıq İran rəhbərliyinə ABŞ və İngiltərənin təsiri daha çox hiss edilirdi. SSRİ-də neftə olan  tələbat günbəgün artırdı. Buna görə də sovet rəhbərliyi istənilən yolla İranı öz təsir dairəsinə çəkməyə çalışırdı. Orta şərq və neft uğrunda mübarizə Stalini ən kəskin addımlar atmağa məcbur edirdi. Bu fürsətdən istifadə edən M.Bağırov öz siyasi «kozır»ını  ortaya atır. Məhz o günlər 14 sentyabr 1944-cü il tarixdə M.Bağırov Stalinə ünvanlanmış məktubunda  göstərirdi ki:

Azərbaycanlılar Ərdəşir Avanesyanın başçılıq etdiyi Tudə partiyasında birləşə bilməyəcəklər.  Burada şəxsin erməniliyi azərbaycanlıları bu partiyadan uzaq salıb. Hesab edirəm ki, Tehran hakimiyyətinə təsir etmək üçün azərbaycanlılardan ibarət yeni bir siyasi güc yaratmaq lazım gələcəkdir”. İnanın, təkcə bu cümlə ilə Bağırov həm də azərbaycanlıları gözləyə bilən deportasiyadan qoruyurdu və həm də  Azərbaycan faktorunu geosiyasi güc kimi Stalinin gözünün önündə vacibliyini vurğulayırdı.
Əsas məsələ Stalini buna inandırmaq idi. Stalin bu məsələyə ciddi yanaşdı və V.Molotova İranın azərbaycanlı əhalisinin hüquqlarının pozulması ilə bağlı İran şahına nota göndərməyi tapşırdı və bu etiraz notası göndərildi. Bununla da  öncə Moskvanın düşündüyü sol yönümlü Tudə partiyası vasitəsilə deyil,  birbaşa etnik kimliyi üzə çıxıran Demokratik Azərbaycan firqəsini təsis etməklə şah rejiminə qarşı ciddi bir qüvvə yaradıldı. Əslində bu M.C.Bağırovun yuxarıda qeyd etdiyim kimi Kremlin İran siyasətində kor-koranə icraçısı kimi deyil, onun oyun qurucusu kimi göstəricisi idi.  Bu günlərdə də mən tam istisna etmirəm ki, ABŞ Tehran rejiminə qarşı qırxıncı illərin Bağırov-Beriya layihəsindən yararlanmasın.

Bəs belə bir vəziyyətdə Azərbaycan hansı mövqedə durmalıdır? 

Biz bir daha müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən dühasına minnətdar olmalıyıq, çünki Böyük Öndərimiz elə bir dövlət qurub bizə miras qoymuşdur ki, müstəqil qərar verməmiz üçün çox vektorlu xarici siyasətimiz vardır. Bu ənənələr bu gün də Hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir və hər şeydən əvvəl milli mənfəətlərimiz göz önündə tutulur. Birdəki, o dövrün şərtləri ilə bu günün reallıqları arasında ciddi fərq var. O dövrdə Azərbaycan SSRİ-nin tərkibində idi və xarici siyasətdə Moskva amili doktorinal xarakter daşıyırdı. Bu gün isə xarici siyasətimizdə aparıcı xətt milli dövlətçiliyimizin mənfəətidir. Biz Xarici İşlər Nazirliyimizin İrandakı son hadisələrlə bağlı bəyanatında göstərildiyi kimi İranda sülhün bərqərar olmasının tərəfdarıyığ və İran xalqının bu proseslərdən də alnı açıq, üzü ağ çıxacağına əminik. Amma İran rəsmilərinin işğalçı Ermənistan dövlətinə olan münasibətinin xüsusən bu günlərdə təftiş etməsini çox istəyərdik. Hər halda qardaş dövlətdən gözləntimiz budur. Eyni zamanda da İran Avrasiya coğrafiyasının tərkib hissəsi olaraq Slav-Türk və Ari birliyi konteksinin əsas aparıcı xətlərindən biridir.  Bu baxımdan da İranda biz stabilliyin tərəfdarı olmalıyıq. Amma bütün bunlar o demək deyildir ki, biz İrandakı soydaşlarımızın taleyinə biganə qalmalıyığ. Birdə ki, ara -sıra  bəzi iranlı siyasət və din adamları Azərbaycanı İsraillə hərbi-texniki əməkdaşlıq etdiyinə görə məzəmmət etdiklərini də bilirik. Amma bu məzəmmət edənlərə Qarabağ müharibəsinin ilk illərində Haşimi Rəfsəncani və doktor Əli Əkbər Vilayəti ilə başlanmış “Sülh fəaliyyətləri” ni yadlarına salmağı xahiş edərdim. Faktiki olaraq o dövrdə Azərbaycan xalqı meydanda tək buraxılmışdı və onda nə müsəlman qardaşlığı, nədəki əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinin azərbaycanlı soydaşlarına dəstək olmaq siyasəti yada düşmədi. Amma ara- sıra hərbi dəstəkləri nəzərə almasaq İranın o dövrki siyasətçiləri Fələstinə göstərdiyi dəstək və yardımını Azərbaycan xalqından əsirgədi. Onda sual olunur:

Bəs biz nə etməli idik?

Müasir ordu quruculuğunda müasir texnologiyaların əldə olunması vacib şərtdir. Bu cür texnologiyalar da dünyanın bir neçə dövlətlərində mövcuddur. Yalnız İsrail dövləti bu texnologiyaları bizə verməyə və birgə zavodların inşaasına razılıq verdi. Heç kim unutmasın ki, yeni nəsil texnologiyaların əldə olunması istiqamətində dünyada həmişə mübarizə getmişdir və bundan sonra da gedəcəkdir. İkinci Dünya müharibəsindən sonra qalib ölkələr faşist Almaniyasının hərbi texnologiyalar sahəsindəki alimlərinin əldə olunması istiqamətində ölüm-qalım mübarizəsi aparırdılar. Nə Moskvanı, nə də Vaşinqtonu onların keçmişlərinin faşist olması maraqlandırmırdı. Ona görə də çox yaxşı olardı ki, Azərbaycana qarşı səsləndirilmiş bu yersiz ittihamlarına bəzi İran siyasiləri son qoysun və ümumilikdə isə işğalçı Ermənistan dövlətinə olan münasibətlərini yenidən təftiş etsinlər. Gəlin, səmimi olaq!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar