Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Həmsədrlər vəzifələrini yalnız regiona gəlib-getməklə bitmiş hesab etməməlidir”


"ATƏT Minsk qrupu həmsədrlərinin səfərindən gözləntimiz var. Onlar ədalətli qərar qəbul edilməsi üçün daha səylə çalışmalı, vəzifələrini yalnız regiona gəlib-getməklə bitmiş hesab etməməlidir"


APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcraçı katibi-sədr müavini, baş nazirin müavini Əli Əhmədov deyib.
 
O, təəssüflə qeyd edib ki, uzun illərdir, ATƏT-in Minsk qrupunun fəaliyyət göstərməsinə baxmayaraq, hələ də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün lazımı addımlar atılmayıb: “Düzdür, müəyyən işlər görürlər, mən bunların işinə tamamilə ədalətsiz demək istəməzdim. Amma məsələnin həll olunması, bizim məcburi köçkünlərin həyatının yaxşılaşdırması üçün əsas işlər görülməyib. Torpaqlarımız işğaldan azad olmayıb, qaçqın və köçkünlər öz yurdlarına qayıtmayıb və s. Bizim onlardan gözlədiyimiz bundan ibarətdir. Bu yaxınlarda bəyanatlar səsləndiriblər. Amma əsas bəyanat ondan ibarət olmalıdır ki, bu problem həllini tapsın. Bu münaqişə həddindən çox uzandı, bunun uzanması da bir yandan insanlara qarşı ədalətsizliyin davam etməsi, digər tərəfdən isə regionda təhlükəsizliyə təhdidin artması deməkdir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar