“Instagram” sosial şəbəkəsinin “iOS” və “Android” mobil əməliyyat sistemləri üçün proqramı yenilənib
Əsas yenilik şərhlərin göstərilməsi ilə bağlıdır.
ICTnews xəbər verir ki, yenilənmiş şərhlər daha əlverişlidir: indi kimsə şərhə cavab yazdıqda həmin cavab tam siyahıya deyil, həmin mesaja bərkidilir.
Bütün yeni cavablar qruplaşdırılacaq və onlara ayrı formada baxmaq mümkün olacaq. Həmçinin onlar bütün istifadəçilərə əlçatan olacaq. (musavat.com)
pia.az