Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İran Azərbaycana güclü təzyiq göstərəcək” - Hafiz Hacıyev


“Netanyahu Bakı səfəri zamanı İrana qarşı aşağılayıcı hərəkətlər etdi. Buna görə də Ruhaninin Ermənistanla bağlı atdığı addım gözlənilən idi”


“Biz hər il torpaqlarımızın azad olunması barədə danışırıq, amma heç bir iş görə bilmirik”.

Bu fikirləri Müasir Müsavat Partiyasnın sədri Hafiz Hacıyev Ruhaninin Ermənistan səfərinə münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi İran prezidenti Həsən Ruhani erməni həmkarı Serj Sarkisyanın dəvəti ilə Yerevana rəsmi səfər edib. Səfər zamanı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair bir neçə sənədin imzalanması və prezidentlərin danışıqların yekunlarına dair mətbuat üçün bəyanatlar verilməsi, Ermənistan-İran biznes-forumunda iştirak edilməsi nəzərdə tutulub. İran prezindenti Həsən Ruhani Ermənistan səfərində Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanat verməyib. İranın Ermənistanla sıx əlaqələr qurması bu ölkənin bizə olan dostluq telləri ilə necə bir araya gəlir?

Ümumiyyətlə, İranın Azərbaycan əleyhinə Ermənistanla siyasi ittifaqı gücləndirməsinin səbəbi nədir?

Bu suallarla PİA.AZ-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə müraciət edib.

Hafiz Hacıyev: “Biz bir gün İrana dost deyirik, o biri gün isə düşmən sanırıq”.


İranın heç vaxt Azərbaycanla dost olmayacağını vurğulayan Hafiz Hacıyevə görə, Azərbaycan xarici siyasətinə yenidən baxmalıdır:

Həsən Ruhaninin İran səfərinə və orada Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanat verməməsinə çox pis baxıram. İran həmişə arxadan zərbə vurub. İran həmişə ikili mövqe sərgiləyib. Bu İran molla rejiminin tutduğu mövqedir. Israilin baş naziri Benyamin Netanyahu Azərbaycana səfərindən sonra İran ideoloji hücumları artırıb.İran hər zaman Ermənistana dəstək olub. Ona görə də heç vaxt İrandan Azərbaycana dost olmaz. Düşünürəm ki, bizim apardığımız siyasətin sonu bununla nəticələnməli deyildi. Dövlət öz mövqeyini qəti şəkildə ortaya qoyaraq ya Avropaya meyl etməlidir, ya Rusiya ilə birlikdə olmalıdır. Ancaq biz bir gün İrana dost deyirik, o biri gün isə düşmən sanırıq.

Netanyahu Bakı səfəri zamanı İrana qarşı aşağılayıcı hərəkətlər etdi. Buna görə də Ruhaninin Ermənistanla bağlı atdığı addım gözlənilən idi və buna təəccüblənmək lazım deyil. Bu bizim xarici siyasətimizin yanlış yolda olduğunun göstəricisidir. İranın regionda öz maraqları var. İran öz maraqlarını təmin etmək üçün regionda güclü dövlətdir və hər halda Azərbaycana güclü təzyiq göstərəcək. Bu təzyiqin bir ucu da Ermənistandır. Biz hər il torpaqlarımızın azad olunması barədə danışırıq, amma heç bir iş görə bilmirik. Unutqan xalqıq. Fikrimcə, İran öz təzyiqlərini bundan sonra da artıracaq. Ona görə də biz ya Rusiya ilə geniş şəkildə danışmalıyıq, ya da öz mövqeyimizi bildirmək üçün Avropaya və ya Qərbə inteqrasiya olunmalıyıq”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar