Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İndiki Türkiyə hakimiyyətinin buna gedəcəyi mümkün görünmür”


Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə yazır


Türkiyə ordusu İraqın şimalında Pkk terror təşkilatının bazası və mərkəzi olan Qandilə doğru irəlilləyir. Bu əməliyyat mərkəzi Bağdad hakimiyyəti ilə razılaşdırılıb, və PKK terror təşkilatı artıq İraq ərazisindən istifadəsi getdikcə çətinləşəcək.

Türkiyə silahlı qüvvələrinin uğurlu hərbi əməliyyatları çərçivəsində bu terror təşkilatı son illərdə ciddi itkilərə məruz qalıb. Qeyd edim ki, Qandil əməliyyatının indiki vaxtda təsadüf etməsi, əsasən regionda xüsusu ilə şimali İraqda dəyişən şərtlər və İraqda Türkiyənin güclənməsindən irəli gəlir. Həmçinin Türkiyə hakim partiyasının bir növ seçkilər öncəsi, bu əməliyyatla xalqın rəğbətinin qazanmasına hesablanıb.

Təbii ki, PKK-ya qarşı hərbi əməliyyatlar davam etməsəydi, PKK YPG terror təşkilatı vasitəs ilə silah və təchizatla möhkəmlənib, Türkiyəyə qarşı güc olaraq ortaya yenidən çıxacaqdı və terror hücumlarını intensivləşdirəcəkdi. Menbicdə YPG-nin ABŞ silahları ilə silahlanmasını nəzərə alsaq, demək, bu silahların PKK-nın əlində olması deməkdir.

Türkiyənin Şimali İraqda güclənməsi, burada Kürd muxtariyyətini nəzarətdə saxalayacaq və Bağdada qarşı təzyiq rıçaqlarına malik olacaq. Mosulda təhlükəsizliyin təmin edilməsinə və bu şəhərdə kürdləşmənin qarşısın almaq üçün unikal şansa malik ola bilər.

Türkiyə hakimiyyəti Kərkük məsələsində ciddi siyasi proseslərə başlamalı, Kərkükdə türkmanlara sahib çıxmalıdır. Hazırda İraqda parlament seçkilərində türkmanların Kərkükdə səsələri kürdlərin leyhinə yazılaraq saxtakarlığa yol verilib. Qeyd edim ki, Anakara bununla bağlı Bağdadala təmasa keçməli, türkmanların siyasi hüquqularının tanınmasına çalışamalıdır. Və, Türkman muxtariyyətinin yaradılmasını masaya çıxarmalıdır. Bununla da Türkiyənin İraqda kürdlər üzərində ciddi şəkildə üstünlüyü ələ alar. Amma, indiki Türkiyə hakimiyyətinin buna gedəcəyi mümkün görünmür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar