Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İran gərək Urmiya gölünün qayğısına qalsın”


Millət vəkili: “Narahatlığımız əsaslıdır”


“Urmiya gölü böyük cəmiyyət hadisəsidir, təbiətin bir əsəridir. Azərbaycan xalqı üçün önəmi həddən artıq çoxdur. Amma son dövrlərdə Urmiya gölünün vəziyyəti bizi sarsıdır. Bizi ən çox narahat edən isə İran dövləti tərəfindən Urmiya gölünə heç bir qayğı göstərilməməsidir”. Bu sözləri Simsar.az-a açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Millət vəkili deyib ki, “hər bir azərbaycanlı narahatdı. Yeri gəldikcə də öz həyəcanımızı bildiririk. Burda söhbət Azərbaycanla İran arasında problem çıxarmaqdan, münaqişə yaratmaqdan getmir. Burda dünya üçün maraqlı bir hadisədən söhbət getmir.

Bir vaxtlar Araz gölünün qurudulmaması üçün addımlar atılmışdı. Urmiya gölü də eyni aqibəti yaşayır. Amma gərək İran dövləti Urmiya gölünün qayğısına qalsın. Mən Urmiya gölünün sahillərində olmuşam. Urmiya gölü həqiqətən də dünyanın ən gözəl mənzərələrindən biridir. Ona görə də bizim narahatlığımız əsaslıdır. Məqsədimiz onun qurudulmasının qarşısını almaqdır. Bunun üçün də İran beynəlxalq məsləhətləşmələr apara bilər, yaxud da dünyanın ixtisaslı ekspertlərini dəvət edib bu məslənin aradan qaldırılması üçün bütün addımları ortaya qoya bilər.

İstər-istəməz biz çalışmalıyıq ki, bu məsələdə İran hökuməti həsas olsun. İran həmçinin qonşu ölkələrlə də məsləhətləşmələr apara bilər. Bu sahədə təcrübəsi olan dövlətləri də məsləyə cəlb edə bilər.

Elə Azərbaycan tərəfi ilə də müəyyən məsləhətləmələr aparıla bilər. Azərbaycan xalqının bu məsələdə həyəcanlı olmasının bir səbəbi Urmiya gölünün ətrafında yaşayan cənubi azərbaycanlılarla bağlıdır. Bu xalqı Urmiya gölü ilə tarixi etnoqrafik kök bağlayır. Urmiya gölünün quruması tarixdən silinməsi deməkdir. Bunu isə Azərbaycan xalqı olaraq istəmirik.

Millət vəkili deyib ki, “Urmiya gölünə qarşı İran tərəfindən hər hansı bir laqeydlik hiss olunanda bu Azərbaycan tərəfindən pis qarşılanır. Bölgənin dəyərli sərvəti və neməti sayılan Urmiya gölünün gündən-günə quruması bir faciədir”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar