Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Həyat yoldaşım bu videoya baxıb...” - Nüşabə Ələsgərli


“Biganəlikdən, tərbiyəsizlikdən təsirlənirəm. Özündən böyüyə “sən” deyə müraciət edəndə mənə pis təsir edir”


PİA.AZ Ailem.az-a istinadən xəbər verir ki, bunu əməkdar artist Nüşabə Ələsgərli Space telekanalında Elnarə Xəlilovanın təqdimatında yayımlanan “Xanımlar və cənablar” verilişinə açıqlamasında deyib. 

Həyatda təsirləndiyi məqamlardan danışan müğənni tələbələrindən də şikayət edib: 

“İndi böyük-kiçik saymırlar. Əvvəllər ictimai nəqliyyatda qadına, qocaya, hamilə qadınlara yer verirdilər. Bu kimi gözəl adət-ənənələr get-gedə itir. Özündən böyüyə hörmət etmək mədəniyyət işidir. İndi böyüklərin yanında oğlanlar siqaret çəkir. Belə şeyləri görəndə çox təsirlənirəm. Amma bir də görürsən tələbə siqaret çəkir, müəlliminin gəldiyini görəndə siqareti gizlədir. Bunu görəndə sevinirəm. Deyirlər ki, Avropaya inteqrasiya edirik, adət-ənənələr dəyişir, inkişaf edirik. Mən Avropaya belə inteqrasiya etmək istəmirəm”.
 
Əməkdar artist həssas və emosional olduğunu da etiraf edib. O, həyat yoldaşı ilə bu baxımdan oxşadıqlarını deyib: 

“Ötən gün heyvanlarla bağlı videoya baxdım. Bir it ölən digər iti qucaqlayıb hönkürtü ilə ağlayır. Çox təsirləndim. Həyat yoldaşım da bu videoya baxıb təsirləndi. Əslində cəmiyyətimizdə təsirlənməli çox hallar var”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar