Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İcra başçısı valideynlərimi hədələyir...”


Bir neçə gün əvvəl Qobustan bələdiyyəsi sədrinin müavini Marina Otstavnovanın bələdiyyə sədri Vasif Norvuzovun korrupsiya əməlləri ilə bağlı şikayət məktubunu dərc etmişdik.



Həmin məktubda Vasif Novruzovun qanunsuz torpaq satması və rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun bu əməllərə göz yummasından bəhs edilirdi.

Bu gün “Qafqazinfo”ya yenidən müraciət edən Marina Otstavnova şikayətinin mediada işıqlandırılmasından sonra təzyiqlərə məruz qaldığını bildirib: “Bələdiyyə sədri mənə dedi ki, səni işdən çıxartmışam, otağı boşalt. İşdən çıxarılmağım barədə protokol sənədini mənə göstərməsini istəsəm də, təqdim etmədi. Bundan əlavə, eşitmişəm ki, mənə oyun qurub həbsə saldırmaq istəyirlər. İcra hakimiyyətinin başçısı Adil Məmmədov da valideynlərimi çağırıb hədələyib ki, qızınıza deyin yolundan əl çəksin. Mən doğru olanları, idarədə baş verənləri, əhalinin haqlı narazılığını qurumların nəzərinə çatdırıram. Guya mən bütün bunları etməklə dövlət çevrilişinə cəhd edirəmmiş”.

Şikayətçi bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də müraciət etdiyini qeyd edib: “Mənə bildirirlər ki, dediyiniz məsələləri rayon İcra hakimiyyətinin başçısına göndərmişik. Mən isə dedim ki, bu əməlləri Adil Məmmədov bilir və göz yumur. Belə olan halda o məsələni obyektiv araşdıra bilərmi?

 Prezident Administrasiyasından isə bildirirlər ki, məktubun təqdim edilməsindən bir ay keçdikdən sonra cavab veriləcək”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar