Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hər 2 gündə dünyada bir yeni milyarder yaranır” - “Oxfam”


Ötən il dünyada zəngin insanların məcmu varidatı daha 762 mlrd. dollar artıb


“Report” RBC-ya istinadən xəbər verir ki, bu barədə “Oxfam” beynəlxalq təşkilatı Davosda keçiriləcək iqtisadi forum öncəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, dünya əhalisinin 1%-ni təşkil edən zənginlər qlobal varidatın 82%-nə sahibidirlər. Dünyadakı 3,7 mlrd. insanın isə 2017-ci ildə varidatı sabit qalıb. Son 7 ildə zəngin insanların varidatı 13% artım göstərib.

Hesabatın tərtibatçısı qeyd edib ki, zənginlər əsasən işçilərin əmək şəraitinin pisləşməsi hesabına varlanıblar. “Oxfam”ın icraçı direktoru Vinni Byanima (Winnie Byanyima) hesab edir ki, milyarderlərin sayının artması iqtisadiyyatın çiçəklənməsi deyil, əksinə, sistemin çökməsi deməkdir.

“Oxfasm”a görə, dünyadakı 3,6 mlrd. insanın varidatı 426 mlrd. dollara bərabərdir və 8 zəngin insan – Bill Geyts (75 mlrd. dollar), Amansio Orteqa (67 mlrd. dollar), Uorren Baffet (60,8 mlrd. dollar), Karlos Slim (50 mlrd. dollar), Cef Bezos (45,2 mlrd. dollar), Mark Tsukerberq (44,6 mlrd. dollar), Lari Ellison (43,6 mlrd. dollar) və Maykl Blumberqin (40 mlrd. dollar) məcmu varidatı ilə eyni səviyyədədir.

“Oxfam” dünyada 2 043 milyarderin olduğuinu və ötən il hər 2 gündə bir milyarderin yarandığını bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar