Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İndi siz deyin, Vaqif Əsədov tövlədə yaşamalıdır?!” – Həftənin sitatları


Aqil Ələsgər: “ Yekəpər nazir başda olmaqla, millətə zülm edən, dövləti soyan məmurlar nə qədər var, bu xalqın erməninin düşmənçiliyinə ehtiyacı yoxdur”.


Əli Həsənov: “ATƏT-in Minsk Qrupunun həmsədrləri 20 ildir, bölgəyə səfər edirlər. Onlara ayıb olsun ki, 20 ildir gəlib-gedirlər, ancaq heç bir nəticə əldə etmirlər”.


PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev:Azərbaycan dünya miqyasında hərbi sənaye kompleksinə malik olan aparıcı ölkələr sırasındadır”.

BMT-nin baş katibi Antoniu Quterriş:BMT Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi səylərini dəstəkləməyə hazırdır”.

ABŞ prezidenti Donald Tramp:ABŞ müsəlmanları müqəddəs Ramazan ayında bütün dünya müsəlmanları ilə birləşərək diqqəti xeyirxah işlərə yönəldirlər. Onlar bayramı ailələri və dostları ilə qeyd edərək, qonşulara yardım və çörəyi ən müxtəlif həyat tərzinə malik insanlarla bölüşmək kimi ənənələrə əməl edirlər. ABŞ bütün dünya müsəlmanları ilə birlikdə bu dəyərlərə sadiqliyini ifadə edir”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Əziz müsəlman dostlarım! Ramazan bayramınız mübarək olsun! Əgər onun nə vaxt olacağını dəqiq bilirsinizsə...”.

Fransa Prezidenti Emanuel Makron: “Trampın siyasəti bütün dünya üçün narahatlıq mənbəyidir”.

Müdafiə naziri Zakir Həsənov:Azərbaycan əsgəri torpaqlarını azad etməyə qadir olduğunu sübut etdi”.

Türkiyə prezidentinin baş müşaviri İlnur Çevik: “Bir dövlət qurmaq hər kəsin haqqıdır. Kürdlər dövlət qura bilərlər, amma ondan sonra nə edəcəklər? Dövləti qursalar, onu yaşada biləcəklərmi?”.

İlham Əliyev: “Cocuq Mərcanlı erməni faşizminin canlı şahididir”.


Köşə yazarı Zamin Hacı: “Yeri gələndə AYB üzvləri başqa peşə sahiblərindən on qat çox mənzil alıblar. Bəziləri, ad çəkmək istəmirəm, hətta oğul-uşaqlarına, makinaçılarına, gəlinlərinin orta məktəb padruqasına qədər dövlətdən mənzil alıb veriblər. Şair Qabilin Şəhidlər Xiyabanında Heydər Əliyevdən elədiyi xahişin videosu isə indiyə qədər “yutub”da durur. Orda Qabil müəllim prezidentə deyirdi: “Ev vermisiniz, çox sağ olun, ancaq remont eləmək lazımdır, buna da yardım edin”. Əlbəttə, Şəhidlər Xiyabanında xalq şairinin rəhbərdən xahişi başqa hansı temada ola bilərdi ki?”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: Cocuq Mərcanlı erməni faşizminin canlı şahididir. Bu kənd cəmi 3-4 ay ərzində işğal altında olub. O kənddə bir dənə də salamat bina qalmayıb. Erməni vəhşiləri bütün binaları dağıdıblar.

Rusiya prezidenti Vladimir Putin: “Mən bir başa SSRİ KQB-sinin qəbul otağına girdim. Bir başa küçədən. Mən axı fəhlə ailəsində böyümüşdüm, heç bir əlaqəm yoxdu. Hara getməliydim ki? Mən bir başa qəbul otağına girdim və dedim ki, çekist olmaq istəyirəm. Onlarda mənə dedilər bunun üçün əvvəlcə hüquq fakültəsini bitirməliyəm”.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov:Azərbaycan dövləti siyasətini öz xalqının maraqları üzərində qurur. Bizim üçün əsas Azərbaycan xalqının, Azərbaycan ictimaiyyətinin rəyidir. Əlbəttə, beynəlxalq təşkilatlar bu və ya digər məsələlərə münasibət bildirir, bu onların işi, onların mövqeyidir”.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov: ATƏT-in Minsk Qrupunun həmsədrləri 20 ildir, bölgəyə səfər edirlər. Ancaq heç bir nəticə yoxdur. Onlara ayıb olsun ki, 20 ildir gəlib-gedirlər, ancaq heç bir nəticə əldə etmirlər”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev: “Biz Bakıda erməni kilsəsini bərpa etdik və onu qoruyuruq. Ermənilər isə işğal edilmiş torpaqlarda bizim məscidlərimizi dağıdıblar. Bənzəri Cocuq Mərcanlıda tikilən həmin o Gövhərağa məscidi dağılmış vəziyyətdədir. O binanı dağıtmaq olar, amma düşmən bilməlidir ki, dağılmış məscidlər bizim qəlbimizdə yaşayır.”

Türkiyənin Baş naziri Binəli Yıldırım: “Ankara istəyir ki, Avropa Birliyi öz gələcəyini və bu gələcəkdə Türkiyənin yerini müəyyənləşdirsin”.

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov: “3 milyon manatı haradan əldə etməyimin heç kəsə dəxli yoxdur”.

Anar Gəraylı: “Hamıda beyin lobu yerindən tərpənib. Yəqin ki, masonlar yeməyimizə nəsə qatır”.


Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa: ““Qudurublar” ifadəsini ancaq nəyəsə, kiməsə arxayın olan adamlar belə rahatlıqla, məsuliyyətsiz formada işlədirlər. Nə olur olsun, tanınmış insanlar bu cür təhqiramiz ifadələr seçməkdən uzaq durmağa çalışmalıdırlar”.

Jurnalist Anar Gəraylı: “Təbrik eleyirəm. xalq nirvanaya çatıb. Ana 5 yaşlı uşağının südünə zəhər qatıb öldürür. Ata arvadı ilə 20 günlük körpəsini öldürür. başqasının gücü ancaq özünə çatır, özünü öldürür və s. və i. Hamıda beyin lobu yerindən tərpənib. yəqin ki, masonlar yeməyimizə nəsə qatır”.

Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abiyev: “Bəlkə biz deputat hədiyyə alanda ondan çek də tələb edək? Bizim bütün problemlərimiz həll oldu, qaldı hədiyyə... Elə deputat var ki, ildə 1 dəfə, eləsi də var ki, 2-3 dəfə hədiyyə alır. Biz ondan soruşmalıyıq ki, hədiyyənin qiyməti nə qədərdi? Bu, çox qeyri-ciddi məsələdir”.

“Arqument.az” saytının baş redaktoru Səmşad Ağa: Bakı XVI əsr İngiltərədə çəpərləmələr dövrünü xatırladır.Məşhur "qoyunlar adamları yeyir" ifadəsi də "məmurlar adamları yeyir" şəklində aktualdır...”.

Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər: “Ramazan ayı boyunca, oruc tutanları ələ salıb, bu gündən bayram sonuna qədər isə "şablon mesaj" dır-dırı edənlər, sizə Misir papirusuna qu lələyi ilə müşk-ənbərlə yazılmış və ağ göyərçinlə göndəriləcək nameyi-təbrik arzulayıram”.

Türkiyə prezidentinin baş müşaviri İlnur Çevik: “Kürdlər Səddam Hüseyndən sonra İraqın əsas beyini oldular. Onlar bu ölkəni ayaqları üzərinə qaldıra bilərdilər, amma bacarmadılar. Çətin dövrdən keçən bölgədə birinci ilan Əl Qaidə, ikincisi isə İŞİD idi. İŞİD-in Mosul və Kərkükə hücum etməsilə hər şey alt-üst oldu. Hazırda kürdlər düşdükləri vəziyyətdən çıxış yolu axtarırlar və bunun müstəqillikdə olduğuna inanırlar. Türkiyə kürdlərə neft satması üçün dəstək göstərə bilər, amma kürdlərin müstəqilliklə bağlı referendumundan məmnun deyillər. Əgər bir kürd dövləti qurulsa, Türkiyə ona qarşı boykot tətbiq etməz”.

Təhsil üzrə ekspert Etibar Əliyev: “Budur, universitet islahatlarının qızğın çağında ən intellektual və rasional addımı Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova atıb. O, əvvəllər “metro Tağı” kimi tanınan Tağı Əhmədovu rəhbərlik etdiyi ali məktəbin nəqliyyat fakültəsində “Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili” kafedrasına müdir təyin edib. Bu, ilk növbədə təhsillə elmin vəhdətini təmin edən təyinatdır…”.

Mustafa Rəşid: “Bir müsəlman sərxoş olmadıqca, alkoqol istifadə edə bilər”.


Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov:BMT-in iqlim dəyişmələri ilə məşğul olan qurumunun 2013-2014-cü illər üzrə hesabatında qeyd olunmuşdu ki, tədricən fəsil anlayışları sıradan çıxacaq, ilin yay fəslində 40 dərəcə isti, növbəti gün şaxta da görmək mümkün olacaq”.

Jurnalist Anar Gəraylı: “Halal kolbasa yemirəm deyə, parklarda şahmat oynayan pensiyanerlər görəndə taxtalarına təpik vurub qaçıram”.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov: “Mənim nəyim varsa, xaricdədir. Nəyim var Rusiyada, Moskvadadır. Heç vaxt ölkəmizdə biznes qurmağa can da atmamışam. Nəyim varsa, dostlarımdır, məni əhatə edən insanlardır. Məni yaşadan da Rusiya və başqa ölkələrdə olan fəaliyyətimdir”.

Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər: “ Yekəpər nazir başda olmaqla, millətə zülm edən, dövləti soyan məmurlar nə qədər var, bu xalqın erməninin düşmənçiliyinə ehtiyacı yoxdur”.

Beynəlxalq Müsəlman Birliyinin rəhbəri Mustafa Rəşid: “Bir müsəlman sərxoş olmadıqca, alkoqol istifadə edə bilər”.

Ümid Partiyasının sədri İqbal Ağazadə: “Heç kim Azərbaycana “Çelsi” futbol klubu kimi baxmasın, özünü də Abramoviç hesab etməsin”.

Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abiyev: ““Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” yeni qanun layihəsi çox mənasız qanundur. Bizim bundan vacib işlərimiz var. Camaat bizdən yaxşı xəbərlər gözləyir, bu isə qeyri-ciddi qanun layihəsidir”.

Təhsil üzrə ekspert Etibar Əliyev: “Tağı müəllimin elmə gətirdiyi universal anlayışlar elmimiz üçün yeni üfüqlər aça bilər. Və bunların içərisində ən gözəgəlimlisi “burcutmaq” terminidir ki, o da bütün elm sahələrində işlədilə bilər.

Aydın Bəşirov” “Sizin kimi əclaflıq etməmişəm ki, tək gəzməkdən qorxum!”.


Rusiya XİN rəhbəri Sergey Lavrov:  “Biz Aİ ilə münasibətlərimizin normallaşdırılmasında maraqlıyıq”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Nə sirrdirsə, Quranda bütün elmlər var, amma normal təqvim yoxdur ki, müsəlman dünyası bayramı eyni gündə keçirsin”.

Din xadimi Emil Rahiloğlu: “Sübh namazının sezonu bitdi. Haydı zöhrlə əsrin arasında...”

“Arqument.az” saytının baş redaktoru Səmşad Ağa: “Oruc tutanlar qalıb bir tərəfdə, tutmayanlar bayram davası aparırlar. Deyirəm, dağılmışda nə günlər görmədik...”.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov: “İndi siz deyin, Vaqif Əsədov tövlədə yaşamalıdır?! Kişi kişinin malını saymaz. Niyə gəlib oğurluqla çəkirsiz?! Gəlin evə, qapım da, bacam da sizin üzünüzə açıqdır. Əgər qapını açmasam, gedin oğurluq çəkin. Ən azından o evin içini də, evdə yaşayan insanları da çəkin. Görün neçə nəfər qalır o villada?!”.

Enerji məsələləri üzrə eskpert, Neft Araşdırmaları Mərkəzinin prezidenti İlham Şaban: “Biz bilirik ki, Azərbaycan bazarı idxaldan asılıdır. Dolların öz dəyərini  1.70-dən 1.60-a endirdiyi zaman idxal olunan mallar ucuzlaşmalı idi, ancaq biz bunu görmədik.  Əksinə bu proses artım olaraq davam etdi. Bu prosesi monopolist qüvvələr idarə eləməklə, istehlakçıların hesabına külli miqdarda pul yığdılar. Bu baxımdan bizdə məsələ bir qədər mürəkkəbdir. Bizim bazarımız dünya bazarına birbaşa bağlı deyil. Bizim bazarda tənzimləmə mexanizmləri çoxdur və buna görə konkret demək olmaz ki, neftin qiymətinin aşağı düşməsi mili valyutanın məzənnəsinə necə təsir edəcək”.

Ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov: “Bir dəfə şəhərdə tək gəzirdim, küçədə 2 nəfər keçmiş nazirlərlə də rastlaşdım. Mənə dedilər ki, Aydın müəllim nə üçün təksiz, mühafizəçi ilə gəzmirsiniz? Mən də onlara dedim ki, sizin kimi əclaflıq etməmişəm ki, tək gəzməkdən qorxum! Bu sözümdən sonra onlar aradan çıxıb getdilər. Mən bu cür xarakterli adamam”.

Ümid Partiyasının sədri İqbal Ağazadə: “Hər federasiyanın başına bir məmur qoyublar. Əslində bu, idmançıların yox, məmurların yarışı idi”.

Köşə yazarı Zamin Hacı: “Yəqin son vaxtlar Anar müəllimin mənzil və torpaq işlərinə laqeydləşməsi Qarabağ probleminə görədir. Əhd edib ki, Şuşa alınmasa prezidentdən ev istəməsin. Bax indi söz həqiqətən əlaqədar təşkilatlarındır…”.

Tanınmış jurnalist Azər Sarıyev: “HAMAS-ın gorbagor və indiki lideri erməniyə dəstək versin, sən "Qüdsü utunutma" de, İran sənin torpaqlarını işğal edən Ermənistana hərətərəfli yardım etsin, sən də onun küyünə gedib beynəlxalq arenada dövlətini hərtərəfli dəstəkləyən İsrailin səfilrliyi qarşısında etiraz aksiyası keçir. Bəs insaf, ədalət tərəzisi? Əziz yəhudi dostlar, üzr istəyirik, cahilliklərinə bağışlayın! Hər xalqın cahili olur”.


Vaqif Əsədov: “Kişi kişinin malını saymaz. Niyə gəlib oğurluqla çəkirsiz?!”.


Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov: “Biri “Leyli və Məcnun”a baxır, axırda deyir ki, bu Leyli ilə Məcnunun nəyi oldu? Mən nə istəyəcəyəm? Akif Çovdarova verdiyim 3 milyon manatı”.

“Cumhuriyyet.az” saytının baş rdaktoru Nəsimi Şərəfxanlı: “Nə Hitler, nə Stalin, nə də qeyriləri anadan qəddar, qaniçən doğulmayıb. Onları insanlar, həyatları belə zalım edib. Bəlkə də əməllərində qisas almaq səbəbindən haqlıdırlar...”.

Ümid Partiyasının sədri İqbal Ağazadə: “Biz öyrənmişik ki, liderimizi ya dar ağacında, ya meydanlarda görək. Yox, siz əgər bizi dar ağacında görmək istəyirsizsə, o başqa məsələ”.

İqtisadçı ekspert Natiq Cəfərli: “İndi də neft 44 dollardır, cəmi 2-3 ay belə qalsa ÜDM-ın azalması sürətlənəcək, ticarət balansında mənfi saldo olacaq, qurduğunuz bütün “uğur hekayəsi” suya düşüb axıb gedəcək. Anlayırsınız bunu, ya da elə yox - heç olmasa öz yazdığınızı özünüz anlayırsınız, yoxsa hər dəfə elə sizin üçün də "tərcümə” etməliyəm?!”.

Yazar Tural Cəfərov: “Dayaz ağılla universitetə girib bitirmək olar amma şortiklə olmaz...”

Politoloq Şahin Cəfərli: “Ankaranın “Müsəlman qardaşlar”a dəstəyi, Suriyada İranRusiya ilə yaxın əməkdaşlığı Səudiyyə Ərəbistanını qıcıqlandırır”.

Ümid Partiyasının sədri İqbal Ağazadə: “Müxalifət liderlərin eqolarının qurbanına çevrilən bir proses yaşayır … Görünür, hələlik müxalifət tam küncə sıxışdırılmayıb, gücsüz qalmayıb ki, buna, (birləşməyə - pia.az), ehtiyac duysun”.

Jurnalist Tural Ismailov: “Vətənpərvərlik hissi elə bir duyğudur ki, onu reklam etməklə vətənpərvər olduğunu sübut edə bilməzsən. Vətənpərvərlik və dövlətçilik insanın yüksək mənəvi aləmidir!”.

Şair Nuri Əlizadə: “İnsan bütün günahları edib qurtarandan sonra bu dünyayla vidalaşır...”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: “İndiyə qədər universitetlərdə bircə dəfə də olsun, bilik davası edən gənc görmədik. Qızlar imtahan, oğlanlar isə şortik davası etdilər”..

Jurnalist, İTV-nin aparıcısı Anar Yusifoğlu: “Atamın səsini heç unutmadım, indi də eşidirəm...”.

Gənc yazar, jurnalist Kəramət Böyükçöl: “Yol getdiyim yerdə qəfil Mövlud yadıma düşür. Diksinirəm. Ürəkdən güləndə əlini əlinə vurmağı, kiminsə yersiz bir hərəkətinə başını yelləməyi gəlir gözümün qabağına.Hər dəfə mənə zəng edəndə "ayə, istedadsız, hardasan?" deməyini xatırlayıram, gülümsəyirəm. Gözəl Mövlud! Bizim bu şəhərdə nə qədər xatirələrimiz var”.

Tağı Əhmədov: “Biri “Leyli və Məcnun”a baxır, axırda deyir ki, bu Leyli ilə Məcnunun nəyi oldu?”.


Jurnalist Farahim Qasımov: “Kəmaləddin Heydərov Aydın Bəşirovu öz yanında işə götürüb... Kreslodan qəbirə düsturunu heç kim poza bilməz. İndi olur da arada yaddan çıxanlar....Gec də olsa 70 yaşlı məmurumuz xüsusi alət və avadanlıqların (dəmir yapışqanı istisna edilmir-müəllif) köməyi ilə kresloya möhkəm-möhkəm yapışdırıldı.”.

Ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov: "Deyirlər ki, mən xalq artisti Məleykə Əsədovaya dəstək vermişəm. Xeyr, əksinə o mənə çox dəstək verib. Məleykə Əsədova hər zaman mənə mənəvi dəstək olub. Onun şeir deməyindən çox xoşum gəlir. Mən ondan çox ləzzət alıram”.

Jurnalist Anar Gəraylı: “Valla, gözəl ölkəsən, ay Azərbaycan. Ölkədə xəstəlikdən ölməməyin ən yaxşı yolu həkimə getməməkdi, belə görünür”.

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar