Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Inşaatçılar“ metrosunun yaxlnlığında daha bir qumarxa - “Lotos çay klubu“nun aylıq gəliri 100 min manatdan artıqdır


Burda qumar oynayan müştərilər qısa ətəkli, şirindilli gözəgəlimli xanımların xidmətindən məmnunluq edirlər. Xanımlar torbadan daş çıxarır, masaya müştərilərin istədiklərini gətirirlər.


“Lotos çay klubu" qumarxanasında uduş müddəti cəmi iki dəqiqə çəkir, hər uduşda isə altmış-yetmiş manat arası məbləğ olur. Hər oyunun iyirmi manatı "çay klub"una çatır. 

Deyəsən, bəziləri asan və əyri yollarla, mənəvi aşınma bahasına Azərbaycanda çirkli pullar qazanmaq eşqinə düşüblər. Bəlkə də həmin şəxslər bu əcaib hallara respublikamızda da digər xarici ölkələrdəki kimi kazino və qumarxanalara münbit şərait yaradıldığını ehtimal edirlər. 

Dövlətin başçısının rəsmi şəkildə cəmiyyətimizə yabançı olan vərdiş və məşğuliyyətlərdən biri olan qumar oyununa qadağa qoyduqdan xəbəri yoxdurmu belə başabəla işbazların? Əlbəttə var. 

Uzağa niyə gedək, elə Bakının "Inşaatçılar" metrostansiyasının yaxınlığında "Lotos çay klubu"na baş çəkmək kifayətdir ki, "xoruzun quyruğunu görəsən". Burada əvvəllər "çay evi" kimi fəaliyyət göstərən "Lotos çay klub"a baş çəkəndə çox mətləblərdən agah olur adam. Axşam saat 7-dən sonra burada bir həngamə olur ki, gəl görəsən. 

Deyilənə görə, bu güşənin sahibi-ixtiyarı Rusiyadan gələn hallı-pullu oğullarımızdan sayılan Yusif adlı bir şəxsdir. Amma işlərinin pərgar, yağ kimi getməsi üçün unikal bir üsula əl atıb. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərin iştirakçısı olmuş müharibə veteranlarından istifadə etməklə hər gün külli miqdarda qazanc əldə edir. Guya "çay klub" həmin insanlarındır.

Təbii ki, müəyyən çətinliyi olan yumşaq xarakterli şəxslər onun toruna asanlıqla düşürlər. "Lotos çay klub"u özünün cəlbedici xüsusiyyətləri ilə hər gün reklam olunan iri həcmli şirkət və firmaları çoxdan geridə qoyub. Klub gecə ən azı saat birədək işini təmin etməkdən ötrü həmin saatda 100 azn pulsuz oyun priz də müəəyyənləşdirib. Qumara gələnlər təbii ki, bu prizdən faydalanmaq üçün canfəşanlıq edirlər. Müştərilər qısa ətəkli, şirindilli gözəgəlimli xanımların xidmətindən məmnunluq edirlər. Xanımlar torbadan daş çıxarır, masaya müştərilərin istədiklərini gətirirlər.

Klubun "özəllik" və "gözəlliklərindən" biri də burada pivənin müştərilərə pulsuz verilməsidir. İçib hallanan hər kəs isə qumar süfrəsinin başından əskik olmaz. İndi də keçək şəxsən müşahidə etdiyim oyun qaydalarına. Qumarda uduş müddəti cəmi iki dəqiqə çəkir, hər uduşda isə altmış-yetmiş manat arası məbləğ olur. Hər oyunun iyirmi manatı "çay klub"una çatır. 

Bu hesabla hər saata 600 manat pul qazanılır. Oyun gün ərzində beş saat davam edir. Bu isə aylıq ən azı 90 min manat vəsait deməkdir. Bəli, "gecə qara, cücə qara" düşüncəsilə yoldan keçənləri, gəncləri, yeniyetmələri, o dairədə yaşayan insanları öz toruna asanlıqla salan bu başıbəla "işbazlar"a hətta havadarlıq, "krişalıq" edən "mətbuat adamları" da varmış sən demə. Bu yazıdan sonra Yusif bəyin xudmani xanəsi barəsində əlaqədar qurumların ölçü götürəcəyinə əminik.  (gundelik-baku.com)

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar