Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Heç vaxt deməmişəm ki, maaşım mənə çatmır, bu, təxribatdır”


“Mən heç vaxt deməmişəm ki, mənim maaşım mənə çatmır”


Bunu Modern.az saytına açıqlamasında millət vəkili Hadı Rəcəbli deyib.

Qeyd edək ki, bəzi informasiya saytlarında, sosial şəbəkələrdə Hadı Rəcəblinin adından müxtəlif fikirlər yazılıb. Millət vəkili bu yazılanları birmənalı şəkildə təkzib edib:

“Mən şükranlı adamam. Dövlətimdən, həyatımdan, taleyimdən, ailəmdən razı adamam. Əmək haqqım mənə bəs qədər çatır. Siz məni tanıyırsınız. Hadı müəllim belə bir fikir səsləndirə bilər? Sosial siyasətlə məşğul olan, insanların ən qayğılı qrupu ilə işləyən adam kimi bu sözü deyə bilərəm? 
Mən bir neçə dəfə belə konteksdən ayrılan fikirləri ortaya çıxaran təxribarlarla üzləşmişəm. Bu da növbəti təxribatdır. Bu fikirləri hər gün, hər saat səsləndirən mətbu orqanları niyə mənə zəng vurub soruşmur ki, Hadı müəllim siz belə bir fikir səsləndirmisiniz? Bunu “feysbuk”a qoyublar, saytlarda yerləşdiriblər. Amma bir jurnalist zəng vurub soruşmur ki, siz belə bir söz demisinizmi? Axı hamı bilir ki, mənim telefonum həmişə açıqdır. Mətbuata açıq adamam”.

Hadı Rəcəbli bildirib ki, bu gün ona deyiblər ki, mətbuat onun haqqında belə bir fikir yazıbyazıb.

“Kökündən yanlış olan bir təxribatdır. Bunu kimsə əvvəl bəlkə sensasiya, oxucu diqqəti cəlb etməyə uydurubsa, sonradan bu azğınlığa, mənə qarşı təxribata və hörmətsizliyə gətirib çıxarıb. Çox təəssüf. Mən bunu birmənalı olaraq təkzib edirəm. Belə bir fikir mənim dilimdən heç vaxt səslənməyib. Mən həmin yazan insandan soruşmaq istəyirəm ki, sən bunu hardan yazmısan? Niyə məndən soruşmamısan?

Ona görə xahiş edirəm bu əsassız fikri səsləndirən KİV təkzib versinlər. Belə hallarla, informasiya ötürmələriylə bağlı müvafiq tədbirlər görülməsini xahiş edirəm”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar