Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Həyatımda sevgi yoxdur, heç kim üçün ağlamıram” - Aygün Kazımova

“Yeni klip çəkdirmişəm. Hətta çəkiliş zamanı yıxıldım, burnumdan zədə aldım. Klipdə rejissor onu necə gizlədəcək bilmirəm. Buna baxmayaraq, çəkilişi dayandırmadıq. Yeni bir fotosessiya da etdirirəm. Layihələrin ardı-arası kəsilməyəcək. Həftənin ikinci günü də yenə klip çəkilişinə başlayıram, daha sonra daha bir fotosessiya”


Bu sözləri Axşam.az-a açıqlamasında xalq artisti Aygün Kazımova deyib. Bütün vaxtını yeni layihələrə sərf etdiyini söyləyən müğənni, plastik əməliyyat da etdirdiyini gizlətməyib:

“İki plastik əməliyyatım oldu. Vaxt yox idi. Mənim üçün bu da bir layihədir. İnsanın əməliyyatdan sonra özünə gəlməsi üçün vaxt lazım olur. Onu da elə vaxta salırıq ki, tədbirimiz olmasın. İki əməliyyat dalbadal etdirdim”.

Uzun müddətdir həyatında sevgi olmadığını etiraf edən Kazımova elə buna görə də maraqlı layihələr hazırladığını bildirib:

“Məncə, bütün sənətçilərdə belədər. Sevgi olmayanda, yaxşı işlər görürsən. Sevgini parçalamaq olmur. Hazırda həyatımda sevgi yoxdur. Uzun müddətdir də olmayıb. “Crystal hall” kosnertimdə də yox idi. Olsaydı, bəlkə ağır olardı bu konserti təşkil etmək”.

“Amma həmin gün konsertdə ağlamağınız birmənalı qarşılanmadı” sözlərinə Aygün belə cavab verib:

“Mən heç kim üçün ağlamıram. Səhnədə və ya başqa yerdə ağlıyıramsa, kameraya düşürsə, kiminsə üçün deyil. Başqa bir şeydir. Səhnədə mahnını oxuyanda, konsertə hazırlaşdığım ağır məqamlar keçdi içimdən və kövrəldim. Səhnə başqa bir şeydir”.

A.Kazımova şou-biznesdə durğunluq yaranması ilə razılaşmayıb:

“Durğunluq olmadı... Bəlkə layihələr hazırlayırlar. Bu zaman hərə öz yuvasına çəkilir. Elə mən də hələ yuvamdayam, bir azdan çıxacam. Sağlam rəqabət var. Biri yenilik edəndə, o biri də çıxaracaq. Arada olan çaxnaşmalar belə, nəticədə gözəl layihəyə gətirir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar