Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İclasımızda Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin təyin olunacağına ümid edirəm”

“ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə bağlı hələlik heç bir qərar verməmişik”


Bunu  açıqlamasında ATƏT Parlament Assambleyasının (PA) sədri George Tsereteli deyib.

G. Tsereteli Xüsusi Nümayəndə institutunun əhəmiyyətini vurğulayıb: “Əvvəlki nümayəndə Kristin Vigenin daimi komitənin iclasında işini sonlandırdığını elan etdi  və tövsiyələrini verdi. Hesab edirəm ki, Xüsusi Nümayəndə institutu müəyyən regionda qarşılıqlı əlaqə yaratmaq üçün vacib vasitədir və bizim ATƏT PA-da bununla bağlı yaxşı nümunələrimiz var. Biz daxili islahatlar prosesini başlatmışıq. Buraya müxtəlif mövqelərin optimallaşdırılması və ya mandatların möhkəmləndirilməsi funksiyası da daxildir. 

İyul ayında Berlində baş tutacaq illik iclasımızda müzakirələr davam etdiriləcək. İllik iclasda yeni nümayəndənin təyin olunacağına ümid edirəm”.

Qeyd edək ki, Kristian Vigenin ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsindən bu ilin fevralında istefa verib.

O bildiib ki, Cənubi Qafqazın üç ölkəsi ilə “Cənubi Qafqaz” adı altında məşğul olmaq artıq ATƏT PA üçün məhsuldar deyil.

K. Vigenin qeyd edib ki, hazırkı vəziyyətdə xüsusi nümayəndənin vəzifəsi tamamilə formal xarakter daşıyır, fəaliyyəti bir sıra səbəblərdən çox məhduddur.

O, xüsusi nümayəndə vəzifəsini ləğv etməyə, səlahiyyətlərin ATƏT PA-nın vitse-prezidentinə verilməsinə çağırıb.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar