Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İçimizdə işıq yandıranlar”

PİA.AZ “Müəllimlər günü” münasibəti ilə Şərif Ağayarın “İçimizdə işıq yandıranlar” yazısını təqdim edir


İndinin uşaqlarına bəlkə qəribə gələr, otuz altı il bundan əvvəl, kəndimizdə sinif müəllimimi köhnə paltarda tövlədə işləyən görəndə dəhşətli dərəcədə sarsılmışdım.
 
Sən demə, müəllim də hamı kimi peyin kürüyər, ata-inəyə ot-alaf verərmiş.
 
Həm də köhnə paltarda...
 
Həyatda söz və kitab adına nə bilirəmsə o müəllimə borcluyam...
 
Bəbir müəllimə...
 
İlk müəllimim...
 
Mənə ilk “Beş”i yazan kişi...
 
Həm də onun hesabına məktəbdən qorxmadım, dərslərdən qaçmadım.
 
Bəbir müəllim dərsi bilməyəndə, tapşırıqları yazmayanda müəllimdən utanmağı öyrətdi mənə.
 
Qorxmağı deyil.
 
O məsuliyyət hələ də içimdədir.
 
Oxumadığım kitablardan, baxmadığım filmlərdən utanıram.     
 
Bir gün sinifdə belə bir əhvalat danışdı:
 
- Biz yeniyetmə ikən, dedilər, kəndlərin arasında dik dirəklər basdıracaq, onların üstüylə hamının evinə məftil çəkəcəklər. Tavanın ortasından armuda oxşayan şüşə asılacaq, divarda düyməni basan kimi evlər günüzmüş kimi işıqlanacaq. İnanmadıq. Gülüşdük. Ömrümüzdə belə gop görməmişdik...
 
Bəbir müəllim bu əhvalatı danışanda biz də güldük.
 
O vaxt sevimli müəllimimizin içimizdə də belə bir işıq yandırdığını anlamırdıq.
 
O vaxt həyatımızın da bu əhvalata bənzər bir gop olduğu ağlımıza gəlməzdi.
 
Başqa sinif yoldaşlarımı bilmirəm, şəxsən mənim bu hap-gopa bənzəyən ömrüm nə qədər xərcləndisə, Bəbir müəllimin içimdə yandırdığı o işığı qorumağa xərcləndi.
 
Anladım ki, o işığın son işartısı söndüyü gün məhv olacam.
 
Ağlaya-ağlaya məktəbə gedən o tər-təmiz varlıqdan əsər-əlamət qalmayacaq.
 
O işıqdan başqa hər şey yalanmış ömrümüzdə. 
 
Və o işığı yandırmaqdan çox qorumaqdaymış məsələ!
 
İndi o işığı qorumağın Bəbir müəllimin xatirəsinə ən böyük ehtiram olduğunu xatırladıqca içimi hüznlü bir rahatlıq bürüyür.(kulis)

pia.az
 


  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar