Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İndi ailələrin qlobal problemi kişinin inboksudur”

"Qadın əmindir ki, ən maraqlı seriallar kişinin inboksunda gedir"


Manera.az-ın "Ordan-Burdan" layihəsində qeyri-rəsmi suallara tanınmış jurnalist Vüsal Məmmədov cavab verib.

PİA.AZ maraqlı söhbəti oxuculara təqdim edir:

- Hansı yeməkləri sevirsiniz?

- Həyat çox vicdansızdır. Xoşladığım yeməklərin başında kartof qızartması gəlir, amma o, insanı kökəltdiyi üçün yeyəndə psxioloji diskomfort keçirirəm. Ümumiyyətlə, ədalətsizliyə bax ki, bütün ləzzətli yeməklər ziyanlıdır. Sevdiyim yeməklərin siyahısında ikinci yerdə “Paytaxt” salatıdır. Bilmirəm, o da adamı kökəldir, ya yox, açığı, heç araşdırmaq da istəmirəm ki, heç olmasa xoşladığım salatı vicdan əzabı keçirmədən yeyə bilim. 

- Yemək bişirməyi sevirsiniz? Nələrisə bişirə bilirsiz?

- Yox, bu sahadə ümumiyyətlə heç nə bacarmıram. Tək yaşadığım vaxtlarda kulinariya məharətimin zirvəsi qurudulmuş şorbalar alıb, üstünə qaynar su tökərək, 5 dəqiqə gözləmək olub. Bir də kolbasa doğramaq. Vəssalam, burada mənim aşbazlıq bacarığım yekunlaşır.

- İctimai aktiv insanların ailə həyatını qısaca necə təsvir edə bilərsiz?

- Hər gün “Niyə ailəyə vaxt ayırmırsan” mövzusunda 45 dəqiqə mühazirə dinləməyə məcbursan. Bu mühazirə sənin ən yorğun, əsəbli vaxtına düşür, amma variant yoxdur, dözməlisən. Bəxtin gətirsə, hansısa fors-major meydana çıxsa, həmin müddət yarım saata enə bilər. Amma bu, gündəlik çəkilməli olan cəzanın minimumudur, daha yüngülünə ümid etməyin. Lap Qiyamət də qopsa, qadın əli ilə İsrafilin surunu qapadıb, ərinə “Niyə bizə vaxt ayırmırsan” mövzusunda ən son kəşflərini mühazirə edəndən sonra, dönüb mələyə “Hə, indi sən başla!”,- deyəcək. 

- Televizorun pultu niyə ailələrin qlobal probleminə çevrilir?

- O, əvvəllər elə idi. İndi ailələrin qlobal problemi kişinin inboksudur. Çünki qadın əmindir ki, ən maraqlı seriallar orada gedir.

- Qızınızla danışırsızmı? Onunla çox şeyi bölüşürsüz?

- Hələ bölüşmək səviyyəsinə çatmamışıq. Dialoqumuz təxminən “Bum-bum, dapdü hanı?” şəklində olur. Nə zaman nağıl anlayacaq yaşa çatacağını gözləyirəm ki, ona nağıllar oxuyum. 

- Doğrudan da, ailədə kişi və qadın üçün müəyyənləşmiş vəzifələr klişesinə qatlanmalıyıq?

- Niyə də yox? Mühafizəkar və köhnə fikirli görünməkdən qorxmadan deyim ki, milli ailə modelində formalaşan bölgü heç də pis deyil. Bəli, mən evdə yemək bişirmirəm, qab yumuram, amma yoldaşım da məsələn, bazarda ağır zənbil daşımır. Hərə öz fizioloji konstitusiyasına uyğun işlərlə məşğuldur. Məncə, pis bölgü deyil.

- Ailədə qadın və ya kişidən hansısa birinin digərindən daha çox qazanması anlaşılmazlıqlara səbəb ola bilərmi?

- Ümumən götürəndə, qadının daha çox qazanması ailədə anlaşılmazlıqlara səbəb ola bilər. Pul insanda dominantlıq hissi yaradır, qadının dominantlığı isə normal kişi üçün dözüləcək hal deyil. Amma yenə də konkret fərdlərdən çox şey asılıdır. 

- Sizcə, nələrə hələ var və nələr üçün çox gec qalmısınız?

- Həyat hələ qabaqdadır və heç nə heç vaxt gec deyil. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar