Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İnanırıq ki, Qarabağ problemi tezliklə ədalətli həllini tapacaq”


Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Hüquqi islahatlar üzrə komissiya sədrinin birinci müavini xanım Le Thi Thu Banın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


Parlamentdən APA-ya verilən məlumata görə, qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsində ölkə başçılarının səfərlərinin və görüşlərin mühüm rol oynadığını deyən O. Əsədov bildirib ki, Azərbaycan-Vyetnam əlaqələri möhkəm tarixi  əsaslar üzərində qurulub:
 
Spiker parlamentlər səviyyəsində də əməkdaşlığı yüksək qiymətləndirib: “Milli Məclisdə Vyetnamla parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Deputatlarımızın qarşılıqlı səfərləri, beynəlxalq tədbirlərdə mütəmadi görüşləri fikir mübadiləsi baxımından çox önəmlidir”.
 
Dağlıq Qarabağ nizamlanmasına toxunan O. Əsədov qeyd edib ki, münaqişə ilə əlaqədar nüfuzlu beynəlxalq qurumların qətnamə və qərarlarına məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir: “Biz inanırıq ki, beynəlxalq birliyin səyi və iradəsi sayəsində problem tezliklə öz ədalətli həllini tapacaq”.
 
Öz növbəsində Le Thi Thu Ba bildirib ki, vaxtı ilə Azərbaycanın müxtəlif təhsil ocaqlarında biliklərə yiyələnmiş vyetnamlı tələbələr bu gün Vyetnamın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkənin inkişafına öz töhfələrini verirlər. Qonaq rəhbərlik etdiyi Hüquqi islahatlar komissiyasında görülən işlərdən danışaraq, Azərbaycanın bu sahədəki təcrübəsini yüksək qiymətləndirib. O, Azərbaycanın hüquqi islahatlarla bağlı təcrübəsinin Vyetnam üçün çox önəmli olduğunu vurğulayıb və gələcəkdə bu sahədə əməkdaşlığı genişləndirmək niyyətini ifadə edib.
 
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, hüquq-mühafizə orqanları sahəsində islahatların aparılmasında təcrübə mübadiləsi, elm, təhsil, humanitar sahələrdə əməkdaşlıq və digər məsələlər ətrafında danışıqlar aparılıb. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ədliyyə nazirinin müavini Toğrul Musayev, Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov və digər rəsmi şəxslər iştirak ediblər. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar