Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gürcüstan, Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimləri olacaq“


"Azərbaycan, Türkiyə və Gürcüstan arasında inkişaf edən hərbi əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bizim birgə əməkdaşlığımız gürcü, Azərbaycan və türk xalqlarının təhlükəsiz yaşaması və ölkələrimizin iqtisadi inkişafı baxımından önəmlidir”


PİA.AZ APA-ya istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın müdafiə naziri Levan İzoria Batumidə azərbaycanlı və türkiyəli həmkarları ilə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

L. İzoria Gürcüstan və Türkiyənin müdafiə sahəsində birgə fəaliyyətini yüksək qiymətləndirib: “Bu il biz 5 dəfə görüşmüşük. Budəfəki görüşümüzdə də biz ən vacib məsələləri müzakirə etdik. Düşünürəm ki, ölkələrimiz arasında getdikcə inkişaf edən əməkdaşlıq formatı daha da genişlənəcək”.
 
Nazir üç ölkənin birgə təlimlərdə iştirakına da toxunub: “Yaxın günlərdə bizim xüsusi təyinatlılarımızın birgə təlimləri baş tutacaq. Bu ilin sentyabr ayında informasiya texnologiyaları üzrə təlimlərimiz də keçiriləcək. Gələcəkdə bu cür təlimlərin sayını artırmaq və üç ölkə arasında hərbi əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar