Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Haqqımı ona Qiyamət günündə də halal etməyəcəm”


Rəsul Mirhəşimli Fazil Mustafanı məhkəməyə verir: “Şəxsiyyətimə yönəlmiş bu dərəcədə təhqir və böhtanı heç kimə bağışlamaram


PİA.AZ xəbər verir ki, “Yeni Müsavat”ın Facebook səhifəsi üzərindən gerçəkləşdirdiyi canlı yayıma qoşulan araşdırmaçı jurnalist Rəsul Mirhəşimli millət vəkili Fazil Mustafa ilə aralarında yaranmış dini mübahisə barədə danışıb.

Onun sözlərinə görə, mübahisə ilə bağlı sadəcə öz mövqeyini ifadə edib: “Fazil Mustafa yazdıqları ilə məni təhqir edib, ittiham edib, böhtan atıb. Azərbaycan Milli Məclisinin deputatı, insan hüquqları komitəsinin üzvü, hüquqşünas kimi tanıdığım bir adamın mənim şəxsiyyətimə yönəltdiyi bu dərəcədə təhqir və böhtanını heç kimə bağışlamaram. Mən özümü tanıyandan bilirəm ki, tərcümeyi-halımda, əməlimdə mənə utanc gətirəcək qaranlıq heç nə yoxdur. Mənə böhtan atılıb. Bununla bağlı məhkəməyə müraciət edəcəm. Sənədləri vəkilə verdim. Vəkil təklif edir ki, təzminat da tələb olunsun. Amma mən daha çox onun məndən üzr istəməsini tələb edəcəm. Çünki o, məni təhqir edib, nalayiq ifadələr işlədib və məni fars millitanı olmaqla ittiham edib. Zəhmət çəksin, məhkəmədə mənimlə bağlı iddialarını sübut etsin. Edə bilmirsə, üzr istəsin. Mən öz ləyaqətimi heç kimə güzəştə getmərəm. Bu ölkədə kimin xidmətlərinin hansı səviyyədə olması heç kimə haqq vermir ki, başqasını təhqir etsin. Milli Məclisin deputatı bilməlidir ki, Azərbaycanda bütün mübahisələr hüquq müstəvisində öz həllini tapır və mən bu müstəvidən başqa heç bir müstəvini qəbul etmirəm”.

R.Mirhəşimli dedi ki, mövzu ilə bağlı münasibət bildirəndə heç kimi hədəfə almayıb: “O, çıxıb desəydi ki, mənim fikirlərim yanlışdı və ya mən onu düzgün anlamamışam, bunu qəbul edərdim. Anlayardım ki, məndən yaşda böyükdür və susardım. Ümumiyyətlə, mən Fazil Mustafanın bir çox fikirlərini qəbul etmirəm. Amma bunun qarşısında susuram. Burda mən adamın şəxsiyyətini hədəf almamışam. Başqalarından da öz şəxsiyyətimə qarşı hörmət tələb edirəm. Bir halda ki, bu davranış sərgilənmədi, mən bunun məhkəmə yolu ilə həll olunmasına çalışacağam. Hesab edirəm ki, Azərbaycanda məhkəmə bu tipli məsələnin araşdırılıb ədaləti qərar verilməsinə imkan verəcək. Azərbaycan məhkəmələri bu məsələni ədalətli şəkildə həll etməsə belə, biz dini inanclı, təkcə bu dünyaya yox, axirətə də iman gətirmiş insanlarıq. O zaman haqqımdakı böhtan və təhqirləri o adam üzərində haqqım olaraq tanıyacam. Haqqımı Qiyamət günündə də halal etməyəcəm”.

Müsahibimiz hələlik maddi təzminat barədə düşünmədiyini vurğuladı. Amma maddi təzminat olsa belə, onu imkansız və aztəminatlı ailəyə, qocalar və uşaqlar evinə köçürəcəyini dedi.

Xatırladaq ki, millət vəkili Fazil Mustafa sosial şəbəkələrdə şiələrin əzadarlığı ilə bağlı yayılmış videonu paylaşaraq tənqid edib. O, Azərbaycanda İslama bu cür yanaşmanın Quranda yazılanlarla heç bir əlaqəsinin olmadığını söyləyib.

İlahiyyatçı Rəsul Mirhəşimli isə saytımıza açıqlamasında belə davranışın millət vəkilinə yaraşmadığını, videoda ağlayan şəxslərə qarşı münasibətinin doğru olmadığını deyib.

Bundan sonra Fazil Mustafa sərt açıqlama yayaraq, Rəsul Mirhəşimlini cahil və gerizəkalı adlandırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar