“HTC” şirkəti yeni qabaqcıl “U Ultra” smartfon modelini rəsmən təqdim edib
Qurğunun fərqləndirici cəhəti ön panelin yuxarı hissəsində yerləşən əlavə ekrandır. Şirkət, həmçinin “U Play” smartfonunu da nümayiş etdirib.
Azərtac “Macdigger” resursuna istinadən xəbər verir ki, “HTC U Ultra” texniki xüsusiyyətinə görə hazırda rəqiblərinin qabaqcıl modelləri və “HTC 10” ilə eyni səviyyədədir. Belə ki, yeni qurğu ilk növbədə displeyi ilə seçilir. 5,7 düymlü əsas ekran 2560х1440 piksel, 2 düymlü əlavə ekran 160х1040 piksel təsvir ölçüsünə malikdir. Əlavə displey bildirişlər, xəbərdarlıqlar, seçilmiş kontaktların daxil edilməsi və musiqi pleyerinin idarə edilməsi üçün nəzərdə tutulub. Ekranlar “Gorilla Glass 5” qoruyucu şüşəsi ilə təchiz edilib. Smartfon “Snapdragon 821” prosessoruna və 4 giqabayt tutumlu operativ yaddaşa malikdir. Metal və şüşədən düzəldilən “HTC U Ultra” qara, ağ, çəhrayı və göy rənglərdə təklif olunacaq.
pia.az