Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hələlik Azərbaycanda dolların 25 faiz bahalaşacağı deyilir”


"Elə dövlət yoxdur ki, uçot dərəcəsinin artırılması milli valyutasına təsir etməsin”


Bunu Sherg.az-a ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırmasının təsirlərindən danışarkən iqtisadçı-deputat Vahid Əhmədov deyib.

O diqqətə çatdırıb ki, FED-in uçot dərəcəsini artırması bütün dünya valyutalarına öz təsirini göstərir: "Amerika dolları bütün dünyada dövriyyədədir. Buna görə, Azərbaycan da daxil olmaqla bütün maliyyə bazarlarına ciddi təsir göstərir. Xüsusən, son vaxtlar manatın məzənnəsi müəyyən qədər möhkəmlənib. Bu da, Mərkəzi Bankın atdığı siyasətin nəticəsidir. Çünki real sektor ciddi inkişaf etmir. Bunun inkişafı üçün müəyyən qədər vəsait ayrılıb. Hazırda pul kütləsinin qıtlığını yaratmaqla manatın möhkəmlənməsinə nail olurlar.

Hesab edirəm ki, FED-in uçot dərəcəsini artırması Azərbaycan milli valyutasına da təsir edəcək. Hələlik Azərbaycanda dolların 25 faiz  bahalaşacağı deyilir. Amma gələcəkdə daha çox olması nəzərdə tutulur”.

Manatın nə qədər ucuzlaşacağını dəqiq deməyin mümkün olmadığını söyləyən V. Əhmədovun sözlərinə görə manat hələlik bazarda öz dəyərini almayıb:

"Bazarda manatın dəyərini almasına qədər dəqiq artmanı və ya azalmanı demək çətindir. Bu idxal-ixrac əməliyyatlarının strukturundan, idxalın, ixracın sayqosundan, Azərbaycanda qeyri-neft sahəsinin inkişafından, neftin qiymətindən asılıdır. Bu proses həqiqətən tam üzən məzənnə içərisində keçsəydi manatın nə qədər azalmasını demək mümkün olar. Lakin görünür, hazırda aparılan siyasət fərqlidir. Müəyyən qədər bazarda pul qıtlığı yaradılıb. Həm inflyasiyanın bir qədər qarşısını almaq istəyirlər, həm də bazara buraxmırlar ki, manatı qoruyub saxlasınlar. Buna görə də manat hansı səviyyəyə qədər gəlib dayanacaq onu demək mümkün deyil”.

Qeyd edək ki, Açıq Bazar Əməliyyatları üzrə Komitə üzvlərinin proqnozlarına görə ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində uçot dərəcəsini daha iki dəfə, təxminən 1,375%-dək artıracaq. Xatırladaq ki, ötən gün FED uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar