Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İcra Hakimyyətindən torpaq istəyən də, yalan deyən də şərəfsizdir”


Bunu Xalq.az saytının rəhbəri Zaur Mirzə-zadə Masallı rayon İcra Hakimiyyətinin ittihamlarına münasibət bildirirkən deyib.


“Bizim bütün yazılarımız konkret faktlara söykənir. Son dəfə icra başçısına məxsus obyektləri fotofaktlarla dərc etmişik.

Haradan gətirib bu obyektləri? Necə qazanıb? Bu talançılıq deyil?

İcra Hakmiyyəti bunu pərdələmək üçün indi də şantaja keçib? Artıq biz onları məhkəməyə verməyi düşünürük. Adam demək istəyir ki, mən rayonu çapıb-talayım, vətəndaşları istismar edim, siz də yazmayın? Bildiyim qədər Masallının icra başçısı ixtisasca jurnalistdir. Amma bu şantajdan sonra bəlli oldu ki, bu adam heç öz ixtisasını normal bilmir, nəinki rayonu idarə etməyi”. Mirzə-zadənin sözlərinə görə informasiya yaymaq onların peşə borcudur və hər zaman hüququ pozulmuş vətəndaşların yanında olacaqlar: “Masallı rayonunda baş verən özbaşnalıqlar dözülməz həddə çatıb. Rayonu idarə edən şəxslər rayon əhalisini elə bir vəziyətə çatdırıblar ki, onlardan yazı yazmaq belə qəbahətə çevrilir. Sayt olaraq istənilən şikayət məktubu dəqiqləşdirdikdən sonra saytımızda dərc edirik. Bu baxımdan Masallı rayonundan son zamanlar redaksiyamıza şikayətlərin sayı durmadan artmaqdadır. Rayon rəhbərliyi isə bu şikayətləri araşdırıb həlli yolllarını tapmaq əvəzinə özlərinə bəraət qazandırmağa cəhd ediblər. Və bizim saytı və ölkənin digər tanınmış media orqanını reket adlandırırlar. Rayon rəhbərliyinin nəzərinə çatdırıq ki, reketçilik vətəndaşları soyub talamaq, onların haqqın yeməkdir. Xalq.az saytı olaraq bildiririk ki, saytın rəhbərinin Masallı rayonu ilə hec bir əlaqəsi yoxdur. Onların iddia etdiyi kimi, biz heç kimdən topraq istəməmişik. Yəni öz əməllərini ört-basdır etməklə mətbuata hücüm etmək çıxış yolu deyil. Son olaraq üzümüzü həmin şəxslərə tutub deyirik: İcra Hakimuyyətindən torpaq istəyən də, yalan məlumat verən də şərəfsizdir”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar