Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İqtisadiyyatın aktivləşdirilməsinin 3 yolu var” - Natiq Cəfərli


Ekspert: “Təəssüf ki, neft-qaz sektorundan başqa, digər sahələrə investorları cəlb edə bilmirik”


“Bizim iqtisadiyyatımızda dünyada qəbul olunmuş bu üç əsas istiqamətin hər birində problem var. Yaxın gələcəkdə Azərbaycanda bu problemlər aradan qaldırılmasa, iqtisadi canlanmanı müşahidə eləmək mümkün olmayacaq”.

Bu sözləri  iqtisadçı ekspert Natiq Cəfərli dünya bankının Azərbaycanda ÜDM-in azalacağı ilə bağlı proqnozunu şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib. 

Dünya Bankının (DB) yenilənmiş proqnozuna görə, bu il Azərbaycanda Ümumi Daxili Məhsul azalacaq. Hələ ötən ildən bəzi ekspertlərimiz ÜDM-in azaldığını bu vəziyyətin narahatedici olduğunu vurğulayırdılar. Nəzərə almaq lazımdır ki,  əsas makroiqtisadi göstəricilərdən olan ÜDM-in azalması iqtisadiyyatda ciddi mənfi fəsadlarla nəticələnə bilər. Bəs görəsən, ÜDM-in azalmasına səbəb olacaq amillər hansılardır və hökümət bu səbəbləri ortadan qaldırmaq üçün hansısa addımlar atırmı?

Bu mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Image result for natiq cəfərli pia.az 2017

Natiq Cəfərli: “İqtisadi aktivlikdə bankların rolu azalıb, ticarət dövriyyəsi zəifləyib”.


Azərbaycanda ÜDM-in azaldığını hökumətin özünün də etiraf etdiyini qeyd edən iqtisadçı ekspert Natiq Cəfərliyə görə, bu vəziyyətin qarşısının alınmaması iqtisadi aktivlik üçün ciddi problemlər yaradacaq:

“Ümumi Daxili Məhsulun (ÜDM)  azalmasını Azərbaycan höküməti  də etiraf edib və son 3-4 ayda Ümumi Daxili Məhsul 1.3% azalıb. Yəni, iqtisadiyyat daralıb. İqtisadiyyatın daralması iqtisadi aktivliyin zəifləməsinə, dövriyyənin, iş yerlərinin və insanların gəlirlərinin azalmasına səbəb olur. Bu vəziyyət ümumi iqtisadi parametrlərə və əhalinin gündəlik dolanışığına çox mənfi təsir göstərir.  Çox təəssüf ki, bu vəziyyətin düzəldilməsi ilə bağlı hansısa işıq üzü görünmür. 

Uzun zamandır ki, Azərbaycan neft gəlirlərinə öyrəşmişdi və bütün iqtisadiyyat neft gəlirlərinin layihələr vasitəsilə paylanılması üzərində qurulmuş bir primitiv iqtisadi modeldən formalaşmışdı. İndi gəlirlər azaldığına görə büdcə xərcləmələri də 45%-ə yaxın azalıb. Həmçinin banklarda vəziyyət çox pisdir, banklar nə fiziki, nə də hüquqi şəxslərə kredit verə bilmir, iqtisadi aktivlikdə bankların rolu azalıb, ticarət dövriyyəsi zəifləyib. Son 4 ayda ölkənin idxalı  17% azalıb. Bu o deməkdir ki, idxalla məşğul olan insanların da gəlirləri azalıb. Bütün bu parametrlər iqtisadi aktivliyə ciddi təsir göstərir.

İqtisadiyyatın aktivləşdirilməsinin 3 yolu var:

Birinci yol odur ki, dövlət investisiyalarının artmasından keçməlidir ki, biz bunu hələlik görmürük, çünki büdcə buna imkan vermir. 

İkinci yol kimi kreditləşmə başlamalıdır. Banklar yenidən əhaliyə və biznes strukturlarına kredit verməlidir. Biz bunu da gömürük. Yaxın zamanlarda görməyimiz də imkansızdır. Çünki banklarda vəziyyət çox pisdir. Hətta bəzi bankların bağlanması və ya birləşdirilməsi  prosesi davam edəcək.

Üçüncü yol isə xarici investorların cəlb edilməsindən ibarətdir. Təəssüf ki, burada da neft-qaz sektorundan başqa, digər sahələrə investorları cəlb edə bilmirik. 

Bizim iqtisadiyyatımızda dünyada qəbul olunmuş bu üç əsas istiqamətin hər birində problem var. Yaxın gələcəkdə Azərbaycanda bu problemlər aradan qaldırılmasa, iqtisadi canlanmanı müşahidə eləmək mümkün olmayacaq”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar