Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İntihar baharı” - ölkədə canına qıyanların sayı artır


Qabil Abbasoğlu: “Medianın bu məsələdə günahlandırılmasını vəziyyətdən doğru çıxış yolu tapa bilməyənlərin mövqeyi hesab edirəm”


İntihar hallarının sayı durmadan artır. 

Hətta bəzən elə olur ki, bir gündə 3-4 intihar xəbəri gəlir. Artıq televiziyalar intiharlarla bağlı informasiyaları gizlədir. Yəqin ki, bu da televiziyalara verilən göstəriş əsasında həyata keçirilir. Ancaq belə xəbərləri gizlətmək təəssüf ki, intiharların qarşısını almağa kömək etmir.

Psixoloq Aygün Ağabalayeva "Axar TV"yə müsahibəsində intihar haqda informasiyaları intihara səbəb olan əsas amillərdən biri kimi göstərib: “Hər yaş kateqoriyasında olan insanlar bu məlumatları oxuyur. Ona görə də insanların psixoloji durumu nəzərə alınmalıdır. Bu cür məlumatların çoxluğu onlarda şüuraltı rahat bir çıxış yolu kimi formalaşır. Çünki hər insan bu mövzuya eyni yanaşmır”

Maraqlıdır, doğrudanmı psixoloqların dediyi kimi, intiharların artmasında medianın da günahı var?

İntihar xəbərlərinin daha çox yer aldığı saytlardan biri olan lent.az saytının baş direktoru, jurnalist Qabil Abbasoğlu burada medianın heç bir günahı olmadığını və belə bir fikri bir psixoloqun səsləndirməsinə təəssüfləndiyini dedi: “O fikrin qətiyyən əleyhinəyəm ki, mətbuat xəbəri verməsə, intihar halları azalacaq. Xüsusilə də təəssüf edirəm ki, bu fikri bir mütəxəssis, psixoloq deyir. Biz baş vermiş intiharlar haqqında məlumat yayırıq, intiharı təbliğ edən materiallar vermirik. Xəbər əhəmiyyəti daşıyan, müəyyən dərəcədə mənası və hekayəsi olan intihar hadisələrini veririk. Əslində vermədiyimiz intihar hadisələri də var. Mən medianın bu məsələdə günahlandırılmasını vəziyyətdən doğru çıxış yolu tapa bilməyən insanların fikirləri hesab edirəm. İntiharların qarşısının alınması ilə bağlı bir mütəxəssis kimi danışa bilmərəm. Amma qarşı tərəfin fikirlərinə cavab xarakterli bunu söyləyə bilərəm ki, bunun üçün mütəxəssislərimiz də, psixoloqlarımız da ayrı-ayrı dövlət qurumlarının iştirakı ilə konkret proqramlar hazırlamalı, təbliğat işləri aparılmalıdır. Xüsusilə məktəblərdə, ucqar rayonlarda bu məsələ ilə bağlı planlaşdırılmış və ciddi bir iş aparılmalıdır. Biz yalnız statistikanı mətbuata çıxarırıq və çox təəssüf edirəm ki, bu statistika da çox acı bir statistikadır. Amma bu işin həlli medianın bu cür xəbərləri dərc etməsindən asılı deyil”.

Qeyd edək ki, bahar fəslində intihar hadisələri qışa nisbətən daha çox olur ki, burada da psixoloji amillər əsas rol oynayır. İsveçdəki Uppsala Universitetinin psixiatriya professoru Fotis Papadopoulos yaz aylarında intiharların sayının qışa nəzərən 20-60 faiz artıq olduğunu bildirib. Amerikalı alim Norman Roşendal isə mövsümi dəyişikliklərin insanlar üzərində təsirlərini araşdırarkən, belə bir nəticəyə gəlib ki, mövsümi dəyişikliklər insanlara iki müxtəlif formada təsir edir: birincisi, insanların böyük bir qismi yaz və yay aylarında daha enerjili, sosial, qışda isə depressiv, halsız və tənbəl olur. Digər tərəfdən isə bəzi insanlarda xüsusilə yaz aylarında enerji azlığı, yorğunluq, diqqət pozuntusu, bədbəxtlik hissi, sıxıntı, yuxusuzluq, iştah dəyişiklikləri müşahidə edilir.

Moderator.az xarici mediaya istinadən bildirir ki, 12 min intihar qurbanı ilə bağlı məlumatlar meteoroloji məlumatlarla birlikdə araşdırılıb. Bu göstəricilər serotonini hərəkətə gətirərək xəstənin daha fəal və aktiv olması və intihar düşüncəsini həyata keçirməyə cəhd etməsini ifadə edən nəzəriyyənin təsdiqi kimi şərh oluna bilər. Bu barədə müxtəlif nəzəriyyələr də var. Nəzəriyyəyə görə, yaz aylarında tozcuqlar immun sistemini hərəkətə gətirərək beyində dəyişikliklərə yol açır. Tozcuqlarla intihar arasında əlaqə qurulması bəzilərinə şişirdilmiş gəlir. Müşahidələrə görə, immunitet hüceyrələrinin aktivləşməsi və intihar düşüncəsi arasında da bir əlaqə olduğu məlum olub.

Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatı dünyada hər 40 saniyədə 1 intiharın, hər 3 saniyədə 1 intihara təşəbbüsün baş verdiyini, son 45 ildə intiharların 60 faiz artdığını və intiharın bütün dünyada ilk 10 ölüm səbəbi arasında göstərildiyini bildirir. Bütün ölümlərin təqribən 1 faizini intiharlar təşkil edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar