Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İnter“ klubunun dağılma təhlükəsi yoxdur”


"İnter" Peşəkar İdman Klubunun təhvil-təslim prosesi başa çatıb


PİA.AZ bildirir ki, bu barədə "Report"a AFFA tərəfindən paytaxt təmsilçisinə səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev məlumat verib.

Eyni zamanda AFFA-nın hüquq və kadr şöbəsinin müdiri vəzifəsində çalışan R.Malıyev bildirib ki, tədricən bütün məsələlər həllini tapacaq. O, klubun dağılma təhlükəsinin olmadığını da söyləyib: "Təhvil-təslim prosesi başa çatıb, lakin məsələnin detalları barədə danışmaq istəmirəm. Çünki bu, klubun daxili işidir. Əsas odur ki, işlər qaydasına düşür. "İnter" istənilən halda yaşayacaq. Hər şey yaxşı olacaq, bunu əminliklə söyləyə bilərəm. Ancaq klubun fəaliyyətini hansı formada davam etdirəcəyini indidən söyləmək çətindir. Gəlin ehtimallar üzərində danışmayaq. Komandanın avrokuboka vəsiqə qazanması da bu məsələdə önəmli rol oynaya bilər. "İnter"in avrokuboka vəsiqə əldə edib, lakin yerini başqa bir kluba verməsinin mümkünlüyünə gəlincə, bu barədə də indidən konkret nəsə söyləyə bilmərəm".

R.Malıyev hazırda "KredAgro" Bank Olmayan Kredit Təşkilatında girovluqda olan "İnter Arena"nın gələcək aqibətinə də toxunub. Klub rəsmisi məsələnin müsbət həllini tapacağına inandığını ifadə edib.

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC "İnter" Peşəkar İdman Klubuna sponsorluğun dayandırılması haqqında qərar verdikdən sonra ötən ilin martında "İnter Arena"da açılan "Yuventus" Futbol Məktəbinin də taleyi sual altına düşüb.

Bu layihənin ABB-yə məxsus olduğunu qeyd edən R.Malıyev bidlirib ki, bu məktəbin fəaliyyətini davam etdirməsində "İnter" klubu da maraqlıdır: "Maraqlı layihədir. Biz də istərdik ki, "Yuventus" Futbol Məktəbi işini davam etdirsin. Ancaq indiki halda bu məsələ barədə dəqiq söz söyləmək çətindir".

Qeyd edək ki, yanvarın 27-də ABB İdarə Heyəti bank tərəfindən "İnter" Peşəkar İdman Klubuna sponsorluğun dayandırılması haqqında qərar verib. Bu səbəbdən, AFFA paytaxt təmsilçisinin idarəçiliyini fevralın 1-dən üzərinə götürüb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar