Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hacı İbrahim model qızlara heç 10 qəpik də verməz” – Həftənin sitatları


Vüsal Məmmədov: “Fəhlənin bir ay özünü yırtaraq qazandığı pulu Samiraldo bir dənə “Aaaçıldıııı...” deməklə qazanırsa, cəmiyyətdə nəsə düz qurulmayıb...”.


Rasim Balayev: “Canəliyə siyasi baxımdan o qədər artıq ordenlər veriblər ki, o, qudurub”.

PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.

Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Həm tarix, həm də beynəlxalq hüquq normaları bizim mövqeyimizi müdafiə edir. Eyni zamanda bu gün Azərbaycan Ermənistanla müqayisədə qat-qat üstün ölkədir - təkcə iqtisadi və hərbi potensialına görə yox. Çingiz kimi övladlarımız bizim üstünlüyümüzü bir daha göstərdi”.

Türkiyənin baş naziri Binəli Yıldırım: “Konstitusiya dəyişikliklərinə kimlər “yox” deyir? PKK və FETÖ. Onlar terrorçudurlar. Onların “yox” dediyinə biz “hə” deyəcəyik. Başqa kimlər yox deyir? HDP və CHP. Belə görünür ki, CHP terroru dəstəkləyən HDP ilə bir gəmidədir”.

İranın dini lideri Ayətullah Xamneyi:Donald Tramp eks-prezident Obamaya minnətdar olmalıdır ki, İraqSuriyada xaos yaradaraq “İslam Dövləti”nin təməlini o qoydu. İrana qarşı sarsıdıcı sanksiyaları tətbiq edən də məhz Obama idi, lakin qadağalar uğursuz oldu. Çünki heç bir düşmən İran xalqını iflic edə bilməz”.

Fransa Prezidenti Fransua Olland: “Fransa ABŞRusiya ilə birgə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına görə xüsusi məsuliyyət daşıyır”.

Prezident Administrasiyasının rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz MəmmədovAzərbaycan elə regionda yerləşir ki, kiçik dövlət  olsa da, onun mühüm dövlət olması faktdır. Bu illər ərzində böyük beynəlxalq  layihələrinin həyata keçirilməsində təşəbbüskar aparıcı rol oynamışıq. Bu baxımdan enerji və nəqliyyat layihələrini qeyd etmək lazımdır. Azərbaycanla əməkdaşlıq etmək hər bir böyük dövlətin marağı çərçivəsindədir”.

Suriya prezidenti Bəşər Əsəd: “Əgər terrora qarşı həqiqətən mübarizə aparmaq istəyirsinizsə, bunu Suriya hökuməti vasitəsilə etməlisiniz. ABŞ bir ölkənin hökuməti və xalqı ilə əməkdaşlıq etmədən orada terrorizmə qalib gələ bilməz”.

Deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri Qüdrət Həsənquliyev: “Avantürist layihələrə milyardlarla pul xərcləndi və bu pulların da hamısı batıb getdi. Bir sözlə, xalqın pulları talandı. Həmişə demişəm ki, bu pullardan səmərəli istifadə edilməyib”. 

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov: “Hökumət tərəfindən qiymətlərin sürətlə artmaması üçün vacib olan tədbirlər görülür. Güman etmirəm ki, qiymətlərin indiki artım səviyyəsinin Azərbaycanda yoxsulluq səviyyəsinə təsir etməsi haqqında həyəcan təbili çalmaq üçün əsaslar yaranıb. Mən bu fikirdən kənaram”.

Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev: “İndi pulu bankda yox, balış altında saxlamaq daha təhlükəsizdir”.

Müsavat Partiyasının baçqanı Arif Hacılı: “Bir İŞİD nümayəndəsinin Azərbaycanı terrorla hədələyən, məzhəb ayrılığı zəminində ölkəni dini qarşıdurmaya sövq edən çıxışı yayılıb. Cəsur görünmək üçün yanına iki Kalaşnikov avtomatı qoysa da qorxudan titrəyir, səsi əsir. Onlar bizsiz də susdurulacaq. Bu məni narahat etmir. Məni narahat edən bu yaramazın çıxışını bəyənən, paylaşan vətəndaşlarımızın ölkənin taleyinə biganəliyi, belə ciddi məsələlərə səthi yanaşmasıdır”.

Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski: “Nə qədər ki, Avropa Şurası Parlament Assambleyasının reqlamentinə yenidən baxılmayıb, biz bu qurumun işində tam formatda iştirak etməyəcəyik”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bir aydan çox müddət Çingiz Qurbanovun nəşini qaytarmaq istəmirdilər. Azərbaycan dövləti Çingiz Qurbanovun nəşinin qaytarılması üçün çox böyük səylər göstərib. Eyni zamanda bizim beynəlxalq təşkilatlara müraciətlərimiz də cavabsız qalmayıb. Biz birgə səylərlə Çingiz Qurbanovun nəşini vətənə qaytarmağa nail olduq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu:Rusiya Lapşini Dağlıq Qarabağda saxlanılan iki girovumuza dəyişməsə, Lapşin Dağlıq Qarabağdakı girovlarımız kimi həbsxanada yatmalıdır”.

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov:İran Azərbaycana qonşu olan böyük dövlətdir. Bu gün Azərbaycanın problemləri həll olunub ki, İranla da yeni problem yaransın? Məgər bizim başqa dərdimiz yoxdur? İrana sataşmaq bizə fayda verməz. Ona görə də biz bütün bu cür məqamları dərk etməliyik və xalq olaraq bir hədəfə istiqamətlənməliyik. Bir-birimizə dəstək verib əlaqəli işləməliyik”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov: “Fəhlənin bir ay özünü yırtaraq qazandığı pulu Samiraldo bir dənə “Aaaçıldıııı... ” deməklə qazanırsa, cəmiyyətdə nəsə düz qurulmayıb... ”.

İlahiyyatçı Elşən Sultanzadə: “Guya peyğəmbərin ürəyini anjuy ediblər. Boş-boş söhbətlərdir. Qurandakı “Sənin qəlbini genişlətmədikmi?” - ayəsi də rəmzidir. Gəlin, fikirləşək də, bunlar məntiqə uyğun gəlmir axı. Bunlar cəmiyyətə nağıl danışmaq üçün mollaların, bəzi din adamlarının qurduğu hoqqalardır”.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavus Novruzov:  “Birincisi, mənə nə olub, ya da olmayıb, bunun kimə aidiyyatı var? Mətbuat gör nə günə düşüb ki, belə məsələləri müzakirə edir. Güllə ilə vurulmamışam, avtomobil qəzasına düşməmişəm. İkincisi, uşaqdan böyüyə kimi hamının səhhətində müəyyən problemlər yarana bilər və bu çox normal haldır. Üçüncüsü, mən istirahətdən yeni qayıtmışam. Sağlam həyat tərzi sürürəm. İdmanla və dieta ilə çəki atıram. Hazırda da öz işimin başındayam. Hər şey qaydasındadır”.

Rusiya Liberal-Demokrat Partiyasının  lideri Vladimir Jirinovski: “Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər. Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə nə Qarabağ olacaq, nə Azərbaycan. Olacaq Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası, Kutaisi quberniyası. Çarın vaxtındakı kimi”.

Köşə yazarı, jurnalist Zamin Hacı: “Şair demişkən, Azərbaycan yatmış vulkandır, gərək sərhədlərini qurdalayıb oyatmayasan. Son anda ağlıma bir təzə ideya da gəldi: bəlkə Lapşini aparaq ataq o palçıq vulkanına, “dövlətçiliyimiz qurban tələb edir”, adıyla?”.

ASDP sədri Araz Əlizadənin orta məktəbdə müəllimi olmuş Aydın Abbasov: “Araz Əlizadənin məzmununun nə olduğunu əla bilirəm, məzmun etibari ilə sıfırdı, heç kimdi. Tərbiyəsiz, mənliyi olmayan, satqın insandı. Heç özü də bilmir nə istədiyini, istədiyi tək şey karyeradı. Bir müddət Ayaz Mütəllibova yaltaqlandı, indi də guya Heydərçi olub. Ancaq bunda da səmimi deyil”.

Deputat, Böyük Birlik Partiyasının sədri Fazil Mustaf a: “Aptekə dərman almağa girirəm. Satıcı xanımlar az qala fəryad qoparırlar. Deyirlər ki, “artıq iyirmi gündür ki hec bir dərman deposu apteklərə Rusiya, Avropa istehsalı olan dərmanları vermir”. Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu təsəvvürə gətirməzdim. Obyektiv səbəb dolların manatla mübadilə qiymətinin sabitləşməməsi ilə bağlı ola bilər. Ancaq burada inhisarçılıq amili də öz sözünü deyir. Bunun təcili bir yolu tapılmalıdır, dərman təchizatında ciddi dönüş yaradılmalıdır. İnsanların sağlamlığı ilə bağlı sahələrdə möhtəkirliyin genişlənməsinin çox faciəli nəticələri ola bilər”.

İqtisadçı ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “Hökümət hiss edib ki, dollar ucuzlaşsa da, bazarlarda qiymətlərdə müəyyən artım var. Ancaq yenə də israrlıdır ki, yoxsulların sayında dəyişiklik çətin olsun... ”.

TİA.AZ saytının baş redaktoru Əlişir Əhəd: “3-4 nəfərdən ibarət olan ailənin aylıq büdcəsini idarə edə bilməyən birisinin bəxtinə Ərdoğana məsləhət, Trumpa öyüd, Putinin siyasətini hesablamaq düşəndə faciə olur”.

Sabiq millət vəkili Hacı Qalib Salazadə: “Yazırlar ki, guya Hacı İbrahim pulları ora-bura xərcləyir və sairə. Mən Hacı İbrahimi yaxşı tanıyıram. O, model qızlara heç 10 qəpik də pul verməz. Yalandan bu cür yazılar yazıb, onu nüfuzdan salmaq istəyirlər. Bir ara yazdılar ki, Hacı İbrahim ölkəyə xarici model qızları gətirir və sairə. Əslində, bu cür yazılarla onun evini yıxdılar. İndi ara-sıra onun adını modellərlə hallandırırlar. Ancaq Hacı İbrahim elə adam deyil. O, ağıllı və bacarıqlı iş adamıdır”.

ASDP sədri Araz Əlizadənin orta məktəbdə müəllimi olmuş Aydın Abbasov: “Araz Əlizadənin əslində Azərbaycanda yaşamağa haqqı yoxdur. Təpədən dırnağadək Türk düşmənidi, kimə, hansı agenturaya qulluq etməsi də bilinmir. Arazın orientasiyası Azərbaycanın milli dövlətçiliyinə, Azərbaycan Türklüyünə qarşıdır. Türklüyə nifrət edir. Araz sabah hətta Atatürkün haqqında da yaramaz fikirlər işlədə bilər. Ondan bunu da gözləyirəm”.

Yazar Aysel Əlizadə: “Kişi gəzərmiş. Pff... Kim deyir bunu? Bük hədiyyə kağızına o kişini, ver həmin adama. Aparıb evdə dolaba qoysun. Xəyanət qadın kəşfidi!”

Sabiq millət vəkili Hacı Qalib Salazadə: “Hacı İbrahim Bilgəhdəki bağ evində Nehrəmdəki dağın maketini düzəltdirib. Hacı İbrahim maraqlı insandır, onun zəngin fantaziyası var, qurub-yaratmağa böyük həvəsi var. Bu da onda xüsusi istedaddır. Birdə ki, Bilgəhdəki torpağı 1994-1995-ci illərdə Hacı İbrahimə mən almışam. O vaxtı mənə 10 min dollar pul verdi ki, torpaq al, mən də həmin torpağı onun üçün aldım”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu:Azərbaycan prezidenti İlham Əliyev açıq-aşkar dedi ki, biz torpaqlarımızın işğaldan azad olunması üçün öz ərazimizdə müharibə aparırıq və bu hüququ kimsə bizim əlimizdən ala bilməz. Bundan çıxış edərək Dağlıq Qarabağın daha böyük barıt çəlləyinə çevriləcəyini proqnozlaşdırmaq mümkündür”.

Jurnalist Anar Gəraylı: “CİA-nin direktoru təyinatından sonra ilk xarici səfərini Türkiyəyə elədi və elə həmin gün Rusiya qırıcısı Suriyada türk əsgərlərini bombaladı”.

Yazar Sevda Sultanova: “Pislik eləməkdənsə, fiziki zərər yetirməkdənsə söyüş daha yaxşıdır. Amma orası da var ki, bizdə bir qisim qətllərin əsasında ana-bacı söyüşü dayanır... Qadının söyməsinə gəlincə, məncə, bunu Faina Ranevskayadan yaxşı kimsə ifadə eləməyib: “Başıaşağı, tərbiyəli zibildənsə, ana söyüşü söyən yaxşı adam daha gözəldir””.

Köşə yazarı, jurnalist  Zamin Hacı: “Camaatımızın qaraqabaq olmasının əsas səbəbi bax budur: dişimiz yoxdur! Normal, salamat dişlərimiz olsa, ürək açıqlığı ilə, rahatlıqla gülərik”

Xalq artisti Canəli Əkbərov: “Əbülfəz Elçibəy dövründə cavanları hərbiyə aparırdılar. Mənim oğlumu da gecəylə həyətdən götürüb Şəmkirə aparmışdılar. Bəli, Mənsumu da aparmaq istəyirdilər. O vaxtlar teatrın direktoru dedi ki, onun güclü qohum-əqrəbaları var. Özü də Mənsum Ermənistanın Sisian rayonundandır, daha sonra Laçına, ordanda Ağdamın Soltanbut kəndinə köçüblər. Qarabağlı oldu, indi də Qarabağ kartından istifadə edir. Qohumları əl-ayağa düşmüşdü, teatra gəldilər ki, məktub alsınlar. Belə bir şey yazdırdılar ki, əgər Mənsum hərbiyə getsə, teatr batar! Həmin vaxt Məcnun 9-cu mikrarayonda, bacısının evində gizlənirdi. “Bicok”un dal ayağıdır, özüm ölüm. Onu analiz etmək üçün xüsusi laboratoriya lazımdır. O kimdir ki, mənim haqqımda danışa?”.

Deputat Vahid Əhmədov: “Manatın iki dəfə devalvasiyası və iqtisadiyyatda baş verən durğunluqlar bank sisteminə çox pis təsir göstərir”.

İqtisadçı ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban:Azərbaycanlılar həqiqətən başa düşülməyən millətdir...Onların potensialı hər zaman olub və bu potensialı işə çevirə bilməyiblər...bir kəs gəlib bunu reallaşdıranda da HEYRƏTƏ gəlməkləri bir yana əksəriyyət bu işin ƏKSİNƏ çıxıb...İndi bir ovuc ərəb gəlib Azərbaycanda VİP-turizmin əsaını qoymaq üçün ŞANS verirlər...Bu tərəfdən də partapart yazılar dərc edirlər ki, ərəblər bizim təbiətin anasını ağlar qoydu... ”.

Bank üzrə ekspert Əkrəm Həsənov: “Mən əminəm ki, faktiki vəziyyətdə bankların itkisi göstərilən zərədən ən azı iki dəfə çox olub”.

Yazar Aysel Əlizadə: “Bircə dəfə kiminsə anası, qızı, arvadı yox, yalnızca özün olmusanmı? Bu nə deməkdi, bilirsənmi? Gözlərini yum, hamını unut. Yalnız özün ol, sən ol, duy bunun ləzzətini. Əzdirmə özünü”.

İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu: “Bu səbatsız siyasət iqtisadiyyatın daha da kiçilməsini, qeyri-neft sektorunun və onun ixracatının inkişafından qalmasını, işgüzar aktivliyin sönməsinı daha da sürətləndirəcək. Hərdən xalqı da düşünün, cənablar!”.

Yazar Mirmehdi Ağaoğlu: “Canəli Əkbərovun biclikdə yüksək hesabla uduzduğu yeganə adam Arif Babayevdir. Ağdamın işğalı, Qarabağ dərdi Arif müəllimin gücünü birə-beş artırıb. Lənkəran nəynən maraqlı olacaq? Çaydı, limondu, onu da almağa pul yoxdu. Başına dönərəm Qarabağın! Çörək ağacıdı! Prestijdi! Gedib qaçqın obalarında bir-iki ağız ağladınsa, iş tamamdır. Yazıq Canəli müəllimin bu performans üçün hansı şəraiti var? Ağlasa da heç kim inanmayacaq. Üzündən məmnunluq və rahatlıq tökülür. Hirslənəndə də xoşbəxt görünür. Arif müəllimin vəziyyətə müvafiq kədərli sifəti var. Özü də yaraşıqlıdır, maşallah. Hamıya doğma gəlir. Elə bil atan, əmin, ən azı kirvəndir. Koloritdir başdan-ayağa. Dili-felinə baxasınız hələ. Elə lətifə danışır, adam gülməkdən qıc olur. Canəli müəllimin belə danışığı var? Elə bil dilini arı sancıb...”

Xalq artisti Rasim Balayev: “Canəliyə siyasi baxımdan o qədər artıq ordenlər veriblər ki, o, qudurub. Üstəlik onun heç oxumağı da yoxdur. O, elə həmişə onun-bunun dalınca danışıb, durub”.

“Azadqadın.az” saytının baş redaktoru Aynur Qurbanqızı: “Xanımlar öz hüquqlarını bilsə yaşamaq daha rahat olar. Məlumat üçün bildirim ki, əziz xanımlar, boşanmadam da aliment tələb edə bilərsiniz. Əgər görsəniz ki, kişi uşaqlarına baxmır, gedib aliment iddiası qaldıra bilərsiniz. Və hər uşağa minimum 137 azn pul kəsiləcək. Yüksək maaşı varsa daha çox alacaqsınız. Yəni, aliment məsələsi ayrıdır, boşanmaq tamam ayrı... Pulsuzluq dərdi çəkməyin, qoy kişi sizin yerinizə pulu hardan tapacaq dərdi çəksin!”.

Jurnalist Səxavət Məmməd: “Jurnalistika mənim üçün azadlıq, fikirlərini insanlara çatdırmaq idi, ancaq sonradan anladım ki, bu sahənin də çərçivələri, sərhədləri var”.

Azərbaycanlı milyarder Telman İsmayılov: “Mən insanlarla milliyyət və maddi imkanından asılı olmayaraq ünsiyyətdə oluram. Mənim üçün əsas insani keyfiyyətlərdir. Ona görə də maddi parametrlərə görə əhatəmi seçmirəm. Sadə insan da, milyoner olan da, yaxşı və pis ola bilər. Azərbaycanlılara gəldikdə, onlar arasında mənim çoxlu dostlarım var və onları heç vaxt kasıb və varlıya bölməmişəm”.

Yazar, jurnalist Jalə Mütəllibova: “Ustad, biz o adamlarıq ki, İlhaməni urvatdan saldıq, Elxan kimi opera ustasını sıçovullu mənzildə öldürdük, Nəsibəni Musiqili Komediya teatrına həsrət qoyduq, Səfurə İbrahomovanı dəli elədik, Həsənağa Turabovun ürəyini partlatdıq, Nuriyyənin yasını verməyə pul tapmadıq, Leyla Bədirbəylini düşdüyü psixoloji sarsıntıdan xilas etməyə çalışmadıq, Məcnunu küsdürüb Qubaya yolladıq səhnədən, Floradan siyasətçi düzəldib, sənətdən ayrı saldıq. Daha kimləri, kimləri məhv eləmişik. Yəni elədiyiniz “söhbətlər” sizin kimi ustadların məhvinin himini qoyur. İnsaf eləyin, siz bu işə getməyin. Bizə, cəmiyyətə bu qədər güvənməyin”.

Jurnalist Anar Gəraylı: “Dünyanın ən ucuz siqareti Yavadı. İçində tütün yoxdu. Bildiyimiz qarğudu, alaqdı. 1 manat 50 qəpiyə satılır Bakıda. İki il qabaq 40 qəpiyə idi, heç kim üzünə baxmırdı. İndi ən çox satılan siqaretlərdəndi”.

Köşə yazarı, jurnalist  Zamin Hacı: “Mən özüm şəxsən üzügülər adamam, amma keçən ilin əvvəlində qabaq dişlərimdən biri qəfil sındı. Həkim dedi bura implant əkilməlidir, qiyməti gəlib filan-filan olacaq, mən də maaşa baxdım, həkimə baxdım, dişimin yerinə baxdım, dedim, sağ ol, doktor, bir diş ilə bahar olmaz! Eləcə, dişin yeri boş qaldı. Nəticədə mən bir ildir uca millətimizin üzünə gülə bilmirəm, ya da güləndə ağzımın o tərəfini əlimlə örtürəm”.

Yazar Aysel Əlizadə: “Bir insan olduğunu özün anla. Üz çevir,  həyatını qopar səni diri-diri torpağa gömən əllərdən. Həyat elə kimin gəldi hikkəsi, eqosu uğuruna xərclənəcək havayı məhsul deyil”. 

Politoloq Şahin Cəfərli: Rusiya hərbi təyyarəsi bu gün Suriyada türk əsgərlərini bombalayıb. 3 əsgər həlak olub, 11-i yaralanıb. Deyirlər, guya səhv olub. Hadisənin müəyyən razılaşmaların əldə olunduğu Ərdoğan-Tramp telefon danışığından sonra və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun Türkiyəyə səfərindən öncə baş verməsi diqqətəlayiqdir...”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu: “Hər bir insanın vicdanı onun müxalifətidir. Millətin də müxalifəti onun vicdanıdır. Əgər siz deyirsizsə müxalifət yoxdur, demək, bu millətin vicdanı yoxdur. Yoxdursa, bu başqa məsələ. Əgər ədalət, özünəhörmət hissi yoxdursa, mən bunu onda necə yaradım?”.

Deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri Qüdrət Həsənquliyev: “... neftdən gələn pullar və Mərkəzi Bankın valyuta ehtiyatları manatın kursunun saxlanılmasına xərclənirdi. Halbuki, bu da özünü doğrultmadı. Bizim pul-maliyyə sahəsi ilə məşğul olan məmurlarımız hesablaya bilmədilər ki, bu vəsaitlə manatın kursunu sabit saxlaya biləcəklər ya yox! Məmurlar hesablamaları düzgün apara bilmədilər, real vəziyyəti düzgün təhlil edib qiymətləndirmədilər. Bizdə ayda təqribən 1 milyarda yaxın pul ancaq manatın kursunun sabit saxlanılmasına yönəldi. Halbuki, bu pullar banklarda yerləşdirilməli və manatın məzənnəsi sərbəst buraxılmalı idi. Bu vəsaitlər real sektora xərclənməli idi. İş adamları bu pullardan kredit götürüb istifadə etməli idilər. Ancaq yanlış yol seçildi. Biz nə qədər dediksə də, məmurlar bunlara əhəmiyyət vermədilər. Öz bildiklərini etdilər. Bunun da nəticəsi budur ki, insanlarımız indi çox əziyyət çəkir”.

İlahiyyatçı Elşən Sultanzadə: “Ölüyə qırx vermək, halva bişirmək, 52-ci gecə keçirmək - bunlar hamısı şamanizmdən keçdi islama. Beşinci isə hellenizmin, yunan mədəniyyətinin təsiri oldu. Bu zaman ruh anlayışı geniş şəkildə yayıldı. Məhəmməd peyğəmbərin dövründə ruh anlayışı ortadan qalxmışdı”.

Teleaparıcı, jurnalist Anar Yusifoğlu: “Bizi özümüzə, cəmiyyətə tanıdan, bizə istəyimizi reallaşdırmaq imkanı tanıyan, dostlar qazandıran, həyat vəsiqəsi verən, sevincimizi, dərdimizi bölüşən Bakı, səni sevə bilməməyin bir nədəni varmı?”.

Jurnalist Cavid İsmayıl: “Bu günlərdə dostlar Naxçıvanın sabiq milli təhlükəsizlik naziri, 14 il müddətinə azadlıqdan məhrum edilmiş Vəli Ələsgərovun məhkəməsindən bir epizod danışdılar. Demək, Vəlinin işgəncələrə məruz qoyduğu ağsaqqallardan biri bunun məhkəməsində ifadə verib. Dialoq təxminən bu formada olub:
- Vəli, yadındamı mənə işgəncə verməyin? Sənə dedim ki, Allahın olsun, etmədiyim cinayəti boynuma qoyma, ağsaqqal adamam, məni təhqir etmə. Sən nə dedin bəs? Telefonu atdın stolun üstünə ki, hanı sənin Allahın, götür zəng elə, desin burax onu, mən də buraxım. Dedin, demədin?
- (göz yaşları içində) Dedim.
- Bax, Vəli, mənim Allahım burdadır. Səni içəri qoyduran da hökumət deyil, mənim Allahımdır...”

Gülyanaq İSMAYILQIZI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar