Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hazırkı həbslər yalnız bir məqsədə xidmət edir”


“Kral Salmanın hakimiyyətə gəlişindən sonra Səudiyyə Ərəbistanının siyasi elitasında çalxalanmalar səngimir”


Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, bunun mərkəzində dayanan əsas məsələlərdən biri, bəlkə də əsas məsələ kralın ahıl yaşda və deyilənlərə görə, bir neçə aydan sonra hakimiyyətdən çəkilmək niyyətində olması ilə bağlıdır:

“Kralın taxt-tacı təhvil verəcəyi bir adamın yolunun təmizlənməsi prosesinin getdiyini söyləmək olar. Çünki Salmanın taxt-tacdan əl çəkəcəyi xəbəri saraydaxili münaqişələri və hakimiyyət uğrunda mübarizəni xeyli qızışdırıb. Bir neçə həftə öncə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səud ölkədə radikal vəhhabiliyin rolunun azaldılacağını bildirdi. Qadınların hüquqları ilə bağlı bir sıra vədlər verdi. Bununla da islahatçı ruhlu mütərəqqi kral ola biləcəyini göstərməyə çalışdı. Ölkədə hamı yaxşı başa düşür ki, kral Salman taxt-tacı kiçik oğluna verməyə hazırlaşır. Bu çərçivədə bir sıra narazılıqlar baş qaldırıb və bu dalğada müxtəlif xarakterli həbslər artıq 4 aydır davam edir. Ən böyük həbslər isə bu günlərdə həyata keçirildi. Bir neçə şahzadə, eyni zamanda nazirlər korrupsiya ittihamı ilə saxlanılaraq həbsxanaya göndərildilər. Buna qədər hətta, şahzadələrdən biri çox müəmmalı şəkildə sui-qəsdin qurbanı olmuşdu. 

Onun ölümü üzərindəki sirr pərdəsi hələ də aradan qalxmayıb. Yəni, saray daxilində baş verən intriqalar kral taxtına iddia edənlərdən birinin ölümü ilə nəticələnib. Görünən odur və heç kim şübhə etmir ki, kral Salman oğlunun taxta çıxarılması niyyətini tez bir zamanda reallaşdıracaq və bu məqsədlə də oğluna rəqib ola, hakimiyyət idarəçiliyinə problem yarada biləcək şəxsləri zərərsizləşdirmək prosesinə başlayıb. Bu proses bəzən ölüm, bəzən də ağır ittihamlarla həbs olunmaqla davam edir”.

Q.Hüseynli yeni həbslərin və titullardan məhrumedilmə prosesinin olacağını istisna etməyib:

“Ta o vaxtadək ki, kral Salman hakimiyyəti oğluna təhvil verəcək, yeni kral idarəetmə prosesini ciddi müqavimətə rast gəlmədən həyata keçirəcək və taxt-tacında möhkəm əyləşəcək. Onu da deyim ki, vəliəhd şahzadə çox gəncidr. Onun cəmi 32 yaşı var. Bir çoxları hesab edir ki, 32 yaşdan yuxarı yüzlərlə şahzadənin mövcud olduğu bir sülalə rejimi şəraitində bu gəncin hakimiyyəti idarə etməsi o qədər də asan olmayacaq. Ona görə də hazırkı həbslər dalğası ambisiyalı, iddialı insanların sıradan çıxarılması məqsədinə yönəlib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar