Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Heç bir beynəlxalq təşkilat seçkilərin nəticələrini şübhə altına almayıb”


“Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar seçkilər zamanı karbohidrogen ehtiyatları olan ölkələrə münasibətdə fərqli maraqdan çıxış edir”


“Qərb dünyası sovet sistemi ilə müqayisədə daha ədalətli sistemə malikdir, daha demokratikdir. Əvvəllər Qərb dünyasının tam ədalət üzərində qurulduğu təəssüratı vardı. Ancaq sonra aydın oldu ki, bu belə deyil”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti yanında Bilik Fondunda keçirilən görüşdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.
 
M.Pənahov deyib ki, hazırda ölkələrin daxili işlərinə müdaxilə etməyin ən asan yolu seçkilərdir: “Çünki demokratiyanın heç bir ölkənin daxili işi olmadığı məntiqindən çıxış edirlər və bu məntiqlə də razılaşmamaq olmur. Əks halda, Şimali Koreya kimi ölkələrdən söhbət getmir. Demokratiyanın ən əsas göstəricisi də seçkilərdir. Əfsuslar olsun ki, bu prosesdə də müəyyən söz sahibi olanlar var və mütləq həqiqəti ortaya qoymaq mümkün deyil. Məsələn, Azərbaycanda və başqa bir ölkədə seçki keçirilir, Azərbaycanda seçki daha yaxşı keçirilsə də, digər ölkədə seçkilərin daha yaxşı keçirildiyini bildirirlər. Düzdür, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da seçkilərdə müəyyən çatışmazlıqlar ola bilər. Lakin indiyədək heç bir beynəlxalq təşkilat Azərbaycanda prezident, parlament və bələdiyyə seçkilərinin nəticələrini şübhə altına almayıb. Amma Azərbaycanda hansısa məntəqəyə gələn ailə üzvlərinin şəxsiyyət vəsiqəsi bir nəfərdə olursa, bu qanun pozuntusudur. Yaxud rayon və kəndlərdə seçki məntəqələrinə gələn şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməyi tələb edəndə buna normal yanaşırdılar. İndi belə deyil. Ancaq elə ölkələr var ki, məsələn, İngiltərədə seçki zamanı vətəndaşlardan şəxsiyyət vəsiqəsi istəmirlər, deyirlər ki, vətəndaş yalan danışmaz”.
 
M.Pənahov bildirib ki, bir sıra dövlətlər, beynəlxalq təşkilatlar seçkilər zamanı karbohidrogen ehtiyatları və digər resursları olan ölkələrə münasibətdə fərqli maraqdan çıxış edirlər: “Bir sıra beynəlxalq təşkilatların da seçkilərlə bağlı mövqeyi obyektiv olmur. Görürsən ki, çatışmazlıqları aradan qaldırmaq yox, fərqli məqsəddən çıxış edirlər. Ona görə də sadəlövh olmamalıyıq ki, qərblidirsə, bizim mənafeyimizə uyğun mövqe qoyacaq, addım atacaqlar. Heç kim bizim əvəzimizə demokratik ölkə qurmaz. Yenə də bir sıra böyük dövlətlərin dünyanı idarə etmək iddiaları var”.
 
M.Pənahov qeyd edib ki, demokratik cəmiyyət quruculuğu vətəndaşların özündən başlayır: “Bu o deməkdir ki, hansısa çatışmazlıq varsa, burada öz rolunu müəyyən etsin və aradan qaldırmağa çalışsın. Qərbə gedən niyə qayıtmaq istəmir? Çünki orada insanların bir-birinə münasibəti kifayət qədər ədalətlidir. Ona görə də hər kəs maarifləndirmə işləri ilə məşğul olmalıdır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar