Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Həbs olunmasa, özümü yandıracağam” – General Şıxəliyev


“Texnikabank”da böyük məbləğdə əmanət saxladıqlarından, hədəfə çevrilən zərərçəkənlərin də MTN işində əsas tələblərindən biri – nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyevin həbs olunmasıdır


Onlar iddia edirlər ki, MTN-də “Texnikabank” işi araşdırılarkən, bankda əmanətləri olduğunu bilib, pullarını əllərindən almaq üçün onları hədələyiblər, hətta bir neçəsini saxta ittihamla həbs ediblər. Ardından 1-2 milyon manat alıb, həbsdən buraxıblar.

Zərərçəkənlər onlardan alınan pulun bir hissəsinin general Şıxəliyevə çatdığını iddia edirlər.

Bu adamlar, əsasən, MTN İstintaq İdarəsinin şöbə rəisi olmuş, həbsdəki polkovnik Vüsal Ələkbərovun işi üzrə zərərçəkmiş qismində tanınıblar. Fevralın 23-də Mövlam Şıxəliyev keçmiş işçisinin məhkəməsində şahid kimi dindirilib. Dindirmə zamanı generalla zərərçəkənlər arasında kəskin mübahisələr yaşanıb.

MTN generalı məsuliyyəti prokurorluğun üstünə atdı

Mövlam Şıxəliyev deyir ki, nə özü kimsədən pul alıb, nə də tabeliyində işləmiş müstəntiq Vüsal Ələkbərovun rüşvət aldığını eşidib. Heç biri də kimsəni sifarişlə, saxta ittihamla nə həbs elətdirib, nə də pulu alandan sonra azadlığa buraxdırıb. General məsuliyyəti prokurorluğun üzərinə ataraq bildirib ki, kiminsə həbsinə təqdimatı prokurorluq verir, məhkəmə də qərar çıxarır. Bu cür məsələlərdə onlarlıq bir şey yoxdur: “Qərarları prokurorluq araşdırıb. Əgər qanuna zidd hərəkət olsaydı, prokurorluq müstəntiqin qərarını ləğv edərdi. Kiminsə həbsdən azad edilməsi mənim səalhiyyətlərimə aid olmayıb”.

Zərərçəkənlər məhkəmədə ifadə verərkən deyiblər ki, pul məsələsini şəxsən Mövlam Şıxəliyev də onlarla müzakirə edib. Amma Şıxəliyev bu adamlarla görüşmədiyini deyib. Bu da məhkəmədə zərərçəkənləri əsəbiləşdirib.

“Mən buna söz deməyə xəcalət çəkirəm, amma bunlar mənim evimin satılmasına görə xəcalət çəkmirlər. Mövlam Şıxəliyevin otağında olmuşam. Mənə dedi ki, şefin göstərişi var, həbs edilməlisən. Mən Eldar Mahmudovu “OBXSS”də işləyəndən tanımışam. Mövlam əvvəl 1 milyon, sonra 700 min istədi, axırda 500 min dollara düşdü. Bu pulun 200 min dollarını Mövlama, 300 min dollarını isə Vüsala vermişəm”, – zərərçəkən Namil Rzayev məhkəmədə general dindirilərkən belə deyib.

“Qürurunuz olsun, pulumu qaytarın”

Şıxəliyev rəhbərlikdən hər hansı qanunsuz göstəriş almadığını söyləyib.

Bu yerdə başqa bir zərərçəkmiş Hüseyn Səfərov hiddətlənərək deyib ki, Şıxəliyev həbs olunmasa, intihara əl atacaq: “Vicdanıma and içirəm, Mövlam Şıxəliyev həbs edilməsə, özümü yandıracağam. Biz məhkəməyə gəlməyəcəyik, Prezident Aparatına şikayətə gedəcəyik. Mövlam Şıxəliyev burada yalan danışır, hamını aldadır. Qürurunuz olsun, pulumuzu qaytarın. Necə olub ki, bu adama general rütbəsi veriblər? Mövlam Şıxəliyev milyonlarla rüşvət alıb”.

Zərərçəkən Nizami Kazımov da Şıxəliyevdən soruşub ki, necə olub, hər tərəfinə kamera quraşdırılan MTN-də çanta-çanta pul daşınmasını görməyib?

Zərərçəkmişlər Mövlam Şıxəliyevin 5 milyon manatlıq bağ evinin olduğunu iddia ediblər. General bunu təkzib etməyib və bildirib ki, işindən əlavə bizneslə məşğul olub və özünə mülk salıb.

Vüsal Ələkbərovun Namiq Abbasov nazir olduğu dövrdə işə götürüldüyünü yada salan general məhkəmədə onu tərifləyib. Deyib ki, Vüsal Ələkbərov “Meşə qardaşları”, “Sumqayıt camaatı”, “Sahil qardaşları” kimi ağır cinayət işlərinin istintaqını aparıb, əqidəli işçi olub, heç vaxt qanunsuzluğa yol verməyib.

“Oğlumu buraxmaq üçün 300 min aldı”

“Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov da Vüsal Ələkbərovun məhkəməsində dindirilib. O, özü ilə yanaşı, oğlu İslam və qardaşı Camalın da həbs olunduğunu bildirib. Onun sözlərinə görə, oğlunu həbsdən buraxmaq üçün ondan 300 min dollar alıblar.

Vüsal Ələkbərov isə onun oğlunun buraxılmasını başqa cür izah edib: “Təklif etdim ki, camaatın pulu ödənilsə, həbs qərarı dəyişdirilə bilər. Çünki həmin ərəfədə pulları batan vətəndaşlar mitinq eləmək istəyirdilər. Biz də onların sakitləşməsi üçün dəymiş ziyanın ödənilməsi məsələsini qaldırmışdıq. Bu barədə baş prokurorun da göstərişi vardı. Prokurorluğun idarə rəisi mənim xidməti otağımda Zal Yusifovla görüşdü. Ona təklif olundu ki, camaatın pulu ödənilsin. Həmin vaxt Zal Yusifov dedi ki, pulların yerini oğlu bilir, həbsdən azad edilsə, pullar ödəniləcək. Biz də oğlunun barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirdik. Amma hökmədək pul ödənilmədi. Buna görə də hökmdə Zal Yusifovun oğlu həbs edildi”.

Xatırladaq ki, Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunur. İttihama görə, o, iş adamlarını MTN-ə gətirərək, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Vüsal Ələkbərovun təxminən 1 milyon 270 min manat dəyərində əmlakının üzərinə həbs qoyulduğu bildirilir.

O, MTN-də bəzi siyasilərin, o cümlədən İslam Partiyasının indi həbsdə olan lideri Abgül Süleymanovun istintaqını aparıb.(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar