Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İmkan verin, o gənclər həyatını yaşasın...”


Novella Cəfəroğlu: “Qərb təsisatları siyasi məhbusları ciddi şəkildə müdafiə edirlər”


Hüquq müdafiəçilərinin Monitorinq Qrupunun üzvü, Qadınların Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu “Yeni Müsavat”ın suallarını cavablandırıb. 

Hüquq müdafiəçisi prezidentin son əfv fərmanından və azadlığa çıxan siyasi məhbuslardan danışıb.

PİA.AZ həmin müsahibəni təqdim edir: 

- Novella xanım, sizin siyahıda neçə siyasi məhbus qaldı?

- Bizim siyahıdan dörd nəfər azadlığa buraxıldı. Hüquq müdafiəçisi Həsən Hüseynli və üç NİDA üzvü əfv fərmanına düşdü. Hazırda Monitorinq Qrupunun siyahısında 37 nəfər siyasi məhbus qalıb. Onların arasında məhkəməsi olmayanlar var. Bilirsiniz ki, İntiqam Əliyevin, Leyla Yunusun, Rəsul Cəfərovun və digərlərinin istintaqı yekunlaşmayıb. Ümid edirik ki, onları məhkəmədə azadlığa buraxacaqlar. Eyni zamanda, siyahıda olanlardan 27 nəfər barəsində məhkəmə hökmü çıxarılıb. Bizim gözləntimiz var ki, siyahımızda olanlar hissə-hissə azadlığa buraxılsın. Dekabra qədər onların hamısı azadlığa qovuşmalıdır.

-  Yəni dekabrda növbəti əfv fərmanı gözlənilir?

- Biz də bunun üçün çalışırıq. Dekabrda əfv olmasını gözləyirik. Sadəcə, vaxt lazımdır. Hamısını buraxacaqlar. Avropa Şurasından da nümayəndə gəlib, onunla görüşlərimiz olacaq. Beynəlxalq təşkilatlar, Qərb təsisatları siyasi məhbusları ciddi şəkildə müdafiə edirlər, danışıqlar aparırlar. Bir məsələni bilmək lazımdır ki, hər şey Azərbaycanın daxilində həll olunur.

Avropa Şurası bəyanat verə bilər, sərt tənqidlər ola bilər. Ancaq Azərbaycan dövləti bunu icra etməlidir. Bu istiqamətdə də hökumətlə danışıqlar aparılmalıdır. Bu danışıqların, bəyanatların siyasi məhbuslara köməyi var. Ümumiyyətlə, beynəlxalq təşkilatların rolu böyükdür. Biz də çalışırıq ki, siyasi məhbus problemi həll olunsun. Bizə çox söz deyirlər. Ancaq biz hökumətlə öz haqqımızda yox, siyasi məhbuslarla bağlı danışıqlar aparırıq. Populist çıxışlarla yox, əməlinlə siyasi məhbusların azadlığa çıxmasına köməkliyini sübut etməlisən.

Mənim artıq 73 yaşım var. İndi o dünyamda Allah tərəfindən bəraət qazanmağa çalışıram. Biz bu günahsız insanların azadlığa çıxması üçün çalışırıq. Siyasi məhbuslarla bağlı bir qəpik qrant da almırıq. Qrant layihələrimiz yalnız insan haqları, qadınların hüquqları ilə bağlı olur. Artıq 25 ildir bu işlə məşğuluq. Tək istəyimiz o insanların ailələrinə, azadlıqlarına qovuşmağa nail olmaqdır.

“Dekabra qədər siyahımızda olanların hamısının azadlığa buraxılmasına çalışırıq”

 - Novella xanım, NİDA üzvlərinin Fəxri Xiyabanda baş əyməsi tənqid olunur, buna münasibətiniz necədir?

- Əvvəla, Bəxtiyar Quliyev də həbsdə yazdığı əfv ərizəsində qeyd eləmişdi ki, azadlığa çıxandan sonra ziyarətə gedəcək. Mən bu gəncləri qınamıram və heç kim də onlara pis bir söz deməsin. İmkan verin, o gənclər həyatını yaşasın. Kimsə bunu sınmaq, əzilmək kimi qələmə verə bilər. Ancaq baş əyməklə heç nə dəyişmir, onları qınaq hədəfinə çıxarmayın.
Kənardan danışmaq asandır, həbsdə olmayan adamlar bunu deyə bilməz. Kimsə iradəli olur, kimsə gücsüz çıxır. Bu, insanın fiziki hazırlığından asılıdır. Ona görə də heç kəs o uşaqları qınamasın. Hələ bilmək olmaz ki, sabah necə olacaq.

Onu nəzərə alın ki, indi həbsdə olan və üçü də azadlığa çıxan NİDA üzvləri müdafiə nazirinin istefasına nail olublar. Məhz gənclərin əsgər ölümlərinə etiraz olaraq keçirdiyi mitinqlərin Səfər Əbiyevin istefaya göndərilməsinə təsiri oldu.

Yəni gənclər olduqca böyük iş görüblər və ölkədə uzun illər nazir olmuş birinin vəzifədən getməsinə nail olublar.

- Bəs, Avropa Məhkəməsinin barəsində qərarı olan İlqar Məmmədov və Əli İnsanovun azadlığa çıxması gözlənilirmi?

- Biz çalışırıq ki, İlqar Məmmədov barəsində məhkəmə qərarı icra olunsun. Dekabrda onun da azadlığa çıxmasını gözləyirik. Əli müəllimə gəlincə, ləyaqətli adamdır, Azərbaycana həkim kimi köməyi dəyə bilər. Onun da azadlığa çıxmasını istəyirik. Hər şey oktyabrın 22-də aydın olacaq. Bizim görüşlərimiz planda var və ondan sonra əlaqə saxlayın, daha ətraflı danışmaq mümkün olacaq. Ayın 22-də hər şeyi açacağıq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar