Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlqar Məmmədovu qətiyyən siyasi məhbus hesab etmirəm”


Çingiz Qənizadə: “Yəqin ki, Avropa Şurasının yay sessiyasında Azərbaycan üzrə siyasi məruzəçi təyin olunacaq və bu, ölkəmizə basqıdır”


“Biz gözləyirdik ki, Cümhuriyyətin 100 illiyi ilə bağlı böyük aministiya aktı qəbul olunacaq və minlərlə insana şamil olunacaq”.

Bu sözləri “Yeni Müsavat”ın Facebook səhifəsi üzərindən gerçəkləşdirdiyi canlı yayıma qonaq olan millət vəkili Çingiz Qənizadə deyib:  “Amma 100 illiklə bağlı tədbirlər davam edir. Bir neçə günə Azərbaycan ordusunun 100 illiyi, daha sonra Azərbaycan polisinin, ardınca Azərbaycan parlamentinin 100 illiyidir. Ümid edirəm ki, ilin sonuna qədər bu addım atıla bilər. Əgər Amnistiya Aktı parlamentə təqdim olunsa, parlament onu böyük məmnuniyyətlə təsdiqləyəcək”.

Müsahibimiz eyni zamanda may ayında verilən əfv fərmanını da təhlil edib. Deyib ki, ilk dəfə olaraq 600 nəfər əfv fərmanı ilə azad edilib: “Amma yenə də ehtiyac var. Güman edirəm ki, 31 dekabrda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı daha bir əfv fərmanı verilə bilər. Cənab prezident bu məsələdə olduqca humanist davranır, hər zaman. Amma ola bilər ki, AŞPA-nın payız sessiyası öncəsi Amnistiya Aktı qəbul olunsun. Bir neçə gündən sonra parlament tətilə buraxılacaq. Sentyabrdan sonra komitələrdə iclaslara başlayacağıq”.

Ç.Qənizadə AŞPA-nın yaxınlaşan yay sessiyası barədə gözləntilərini və təhlillərini də bölüşüb. Deyib ki, son dövrlərdə Avropa Şurası Azərbaycana qarşı mövqeyində qərəzlidir və ölkəmizə qarşı təzyiqlər metodunu seçib:  “Bu gün AŞPA-nın nümayndə heyətinin rəhbəri və üzvləri ilə toplantı keçirdik. AŞPA-da Azərbaycanla bağlı bir neçə məsələ qoyulub. Biz onlarla qətiyyətlə razılaşmayacağıq. Prezident seçkiləri müzakirə olunacaq. Mən başa düşmürəm ki, əksər ölkə başçılarının Prezident İham Əliyevi təbrik etməsindən sonra AŞPA nəyi müzakirə edəcək? AŞPA-nın baş katibi Yanqlandın da cənab prezidentə təbriki ilə bağlı rəsmi sənəd ortada varsa, nəyi müzakirə edəcək? Bu, təzyiq formalarından biridir”.

Millət vəkili bildirdi ki, AŞPA-nın yay sessiyasında Azərbaycan üzrə siyasi məruzəçinin yenidən gündəmə gəlməsi məsələsi də var. Müsahibimiz xatırlatdı ki, vaxtilə Ştrasselin siyasi məhbus devizi altında məruzəçi kimi ortaya atılması, sonra onun o siyahının hazırlanması işinin iflasa uğraması da bir faktdır: “İndi yenidən o məsələyə qayıdırlar ki, vaxtilə bu məsələ öz həllini tapmadı. Yəqin ki, siyasi məruzəçi təyin olunacaq və bu, Azərbaycana basqıdır. Cənab Yaqlandın cənab prezidentə müraciətindən sonra məhbus problemlərini həll edən İşçi Qrupu formalaşdırıldı. Biz o zaman qeyd etdik ki, Avropa Şurası özü siyasi məhbus tərifini verə bilməyib. Biz onu “problemli məhbusların problemlərinin araşdırılması” kimi ümumiləşdirdik. Amma bu gün yenə də siyasi məhbus terminini gündəmə çıxarıblar. Azərbaycan bu terminlə razılaşmayacaq. Azərbaycanda 20 min məhbus var. Onların işində 100-150 nəfərin adı hallanır ki, siyasi məhbusdur. Amma kimliyindən asılı olmayaraq, Azərbaycan qanunlarını pozan hansısa bir şəxs buna müvafiq şəkildə cəzalandırılmalı, bu zaman onun siyasi mövqeyi, statusu heç bir təsir göstərməməlidir. Onu siyasiləşdirməkdə maraqlı olan qüvvələr var. Bunu siyasiləşdirir, siyahıya salır, qrantlar alırlar. Bununla da özlərinin maddi maraqlarını təmin edirlər”.

Ç.Qənizadə həmçinin vurğuladı ki, siyasi məruzəçinin təyin olunması Azərbaycana Avropa Şurasında yeni bir gərginlik yaşadacaq. Müsahibimiz daha sonra Azərbaycanın AŞPA nümayəndə heyəti barədə daha öncə səsləndirilən rüşvət faktlarına da toxundu: “Onlar nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun adını hallandırmağa çalışdılar. Amma onun bu məsələlərə heç bir aidiyyatı yoxdur. Biz də bilirik ki, Səməd müəllim gözəl ziyalı və diplomatdır. Amma qrup rəhbəri kimi onu hədəfə aldılar. Bu da Azərbaycana təzyiqin bir formasıdır. Sözlərə əsaslanaraq, ortada heç bir cəzalandırılma, həbs faktoru olmadan, bu məsələnin gündəmə gətirilməsi, kimisə ittiham etmək doğru deyil. Avropa Şurası da xoşagəlməz bir yol tutub”.

REAL-ın sədri İlqar Məmmədovun məsələsinə toxunan müsahibimiz onunla bağlı Avropa Şurasında müəyyən prosedurların, danışıqların keçirildiyini dedi: “Bunun nəticəsindən asılı olacaq qərarlar qəbul olunacaq. Özünü siyasətdə görən, siyasi-ictimai fəal olan qanunu pozmamaq üçün başqalarından ikiqat artıq diqqətli olmalıdılar. Belə bir hal olan kimi bunu siyasiləşdirməyin tərəfdarı deyiləm. Bunun kimi mübahisəli məhbuslar var. Amma mən İlqar Məmmədovu qətiyyən siyasi məhbus hesab etmirəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar