Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlk növbədə snayperləri geri çəkib izləmə cihazları yerləşdirməliyik...”


“İlk növbədə snayperləri təmas xəttindən geri çəkib izləmə cihazları yerləşdirməliyik...”


Qarabağ münaqişəsinin tərəflərinin qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş fəaliyyət tədbirlərini qəbul etməsini vaxtı çatıb. Virtualaz.org xəbər verir ki, bunu “Amerikanın səsi” radiosunun erməni xidmətinə müsahibəsində ABŞ-ın Ermənistandakı səfiri, eyni zamanda Minsk Qrupunun həmsədri Riçard Hoqland deyib.

“Biz başa düşürük ki, hazırda tam demilitarizasiyaya nail olmaq arzuolunan olsa da çətindir. Lakin biz yeni döyüş toqquşmalarının baş verməsi ehtimalını azaltmalıyıq. Zəruridir ki, ilk növbədə təmas xəttinin hər iki tərəfindən snayperlər geri çəkilsin, beynəlxalq vasitəçilərin sayı artırılsın və təmas xəttində izləmə cihazları yerləşdirilsin”-amerikalı diplomat bildirib.

Riçard Hoqland hesab edir ki, AzərbaycanErmənistan xarici işlər nazirlərinin gələn ay Nyu-Yorkda gözlənilən görüşündən sonra prezidentlər səviyyəsində də danışıqları təşkil etmək mümkün olacaq. Onun sözlərinə görə, Minsk Qrupu həmsədrlərinin əsas gözləntisi elə kompromis nöqtəsi tapmaqdır ki, başlanğıc üçün gərginliyin dərəcəsi aşağı düşsün və regionda uzunmüddətli sülh üçün zəmin yaratsın.

Hoqland qeyd edib ki, bu məsələdə ABŞ Rusiya ilə işləməkdə davam edəcək, baxmayaraq ki, iki ölkə arasında münasibətlər pisləşib. Diplomatın sözlərinə görə, Vaşinqtonla Moskva arasında qarşıdurma ATƏT-in Minsk Qrupunda iki ölkənin qarşılıqlı münasibətlərinə təsir etməyib.

“Siyasətçilər münaqişə edə bilərlər, ancaq elə sferalar var ki, tərəfdaşlıq davam edir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması belə sferalardan biridir”-Riçard Hoqland bildirib.

Qeyd edək ki, rəsmi Bakı təmas xəttində izləmə cihazlarının yerləşdirilməsi və snayperlərin geri çəkilməsi kimi addımları nəzərdə tutan “etimad tədbirlərini” qəbul etmir. Çünki bütün bunlar münaqişə ətrafında indiki status-kvonu uzatmaqdan başqa heç nəyə yaraya bilməz. Bu, daha çox erməni tərəfin maraqlarına cavab verən taktikadır, hansı ki, təmas xəttində izləmə cihazlarını yerləşdirmək kimi absurd ideya vaxtilə Amerikadakı erməni lobbisinin köməyi ilə Dövlət Departamentinin gündəminə gətirilmişdi. Minsk Qrupunun həmsədrləri münaqişənin nizamlanmasına dair mahiyyəti üzrə danışıqlar aparmaq əvəzinə uzun müddətdir “etimad tədbirləri” məsələsi ilə baş qatırlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar