Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İndi yiyəsiz qalmışıq, yoldan keçən bizi tapdayır”


Tahir İmanov: “Məmurlar bizi təhqir edir, hədə-qorxu gəlir, televiziyalar qadağa qoyur...”


"Planet Parni iz Baku” teatrının bədii rəhbəri Tahir İmanov aktual.az-a müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.

- Tahir müəllim, Siz həmişə intellektual yumorla fərqlənibsiz.  Son zamanlar insanların bayağı yumora meyilliliyi daha çox hiss olunur. İndi yeni yumor qəhrəmanları peyda olub və televiziyalar da onların təbliğatı ilə məşğuldular. Bu barədə nə deyə bilərsiz?
- Bunun cavabını Təhsil Nazirliyinin keçmiş rəhbərliyində tapmaq lazımdır. Onların fəaliyyəti nəticəsində təhsil sistemi iflic vəziyyətinə düşüb. Təbii, intellekti aşağı olan bir tamaşaçının yəqin ki, daha çox bayağı yumora, müsiqiyə meyli olar, nəinki intellektli yumor və səviyyəli musiqiyə. Təəssüflər olsun ki, təhsil sistemi çox bərbad vəziyyətdədir. Və mən indiki cənab nazirə yalnız səbr diləyə bilərəm. Çünki bunu aradan qaldırmaq çox çətin işdir. Tamaşaçının, cəmiyyətin intellektual səviyyəsini yüksəltməsi çox çətin məsələdir. Çünki 18 il ərzində insanların intellektual səviyyəsi çox aşağı düşüb. İndi televiziyalarda bayağı verilişlər populyarlıq qazanıb.
Ümumiyyətlə, bayağılıq, təəssüflər olsun ki, cəmiyyətimizdə hökmranlıq edir. Ölkə televiziyalarının hamısını bağlamaq lazımdır. Biabırçılıqdır, sadəcə. Bir az əvvəl dövlət radiosuna qulaq asırdım, Azərbaycan dilində duzgun danışa bilməyən insanları efirə buraxırlar. Əvvəllər belə şey olmayıb. Bu, Azərbaycan dilinə qarşı cinayətdir. Hər bir millət öz dilinə hörmətlə yanaşmalıdır. Ölkənin adını düzgün çəkə bilmirlər, “Azərbaycan” yerinə “Azerbican” deyirlər. Mən bilmirəm, bunu siz necə yazacaqsız. Bu, artıq cinayətdi. Yenə deyirəm, tək bayağı yumora yox, bayağı musiqiyə, bayağı verilişlərə üstünlük verirlər.

- Siz hər hansı problemlə bağlı iradınızı həmişə deyibsiniz. Ölkə telekanallarına da qarşı iradlarınızı bildirdiniz. Bəs, sizə hansısa TV-dən tənqid, yaxud efir qadağası olub?
- Misalçün, “Lider” televiziyası 2002-ci ildən bizə qadağa tətbiq edib. Əlbəttə ki, siz onlara zəng etsəz, onlar diplomatik şəkildə deyəcəklər ki, yox, nə danışırsız, Tahir İmanovun başı işləmir, ağzına gələni danışır, deyəcəklər. Onlar ölür intriqa üçün. 2007-ci ildə məni və bütün kollektivimizi təhqir eləmişdilər. Guya biz səviyyəsiz yumor göstəririk və bizim kimi səviyyəsiz kollektivi Heydər Əliyev sarayı, Opera və Balet Teatrı kimi yerlərə buraxmaq olmaz. Nə oldu, indi biz səviyyəsiz olduq? Ölkə başçısı konsertlərimizə gələndə biz səviyyəli idik, indi yiyəsiz qalmışıq deyə tapdalamaq lazımdır bizi? Ayıb deyilmi sizə? Qaldı, mən "Lider" kimi telekanala buraxılmamağıma görə xoşbəxt insanam.

- Bəs digər TV-lərlə durum necədir?
- ANS-ə getmirik. ANS də bizi təhqir eləyib. Mirşahin müəllimlə bu haqda danışmışdım. Özü ilə çox gözəl münasibətim var. Amma nə bilim, onlar da heç üzr istəməyiblər. Onlar bizim haqda çox nalayiq süjet vermişdilər. 
Bilirsiz, problem nədədir? Mən onlara qarşı etiraz kampaniyası aparmıram, çünki bu, mənim prinsiplərimə uyğun deyil. KVN-çilər ömür boyu, eyni səpkidə, eyni istiqamətdə çıxış ediblər. Bu səpkinin adı çox sadə, lakonikdir - satira janrı və cəmiyyətdə baş verən nöqsanları yumor prizmasından tənqid etmək, parodiyalar və s. Bu istiqaməti biz 1995-ci ildən ilk konsertimizdə seçmişik və indiyə kimi bu yolla gedirik. Dəyişilən ancaq bir şey olub ki, vaxtilə konsertimizə ölkə başçısı, nazirlər gəlirdilər, indi gəlmirlər. 
Qaldı mənim onlara bir sualım var: ümummilli liderimiz Heydər Əliyev konsertlərimizə gələndə niyə susurdunuz, bizi tənqid etmirdiniz? Guya problemimiz yox idi onda? Mən sizi inandırım, o vaxt bizdə çox nöqsanlar var idi, çünki cavan və təcrübəsiz idik. Sonradan bu nöqsanları aradan yığışdırdıq və çıxışlarımız daha da mükəmməl oldu. Amma siz onda danışmırdız. Bax, onda da danışıb, bizə qadağa qoysaydınız, mən indi bu qadağalara təəccüblənməzdim, etirazımı bildirməzdim. Burda bir problem var - biz yiyəsiz qalmışıq. Bu dəqiqə yoldan keçən müğənni, tamaşaçı bizi tapdalamağa başlayır. Məmurlar bizi tapdalayır, təhqir edir, bizə hədə-qorxu gəlir, televiziyalar qadağa qoyur. Bax, vəziyyət belədir.

- Həmin məmurların icra etdikləri vəzifələr maraq doğurur...
- Mən ad çəkmək istəmirəm, bu bizim adımıza, sanımıza yaraşmaz. Biz o kişilərdən deyilik ki, KİV-də adamın dalınca danışaq. Nə lazımdır, görüşəndə üzünə deyəcəyik. Allahdan başqa heç kimdən qorxmuram. Görsəm, mütləq üzünə deyəcəm. Sadəcə, etiraf edim ki, görmürəm, çünki indi hər məmurun 15 mühafizəçisi var. Əsas girişi qoyub, öz binalarına arxa girişdən girirlər, yəni onları tapmaq müşkül məsələdir. Məmurların qəbuluna düşmək çətindi. Gəlin etiraf edək ki, qabaqlar belə deyildi.

- Sonuncu "Analoqu olmayan" konsertiniz sosial şəbəkələrdə geniş marağa və müzakirələrə səbəb olub. Fikirləriniz maraqlı olar...
- İndi əsas məsələ o videonu halallıq almadan Yutuba yerləşdirən adamı tapmaqdı. Sosial şəbəkədə onu yerləşdirən şəxsə deyirəm ki, kişidirsə, məni tapıb cavabını verəcək. Onu halallıq almadan yerləşdirmək ən azından nakişilikdir. Camaat əziyyət çəkir, kinoteatrda onu verir, bir tikə çörək qazansın, bunlar da götürüb nakişiklik edirlər. Bu Yutubda olan video mənim fəaliyyətimə çox böyük zərbə vurdu. Mən bunu gizli saxlayıram ki, camaat gəlsin ora, biletini alsın. Onlar da götürüb bunu Yutuba qoyurlar. Olmaz axı belə. Mən bunu kinoteatrda nəyə görə göstərirəm? Oğurluq olmasın və bu, piratçılığa qarşı mübarizə üsuludur. Yaxşı videonu qoyarlar maksimum 5 dəqiqə, daha 20 dəqiqə olmaz axı.

- Konsertdə millət vəkillərini və dövlət məmurlarını parodiya etmisiz. Bununla bağlı cəmiyyətə vermək istədiyiniz mesaj maraqlıdır, yəni bu parodiya etdiyiniz şəxslərə sözünüz...
- KVN-nin incəliyi də elə ondan ibarətdir ki, tamaşaçı və tənqid atəşinə məruz qalan insan özü üçün bir nəticə çıxarsın. Bir sözlə, bu sənətə qiymət verən, baxan, izləyən hər bir kəs - həm tamaşaçı, həm obrazların qəhrəmanı özüyçün bir nəticə çıxarmalıdır. Bilirsiz, tamaşaçıların zövqünə, intellekt səviyyəsinə uyğun olaraq hərəsində müxtəlif təəssürat yaranır. Biz istəyirik ki, onlar istənilən səhnəciyə baxanda bizim göstərdiklərimizdən düzgün nəticə çıxarsınlar. Və çalışsınlar ki, bir də o səhvlər olmasın. Çünki o səhvlərdən ilk növbədə cəmiyyət əziyyət çəkir. Biz çalışmalıyıq ki, Azərbaycanın rifahına və inkişafına töhvə verək.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar