Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Həmsədrlər əvvəlcə söz verib, sonra başqa addım atan Sarkisyan barədə nə düşünürlər?”

"Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan prezidenti ilə son görüşdən sonra tamamilə görüşün ruhuna uyğun olmayan fikirlər səsləndirib"


APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.
 
N. Məmmədov bildirib ki, dövlət başçısı bir xalqın, dövlətin nümayəndəsidir: "Necə olubsa, həmin xalq bunu seçib, onun ən ləyaqətli insan olduğuna, sözünün üzərində duraraq ölkəni irəli aparacağına inanıb. AzərbaycanErmənistan prezidentlərinin son görüşündə nə baş verib? Uzun müddətdir ki, AzərbaycanErmənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlar aparılmırdı, Ermənistan tərəfi buna həmişə mane olurdu.
 
Son görüşdə AzərbaycanErmənistan prezidentləri, xarici işlər nazirləri, ATƏT-in Minsk Qrupunun üç ölkəni təmsil edən həmsədrləri, ATƏT sədrinin nümayəndəsi iştirak edirdi. Bu görüşdə bildirildi ki, uzun müddətdən sonra baş tutmuş bu görüşlə bağlı 3-4 bənddən ibarət fikri dünya ictimaiyyətinə çatdırılsın. Hamı bununla razılaşdı. Əgər Ermənistan prezidenti bununla razı deyildisə, görüşdə bildirə bilərdi, deyərdi ki, ürəyinə, ağlına nə gəlirsə, görüşdən sonra deyəcək. Ermənistan prezidenti görüşdə bununla razılaşdı, ancaq görüşdən sonra bir qrup erməni ilə görüşdə əvvəlcə görüşlə bağlı bəyanatı səsləndirdi, sonra da ağlına gələni dedi. Bununla da görüşün ruhuna uyğun olmayan fikirlər səsləndirdi. Azərbaycan prezidenti, digər dövlət rəsmiləri Ermənistan prezidentinə cavab verdi. Ancaq Ermənistan prezidenti  həmsədrlərin qarşısında söz vermişdi ki, görüşdən sonra konkret fikirlərin dünya ictimaiyyətinə çatdırılmasına razıdır, görüşdən çıxandan sonra isə riyakarlıq edib, başqa cür danışır. O halda ona xalqının inamı necə olacaq, o xalqın inkişafını, rifahını necə təmin edə biləcək? Həmsədrlər əvvəlcə söz verib, sonra başqa addım atan Ermənistan prezidenti barədə nə düşünürlər?"
 
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan və erməni xalqı məhz bu cür rəhbərlərin sayəsində ağır duruma düşüb, ermənilər ölkələrini tərk edirlər: "Bu gün Ermənistanda cəmi 2,5 milyon insan yaşayır. Proqnozlara görə, vəziyyət bu cür davam edəcəksə, 20 ildən sonra da ölkə əhalisinin sayı 2,5 milyon nəfəri keçməyəcək. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra indiyə qədər əhalisi 3 milyon nəfərə qədər artıb. Bu, fərqi, inkişafı göstərir. Azərbaycan və paytaxtı dünyada ən gözəl ölkələrdən, paytaxtlardan biridir. Əgər dövlət başçısı statusun varsa, belə riyakarlıq etmək, yalan danışmaq olmaz. Danışdı, cavabını da aldı".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar