“Instagram” sosial şəbəkəsi özünün ayrıca messencerini (“Direct”) sınaqdan keçirməyə başlayıb
İKT.lent.az-ın “The Verge” saytına istinadən verdiyi məlumata görə, test rejimində olan messencer hazırda İtaliya, Portuqaliya, Türkiyə, İsrail, Çili və Uruqvayda iOS və Android istifadəçiləri üçün əlçatandır.
Messencerin qlobal miqyasda nə vaxt istifadəyə veriləcəyi hələ məlum deyil.
Xatırladaq ki, “Instagram” xidməti “Facebook”a məxsusdur.
pia.az