Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İdman tariximizdə növbəti qızıl mərhələ”


Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsinin açılış mərasimi keçirilib

Layihə çərçivəsində ölkəmizi Avropa və dünya çempionatlarında təmsil edən və fəxri kürsünün ən yüksək pillələrinə sahib olaraq bayrağımızı yüksəklərə qaldıran idmançılarımızla gənclərin ilk görüşü baş tutub.

Açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Peşəkar boks üzrə dünya çempionu Fariz Məmmədov,  Kung Fu idman növü üzrə dəfələrlə Dünya və Avropa çempionu, məşqçi Ramin Allahverdiyev, Karate idman növü üzrə Avropa və Dünya çempionu Niyazi Əliyev, Jiu- Jitsu idman növü üzrə Dünya çempionu, “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov və bir sıra media nümayəndələri iştirak edib.

Mərasimi “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyinin sədri Ağamir Ağamirov giriş sözü ilə açaraq layihə haqqında məlumat verib və onun həyata keçirilməsində dəstəyi olan qurumlara öz minnətdarlığını bildirib.

Sonra  Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov əsası ulu öndər Heydər Əliyev  tərəfindən qoyulmuş, bu  gün cənab prezident İlham Əliyev  tərəfindən uğurla davam  etdirilən gənclər və idman siyasəti haqqında çıxış edərək, bu gün ölkəmizdə idmanın inkişafı üçün yaradılan geniş imkanlardan danışıb, bu kimi layihələrin gənclər üçün əhəmiyyətini vurğurlayaraq orta təhsil müəssisələrində də keçirilməsinin zəruriliyini qeyd edib.

Daha sonra boks üzrə dünya çempionu Fariz Məmmədov çıxış edərək özünün cızdığı uğurlu idman yolunda əldə etdiyi təcrübəsini gənclərlə bölüşüb, keçirdiyi döyüşlər zamanı yaranan bir sıra maraqlı anlardan və erməni idmançısı üzərində qazandığı qələbədən danışaraq ölkəmizi təmsil etməkdən qürur duyduğunu bildirib.

Çıxış edən Kung Fu idman növü üzrə dəfələrlə Dünya və Avropa çempionu, məşqçi Ramin Allahverdiyev bu kimi görüşlərin  keçirilməsi ilə gənclərin idmana olan marağının daha da artacaqını qeyd edib, bundan əlavə özünün və tələbələrinin beynəlxalq turnirlərdə iştiraklarından və qazandıqları uğurlardan danışıb və  ölkəmizdə idmançılara  göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlığını bildirib. 

Karate idman növü üzrə Avropa və Dünya çempionu Niyazi Əliyev və Jui jitse idman növü üzrə Dünya çempionu, “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov idmançılara yaradılan əlverişli şəraitdən söz açaraq bu cür imkanlardan gənclərin mümkün qədər yararlanmasının vacibliyini vurğulayıblar.

Sonda idmançılar gəncləri maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, layihənin məqsədi gənclərə idmanın əhəmiyyət və vacibliyinin çatdırılması, onların sağlam həyat tərzinə dəvət edilməsi, ölkəmizdə idman və idmançılara yaradılan geniş imkanlardan gənclərin yararlanması, beynəlxalq idman tədbirlərində ölkəmizi layiqli təmsil etməyin şərəfli bir vəzifə olmasının və bunun həmin tədbirlərə ev sahibliyi edən ölkəmiz üçün önəminin aşılanmasıdır. 

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar