Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Guya Almaniyada ən bahalı küçədən villa almışam”

Xalq artisti Aygün Kazımova media nümayəndələri ilə görüşüb


Axşam.az-ın məlumatına görə, müğənni sentyabrın 22-də “Krystal hall”da baş tutacaq solo konserti ilə bağlı sualları cavablandırıb.

Tədbiri sənətçinin mətbuat katibi Aynur Hacıyeva açaraq “Milyonluq layihə üzərində çalışırıq. 60-70 nəfərdən ibarət komanda çalışır. Səhər hamıdan tez məşqə özü gəlir. Gecə də hamıdan sonra buradan çıxır” sözlərini deyib. 

A.Kazımova konsertinin musiqi prodüseri, əməkdar artist Rəşad Haşımovdan danışıb:

“Rəşadla bir neçə layihəmiz olub. Bizi bağlayan çox amillər var. Bu layihədə mənim üçün önəmli olan insanlardan biridir. Yaradıcılıq həyatımda bir çox layihələrə birlikdə imza atmışıq. Repertuar seçimi çox çətin idi. Köhnə mahnıların hamısı yeni aranjimanda olacaq. Rəşadla birlikdə dəfələrlə zəngləşib, görüşürdük. Mən orada 50 mahnı oxuya bilmərəm. Konsertimizin məqsədi başqadır. Nələrəsə tabeyik, çərçivədən çıxa bilmirik.

Səs rejissorumuz Jerar Albodur. Jerar dünya ulduzları ilə çalışıb. Onun bizimlə çalışması Allahdan bir işdir. Elə oldu ki, həmin tarixdə qrafiki boş oldu”.

Kazımova bildirib ki, konsert günü 10 ədəd avtobus ayrılıb. Və onlar tamaşaçıları tədbirin baş tutacağı məkana pusluz çatdıracaq.

Son günlər xeyli çəki atmasıyla diqqət çəkən A.Kazımova necə arıqlamasının sirrini açıb:

“Mənim üçün önəmlisi yaxşı görünmək və sağlam olmaqdır. Əgər bir neçə ay əvvələ qayıtsanız, görərsiniz bu layihəni nə vaxt başladım. Belə yazmışdım: həyatımı sıfırladım. İlk addımı özümdən başladım. Böyük sevgi, əzm, məşqlər 8 ay ərzində məni bu çəkiyə gətirib çıxardı. Hər kəs bu layihəyə ürəyini qoyub”.

Müğənni gələcək layihələrindən də söz açıb:

"Hər zaman konsert bitəndən sonra mən depressiyaya düşürəm. İndi yolunu tapdım. Red Bentifor ilə işbirliyimiz davam edəcək. Bu dəfə depressiyaya düşməyəcəm. Düşünürəm ki, o mənim növbəti şanslarımdan biridir.

Bu konserti bir neçə yerdə verməyi planlaşdırırıq. Bunu, özümü bütün dünyaya tanıdacam".

Aygün sentyabrın 22-ni seçməsinin maraqlı səbəbini bölüşüb:
 
"Bu həyatda maraqlı şeylər baş verir. Heç nə təsadüf deyil. Bir gün bütün günü məni 22 rəqəmi izlədi.ş Elə ayın da 22-si idi. Bir dostum Almaniyadan mənə villa fotosu atdı və təbrik etdi. Deyir, ən bahalı küçədə villa almısan. Deyirəm, məndə bu bəxt hardadı? Villaya baxıram ki, üstünə "Aygün 22" yazılıb. Deyirlər ki, Aygün 4 ildir bu evi alıb, qızı ilə tez-tez gəlir bura. Həmin gün saata baxıram 22, hesablayıram 66 gəlir. Deyirəm, yox, bu işdə mənə şeytan kömək edə bilməz. Dostumla yazışanda saata baxıram ki, 22:22. Beləcə, konsert oldu 22 tarixində".

İfaçı konsertdə heç bir duet ortağının olmayacağını söyləyib:

"Yalnız özüm mahnılar səsləndirəcəm. Bir reper həmin gün mənimlə səhnəni bölüşəcək. Gənc və istedadlı biridir. Komandamızın bir üzvüdür. Kimliyi gizli qalsın. Elə o səhnədə də ona xeyir-dua verəcəm".

Red Bentifor “Bir dostum vasitəsiylə əlaqə qurdum. Mənim üçün bu böyük görüş idi. Bundan şad oldum. Bu işbirliyi bir başlanğıcdır” deyə, A.Kazımova haqqında deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar