Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İki nəfərlik vağzal”ın “Heç yerdən olmayan adam“ı - Əfsanə getdi...

Azərbaycanda yaşlı və orta nəslin elə bir nümayəndəsi tapılmaz ki, "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal" filmlərinə baxmasın


Bu filmlərdəki söz və ifadələr atalar sözü, misallara çevrilib. İnsanlar bir-biri ilə zarafatlaşanda, hətta həmin filmlərdən nümunələr gətiriblər. Bəli, bu filmlərin bu qədər sevilməsində, yadda qalmasında sözsüz ki, aktyor və rejissor, SSRİ xalq artisti Eldar Ryazanovun adı və imzası var. Ən azı filmləri qədər məşhur insanın. Eldar Ryazanov təkcə Rusiyanın fəxri deyildi, o, Sovet kino sənətinin ulduzu və sevilən siması idi.
 
Məşhur rejissor noyabrın 18-də 88 yaşını qeyd etmişdi. O, 1927-ci il noyabrın 18-də Samarada Aleksandr Semyonoviç Ryazanov və Sofi Mixaylovna Ryazanovanın ailəsində anadan olub. Tezliklə bu ailə Moskvaya gəlir. 1930-cu illərdə ailə dağılır və gələcək kinorejissor anası ilə qalmalı olur. Moskva kimi meqapolis bu tək ana və oğulu itib-batıra bilmir. Bəlkə də balaca Eldarın gələcəyin məşhuru olmasında elə məhz bu böyük şəhər – Moskvanın çox rolu olub.
Kino tənqidçiləri Eldar Ryazanov rus sarkazm-satirasının banisi adlandırırlar. Hətta müasir Rusiya kinosunda onun davamçısı olmadığını deyirlər. Sözlərlə mükəmməl “oynamaq” bacarığı onun uşaq yaşlarından inkişaf etməyə başlayıb. Bu da təsadüfi deyil. Çünki E.Ryazanov hələ uşaqlığından kitab oxumağı çox sevirdi. Yazıçı olmaq niyyətində idi, səyahətlər haqqında düşünürdü. Hətta məktəbi qurtarandan sonra Odessa dəniz məktəbinə ərizə göndərmişdi. Lakin elə bu vaxtlar müharibə başlayır və Eldar artıq cavab gözləməkdən vaz keçir.
Xoşbəxt təsadüf
Çox keçmədən Eldar Ryazanov xoşbəxt təsadüf nəticəsində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olur. Tələbə adı onu çox sevindirir. Çünki artıq yaradıcı istedadını professional formada inkişaf etdirmək imkanı yaranır. O, məşhur Qriqori Kozinsevin emalatxanasında təcrübə keçir. Oradakı pedaqoqlar arasında həm də Ryazanova böyük ümidlər bəsləyən Sergey Eyzenşteyn var idi.
1950-ci ildə oranı bitirən Eldar kurs yoldaşı ilə birgə ilk sənədli filmini çəkir. Uğur qazanan bu filmdən sonra gənc rejissorlar diploma yiyələnirlər. Eldar Ryazanov düz 5 il sənədli kino sahəsində fəaliyyət göstərib. Daha sonra müxtəlif kinojurnallar üçün kiçik süjetlər çəkib. Lakin uşaqlıqda yazıçı olmaq həvəsini də sadəcə həvəs kimi saxlamır. O, tez-tez müxtəlif mövzularda şeirlər, eyni zamanda filmlərə ssenarilər də yazır. 
1955-ci ildə Eldar Aleksandroviç Ryazanov "Mosfilm"in rejissoru olur. O, Sergey Qurovla birlikdə ilk sovet genişekranlı film-revyusunu çəkir. "Bahar səsləri" adlanan filmə eyni zamanda bədii epizodlar da daxil edilib. Bir il sonra tanınmış komedioqraf, "Mosfilm" kinostudiyasının rəhbəri İvan Pıryev Eldar Ryazanovu kinokomediya çəkməyə məcbur edir. Eldar Ryazanov ona 4 dəfə etirazını bildirsə də, Pıryev sözündən dönmür. Beləliklə, Ryazanov komediya rejissoruna çevrilir. E. Ryazanov "Ünvansız qız", "Qusar balladası", "Şikayət kitabını verin", "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" filmlərinə quruluş verir. 1961-ci ildə isə birdən-birə 2 satirik lent çəkir. Bunlardan biri "Robinzon necə yaranıb", digəri isə "Heç yerdən olmayan adam" idi. Adı çəkilən ikinci filmdə Sergey Yurski və Anatoli Papanov kimi məşhur rus aktyorları çəkilib.
 
Yüz kino, bir övlad
Eldar Ryazanovun ən uğurlu filmlərindən biri də "Avtomobildən qorun" hesab olunur. Filmin yaxşı alınmasında İnnokenti Smoktunovski, Oleq Yefremov, Yevgeni Yevstiqneyev, Anatoli Papanov, Andrey Mironov, Qalina Volçek və başqa aktyorların da rolu az deyildi. Sonrakı illərdə Ryazanov bir-birinin ardınca "Uğur ziqzaqı", "Qoca quldurlar", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal" filmlərini lentə alır.
 
Eldar Ryazanov öz kinematoqrafını yaratmışdı. Onun əksər filmləri bu gün də sevə-sevə xatırlanır. Lakin bundan başqa Ryazanov həm də 1979-1985-ci illərdə "Kinopanoram" verilişinin aparıcısı olub, 200 müəllif proqramı hazırlayıb.
 
2002-ci ildə Eldar Ryazanov Rusiyada kinematoqrafiya üzrə "Nika" akademiyasının prezidenti seçilir. 2005-ci il yanvar 23-də  E. Ryazanovun kinoklubu açılıb. 2010-cu ildə Kino İttifaqının (Kinosoyuz) təsisçilərindən biri olub. Lakin bir neçə il əvvəl xəstəlik onu yaradıcı fəaliyyətdən uzaq salıb. Noyabrın əvvəllərindən xəstəxanada müalicə edilən E. Ryazanov ötən gün dünyasını dəyişir.

Onun ilk həyat yoldaşı rejissor Zoya Fomina ilə Olqa adlı qızı var. O, atasının yolunu davam etdirir, filoloq, kinoşünasdır. Olqanın oğlu, E. Ryazanovun nəvəsi Dmitri Troyanovski müxbirdir.
E. Ryazanovun ikinci həyat yoldaşı "Mosfilm"in redaktoru Nina Skuybina və üçüncü həyat yoldaşı kino redaktoru Emma Abaydullinadan övladı olmayıb. 

Ümidə Həsənli(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar