Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Həqiqi addımlar atmağın vaxtı çatıb” - Polad Bülbüloğlu


"Prezident İlham Əliyev tərəfindən balanslaşdırılmış xarici siyasət aparılır. Bu siyasətin əsasında istisnasız olaraq bizim milli maraqlarımız dayanır"


Bunu Azərbaycan Xalq Cümhuriyyətinin  100 illiyi münasibəti ilə "Moskovskiy Komsomolets" qəzetinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

P. Bülbüloğlu deyib ki, məhz ölçülü və çoxistiqamətli xarici siyasət sayəsində Azərbaycan ildən ilə öz mövqelərini həm regionda, həm də dünyada möhkəmləndirir: Bir neçə il bundan qabaq Azərbaycan Birləşmiş Millətlər Təşkilatı üzvlərinin tam əksəriyyətinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu, onu göstərirdi ki, dövlətimiz özünü beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi işinə böyük töhfə vermək bacarığı olan etibarlı tərəfdaş kimi təsdiq edib. Başqa bir parlaq göstərici isə son illər ərzində Bakının siyasi və humanitar xarakter daşıyan böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir. Əlavə etmək istəyirəm ki, Bakıda RusiyaABŞ baş qərargah rəislərinin görüşləri təşkil edilib, bu görüşlərdə regional və beynəlxalq təhlükəsizliyə dair aktual məsələlər müzakirə olunur".

Səfir qeyd edib ki, bütün dövlətlər ilə mehriban qonşuluq münasibətlərini qoruyub saxlayan Azərbaycan Ermənistanla münaqişə vəziyyətindədir: "Bu ölkə artıq 30 ildir ki, Azərbaycana qarşı hərbi işğalçılıq siyasəti aparır, ərazilərimizin 20 faizini işğal altında saxlamağa davam edir. BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının, ATƏT, Avropa Şurası, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, islam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə baxmayaraq, Ermənistan onları tamamilə rədd edir, beynəlxalq hüququn prinsip və normalarını pozaraq "status-kvo"nun qorunub saxlanmasına istiqamətlənmiş tədbirlər görməyə davam edir. Sözsüz ki, mövcud "status-kvo" qəbuledilməzdir. Münaqişənin həlli ilə bağlı həqiqi addımlar atmağın vaxtı çoxdan gəlib çatıb".(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar