Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hökumət AXCP-nin təkliflərini dəyərləndirməlidir”


Qorxmaz İbrahimli: “Əsas məsələ hökumətin bu təklifləri həyata keçirməsidir”


Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyasi islahatlarla bağlı Təkliflər Paketi bir neçə gün öncə ictimaiyyətə təqdim edildi. Qeyd edək ki, AXCP-nin ilk 2 təklifi turizim, ağır və yüngül sənayenin inkişafı ilə bağlı idi.
 
Son günlər cəmiyyətdə əsas müzakirə mövzusu olan təkliflər paketində Avropa Birliyinin Şərq Tərəfdaşlığı Assosiasiya Sazişinin imzalanması, Seçki Məcəlləsinin Venesiya Komissiyasının tələblərinə və tövsiyələrinə uyğunlaşdırılması və ATƏT-in mandatının bərpa edilməsi kimi müddəalar da yer alır.
 
AXCP-nin Təkliflər Paketində yer alan bu müddəalara münasibət bildirən Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimli bildirir ki, bu təkliflər tədqirəlayiqdir: “Hər bir siyasi partiya və təşkilat böhranla bağlı çıxış yollarını göstərməkdədir. Əsas məsələ hökumətin bu təklifləri həyata keçirməsidir. Müxalifətdən hakimiyyətə dövlətimizin, millətimizin böhrandan çıxması üçün təklif etdiyi paket əslində uğurlu yollardan biridir”.
 
Seçki Məcəlləsinin Venesiya Komissiyasının tələblərinə və tövsiyələrinə uyğunlaşdırılması və ATƏT-in mandatının bərpa edilməsi haqda fikirlərini bildirən Q.İbrahimli qeyd edib ki, bununla bağlı xüsusilə 2005 və 2010-ci il seçkilərində Venesiya Komissiyasının tələbləri hökumətdə geniş müzakirə olundu.
 
“Ancaq təəssüflər olsun ki, bəzi hakimiyyət yetkililəri buna baxmaq istəmir, gözardı edir. Bu gün də o məsələlərə qayıtmaq olar. Ancaq bu məsələlərə dönmək yox, islahatlar aparmaq lazımdır. Ölkədə siyasi islahatlar aparılmasa, demokratiya inkişaf etdirilməsə, böhrandan çıxmaq mümkün deyil. Ümumilikdə müxalifətin hakimiyyətə təkliflər verməsi tədqirəlayiqdir, ancaq hakimiyyət bunu həyata keçirəcəkmi? Bu, müəmmalı məsələdir”. (cebhe.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar