Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hüseyn Abdullayev ölər, ancaq yalvarmaz, sınmaz!”

“Quska”dan ilk açıqlama


Ötən ay Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, biznesmen Hüseyn Abdullayev vəkilləri vasitəsiylə ilk müraciətini yayıb.

 Vəkillər Ruhid Əkbərovla Fərid Həsənov “Qafqazinfo”ya müraciətin mətnini göndəriblər

Açıqlamada deyilir: “Bu günlərdə vəkillərimin verdiyi məlumata görə, bəzi saytlarda mənimlə bağlı absurd, həqiqətə uyğun olmayan xəbərlər dərc edilib. Qısaca onu qeyd edirəm ki, məni tanıyan və xasiyyətimə bələd olan insanlar gözəl bilirlər ki, Hüseyn Abdullayev ömür boyu mərd-mərdanə yaşayıb. Öz xalqına, millətinə xidmət göstərmiş və heç kimin qarşısında əyilməyib, sınmayıb. Mənə qarşı irəli sürülən bütün ittihamları uydurma və əsassız olduğundan rədd edirəm, qəbul etmirəm. Bununla bağlı bir həftə aclıq aksiyası keçirmişəm. Hazırda səhhətim və sağlamlığım normaldır. Normal qidalanıram. Mənə qarşı irəli sürülən ittihamlarla bağlı özümü müdafiə etmək üçün bütün qanuni vasitələrdən istifadə edəcəm.

Guya, mənim qaldığım təcridxanada ağlamağım və bu kimi böhtan xarakterli məlumatlara cavabım ondan ibarətdir ki, Hüseyn Abdullayev ölər, ancaq kimsəyə yalvarmaz, əyilməz, sınmaz”.

Qeyd edək ki, bir neçə il bundan əvvəl Azərbaycandan gedərək Almaniyada sığınacaq alan H. Abdullayev külli-miqdarda vergidən yayınmada ittiham edilərək beynəlxalq axtarışa verilmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar