Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Günəşli” yatağı hazırda bu vəziyyətdədir... - Fotolar

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə 28 May adına NQÇİ-nin istismar etdiyi “Günəşli” yatağında 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması layihəsi üzrə aparılan tikinti-quraşdırma işlərini uğurla davam etdirir

PİA.AZ SOCAR-ın saytına istinadən məlumat verir ki, qəzanın aradan qaldırılması istiqamətində aparılan işlərlə tanış olmaq məqsədilə “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun rəhbərlik etdiyi işçi heyət özülə baxış keçirib. 

Bildirilib ki, həyata keçirilən təmir-bərpa işləri çərçivəsində indiyədək dik və çəp dirəklər, alt rabitələr, döşəmələr, modullararası arakəsmə, konsol quraşdırılıb, heyətsiz sualtı aparatlar vasitəsilə xətlərin mövcud vəziyyəti yoxlanılıb, vertolyot meydançasının tavan hissəsi və yaşayış bloku təmizlənərək rənglənib. Elektrik xətlərin çəkilişi və işıqlandırma işləri davam etdirilir, iki əsaslı təmir qülləsi quraşdırılır. Quyu manifoldların quraşdırılması qısa zamanda həyata keçiriləcək.

İşçi heyət quyuətrafı zonanın bərpadan sonrakı texniki vəziyyəti ilə tanış olub. Bildirilib ki, quyuətrafı zonada yanğından mühafizə sistemi quraşdırıldıqdan sonra 43 və 340 nömrəli quyularda əsaslı təmirə başlanılacaq. Hər bir quyuya nəzarət sistemi ən müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunacaq.

Baş direktor özüldə həyata keçiriləcək təmir-bərpa işlərinin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasının vacibliyini vurğulayıb, quyuların təkrar istismara qaytarılması üçün lazımi avadanlıqlarla təmin olunması üçün müvafiq göstəriş verib.

D.İskəndərov görülən təmir-bərpa işləri ilə bağlı təhlükəsizlik qaydalarına əməl olunmasının, ekoloji məsələlərə diqqət yetirilməsinin, təmir-bərpa işlərinin yüksək keyfiyyətlə aparılmasının və quraşdırılacaq avadanlıqların etibarlılığının mühüm əhəmiyyət daşıdığını söyləyib, qeyd edib ki, 10 saylı dərin dəniz özülü ən yüksək səviyyədə bərpa olunacaq və yeni özüldən seçilməyəcək.

“<a href=Günəşli” yatağı hazırda bu vəziyyətdədir... - Fotolar" title="“Günəşli” yatağı hazırda bu vəziyyətdədir... - Fotolar" style="box-sizing: border-box; border: 0px; vertical-align: middle; display: block; max-width: 100%; height: auto; min-width: 100%; color: rgb(51, 51, 51); font-family: " helvetica="" neue",="" helvetica,="" arial,="" sans-serif;="" font-size:="" 14px;="" line-height:="" 20px;="" background-color:="" rgb(255,="" 255,="" 255);"="">

pia.az

Etiket:

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar