Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlk dəfədir ki, Dağlıq Qarabağda baş verənlər Rusiyanı qorxudur“

Siyasi təhlilçi Toğrul Cuvarlı son bir ayda Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənlərdən danışır


Onun sözlərinə görə, bir neçə günlük «hərbi toqquşma»da Azərbaycanın, üzdə olmasa da, arxada yetərincə beynəlxalq dəstəyi vardı.

Təhlilçi onu da deyir ki, Qafqazda münaqişənin alovlanmasını istəməyən Rusiya çıxılmaz durumdadır, Moskva Yerevanı əvvəlki kimi açıq-aşkar müdafiə edə bilmir, ona görə də belə bir siyasət aparır: «nə şiş yansın, nə də kabab».

Onun "Azadliq Radiosu"na söylədiklərindən seçmələri təqdim edirik:

 
 – Şübhəsiz ki, qeyri-müəyyənlik davam edir. Son zamanlar Rusiyanın sülhü bərqərar etmək məqsədilə gələn yüksək çinli məmurları  -Lavrov da, Medvedev də artıq susublar. Görünür, arxa planda razılıq əldə edilməyib. Ən maraqlısı odur ki, bu dördgünlük hadisələrin əks-sədası çox böyük oldu. Birincisi, aydınlaşdı ki, status-kvo deyilən o şey əbədi deyilmiş. İkincisi, Azərbaycan ordusunun gücü artıq heç kimdə şübhə doğurmur. Üçüncüsü, Azərbaycan cəmiyyətinin bu məsələdə kifayət qədər həmrəy olduğu üzə çıxdı. Azərbaycandan fərqli olaraq, Ermənistanda toqquşmalar baş verir, fikir ayrılığı var, yüksək rütbəli zabitlər işdən çıxarılır. Və bir də, ilk dəfədir ki, Dağlıq Qarabağda baş verənlər Rusiyanı həqiqətən qorxudur. Rusiya liderləri vəziyyətin gərginləşdiyini görəndə hərəkətə gəldilər, zənglər, müraciətlər, Bakıya, Yerevana səfərlər başladı. Artıq Rusiya qorxurdu ki, bu, böyük müharibəyə çevrilə bilər. Bu məsələdə səbəbkarı axtarmaq çox çətindir, kim başlayıb, necə başlayıb. Aydındır ki, nə vaxtsa başlamalı idi. O da indi baş verdi.

 – Rusiya sülhməramlılarının gəlişi haqqında çox danışıldı. Sizcə, bu reallaşacaqmı?

 – Moskva sülhməramlıları gətirməyi boynuna götürür. Ancaq həm də çalışır ki, bölgədə öz maraqlarını reallaşdırsın. Bu maraqlar Azərbaycanın rusiyayönümlü təşkilatlara, məsələn, Avrasiya İttifaqına üzv olmasından başlanır. Moskva üçün Azərbaycanın federallaşması da sərfəli olardı. Bəli, Rusiya sülhməramlılarını Qarabağa yerləşdirmək istərdi. Amma bu ehtimal çox azdır. Çünki nə Azərbaycan, nə də Ermənistan bəzi şeylərə hazırdır. Buna görə razılaşma mümkün deyil. Üçüncüsü, bu gün Rusiyanın tərəflərə təpinmək imkanı yoxdur. 1990-cı illərdə bu, mümkün idi. Düzdür, deyə bilərsiz ki, cəbhə xəttində əməliyyatlar başladıqdan az sonra Kreml AzərbaycanErmənistan hərbi qərargah rəhbərlərini çağırdı və atəşkəs haqqında razılığa gəlmələrini istədi. Ancaq Moskvanın əvvəlki imkanı, gücü yoxdur. Bu gün Ermənistan Rusiyadan nə tələb edir? O, status-kvonun bərpasını istəyir. Amma Rusiya bu dəfə bunu edə bilmir, Azərbaycanla münasibətlərini korlamaq istəmir. Bu gün ermənilər, həqiqətən, psixoloji gərginlik içindədirlər. Aprelin 2-də cəbhə xəttində döyüşlər başlananda bu, bütün dünyaya təəccüblü gəldi və bütün dünya mediasının diqqətini çəkdi. İkinci dəfə buna bənzər bir şey baş versə, heç kəs təəccüblənməyəcək. Bu o deməkdir ki, bütün yollar tükənib. Burda artıq çox şey həqiqətən də Azərbaycandan və Ermənistandan asılı olacaq. 

 – Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən həftə dedi ki, Rusiyanın planı aysberqin görünən hissəsidir. Sizcə, aysberqin arxasında nələr gizlənir?

 – «Aysberq» deyəndə mən nəyin nəzərdə tutulduğunu bilmirəm. İlk baxışdan bizə elə gəlir ki, hər şey Rusiyadan asılıdır. Elə deyil! Fərz edək ki, Rusiya sülhməramlıları Qarabağa gətirmək istəyir, amma buna təkbaşına qərar verə bilməz. Minsk Qrupunun həmsədr dövlətləri var, başqa ölkələr var. İyirmi ildən çoxdur danışıqlar gedir. Ona görə də çox şey danışıqlarla həll ediləcək.

 – Danışıqların aqibətini həm də diplomatların işi müəyyən edəcək. Siz deyirsiz ki, Ermənistan bu dəfə Rusiyanin dəstəyini ala bilmədi, bəs Azərbaycan aprel ayındakı hadisələr zamanı beynəlxalq dəstək ala bildimi, sizcə?

– Bizə dəstək gözləmək lazım da deyildi. Bu gün mətbuatda İsrail mediasına istinadla yazı çıxıb ki, bu ölkə Qarabağdakı döyüşlərdə yaxından iştirak edib. Baxmayaraq ki, bu, üzdə görünməyib. Bizə dəstək lazım deyil. Dəstək arxa planda var. Ən əsası, bu dəfə ermənilər deyə bilmədilər ki, «Azərbaycan ermənilərə qarşı qırğın hazırlayır, erməniləri məhv etmək istəyir» və bizə tanış başqa söhbətlər. Bu dəfə bu alınmadı…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar