Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İran həyata keçirmədiyi mifik layihələrlə Ermənistanı bölgədə əliboş qoyur”

İosif Qubadyan

regnum.ru, 10.10.2017


Ermənistanda hələ də həyata keçirilməmiş layihələrdən danışdıqca bölgənin başqa ölkələri arasındakı əməkdaşlıq ölkəmizi əliboş qoyur

Ermənistan-İran münasibətləri mövzusu Ermənistan baş naziri Qaren Qarapetyanın İran səfəri ilə bağlı yenidən ön plana çıxıb. İki ölkə rəsmiləri yüksəksəviyyəli danışıqlarda hər dəfə mümkün əməkdaşlığın yeni mövzularına toxunurlar, amma eyni zamanda aydın olur ki, tərəflər əvvəllər bəyan edilmiş layihələri yavaş-yavaş unudurlar. Ancaq, əlbəttə, hər dəfə danışılır ki, Ermənistanla İran arasında iqtisadi əməkdaşlıq ölkələr arasındakı siyasi dialoqdan hiss olunacaq dərəcədə geri qalır.

Bu dəfə Ermənistan baş nazirinin danışıqlar gündəliyində artıq adiləşmiş energetik əməkdaşlıq, yatırımlar, İran yüklərinin Ermənistan üzərindən Qara dəniz limanlarına nəqli mövzuları var idi. Lakin İran qazının Gürcüstana tranziti, həmçinin İranla AİB arasında azad ticarət haqda saziş kimi nə zamansa populyar məsələlərə praktik olaraq toxunulmayıb.

Qaren Qarapetyanın İshaq Cahangiri ilə görüşünün yekunları üzrə Ermənistan hökuməti mətbuat xidmətinin məlumatında deyilir: “Ermənistan baş naziri və İranın birinci vitse-prezidenti iki ölkə arasında elektrik enerjisi və qaz mübadiləsi həcmini artırmağa imkan verən, iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı və bu sahədə bölgə əməkdaşlığının genişləndirilməsinə şərait yaradacaq 400 kV gərginlikli üçüncü İran-Ermənistan elektrik qüvvəsinin ötürülməsi xəttinin inşasını günün önəmli ikitərəfli iqtisadi proqramları sırasında göstəriblər. Tərəflər Mehri SES proqramının gerçəkləşdirilməsinin böyük əhəmiyyətini qeyd ediblər”.

Nə qədər qəribə olsa da, sözügedən layihələrin gerçəkləşdirilməsində aşkar tərpəniş müşahidə olunmur. Hətta tərəflər bərk-bərk layihənin yekunlaşdırıcı mərhələsinə girişərək inşaat stratını hələ 2012-ci ilin noyabrında elan etsələr də, indiyədək inşaata başlamadıqlarına baxmayaraq Mehri SES ən perspektivli Ermənistan-İran layihəsi idi və elə də qalır.

Birinci layihədən fərqli olaraq əməli gerçəkləşmə mərhələsində olan yeni İran-Ermənistan EQÖX (elektrik qüvvəsinin ötürülməsi xətti—tərc.) inşası xüsusunda məlumdur ki, işləri 2017-ci ilin avqust-sentyabrında başa vurmaq planlaşdırılırdı. Lakin inşaatın bitdiyi haqda hələ də heç bir konkret məlumat yoxdur.

Öz növbəsində İran qazının Gürcüstana, Türkmənistan qazının Ermənistana tranziti məsələlərini qapanmış saymaq olsa da, İran və Ermənistran arasında azad ticarət haqda saziş bağlanmasına hələ ümid var. Amma iqtisadi icmalçı Ayk Gevorkyanın qeyd etdiyi kimi, praktikada bu cür sazişin bağlanması ehtimalı son dərəcə azdır. Gevorkyanın fikrincə, azad ticarət haqda sazişin görünən gələcəkdə bağlanmayacağı ilə rəsmi İrəvan da barışıb. İcmalçı bu cür nəticəni Ermənistan baş nazirinin İran səfərindən danışan tutumlu press-relizlərin məzmunundan çıxardır.

Gevorkyanın müşahidəsinə əsasən, bu mövzuya yalnız bir dəfə, həm də ötəri toxunulub. Relizlərə əsasən, Qaren Qarapetyan İran I vitse-prezidenti İshaq Cahangiri ilə görüşün gedişində deyib: “ER hökuməti başçısı İran-AİB azad ticarət sazişi  haqda danışıqlar mövzusuna toxunaraq ümidini ifadə edib ki, proses mümkün qədər tez başa çatacaq və qeyd edib ki, Ermənistan tərəfi gərəkən yardımı etməyə hazırdır”.

Ermənistan-İran dəmiryolu və yaxud iki ölkə sərhədində neft emalı zavodu kimi mifik layihələrə gəlincə, tərəflər bununla nə bir-birini, nə də artıq sözügedən relizlərin oxucularını üzməyi qərara alıblar.

Daha bir aktual mövzuya toxunulub: Ermənistan ərazisindən inşa olunacağı halda İranın Qara dəniz sahilləri ilə əlaqəsini sürətləndirərək asanlaşdıracaq Şimal-Cənub avtoyolunun salınması mövzusu. 1 milyard dollardan yuxarı kredit vəsaitinin sərf ediləcəyi planlaşdırılan yolun inşası çox uzandığından, mütəxəssislər isə onun tam həcmdə gerçəkləşməsini tamamilə şübhə altına aldığından  biz də bu müzakirəni gələcəyə saxlayırıq.

Amma qeyd etmək lazım gəlir ki, Ermənistanda hələ də həyata keçirilməmiş layihələrdən danışılınca bölgənin başqa ölkələri arasındakı əməkdaşlıq ölkəmizi əliboşda qoyur. Həm də avtomagistralın inşası nə zamansa başa çatsa, tamamilə mümkündür ki, artıq heç kimə gərək olmayacaq.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar